Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-843/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, X2, 05 avqust 1978-ci ildə Bakı şəhərində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 3 PZ11BK, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 7 nömrəli evin, 11 nömrəli mənzilində qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 23 yanvar 2021-ci il tarixdə, “Chevrolet Cruze” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İlqar Musayev küçəsində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarının pozulmasına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan 23 yanvar 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş eyni tarixli, TP seriyalı ******* nömrəli qərarla 60 manat cərimə olunmuşdur. X1 cəriməni 03 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 02 iyun 2021ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X2 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati cəriməni, dəbbə pulu ilə birlikdə, ödədiyinə görə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydinə əsasən həmin Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni və dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. “AsanPay” internet portalından çıxarışdan görünür ki, X3 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində tərtib edilmiş 23 yanvar 2021ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş eyni tarixli, TP seriyalı ******* nömrəli qərarla tətbiq edilmiş cəriməni və qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməməsinə görə hesablanmış dəbbə pulunu ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 inzibati məsuliyyətdən azad edilsin və onun barəsində 02 iyun 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-843/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-843/2021
30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver