Məhkəmə qərarları › İş №3(010)-846/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-846/2020

31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-846/2020 31.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Bakı şəhər Dövlət X1 Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, Müəyyən etdi: Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli TP-3503854 nömrəli qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2020-ci ildə “GEELY MK” minik markalı **-RU-*** dövlət qeydiyyat nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi səbəbindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 64 manat məbləğində cərimə edilmişdir. Bu barədə müvafiq qərar verilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Şəxs inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Bakı şəhəri Dövlət X2 tərəfindən xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Şəxs və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onlarıın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müvafiq inzibati xətanını baş verməsi faktı yuxarıda qeyd olunan inzibati xəta haqqında protokola, iş üzrə toplanmış digər sübutlarla, o cümlədən xx.xx.2020-ci il tarixli İXP-3093211 nömrəli inzibati qərar ilə təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməsə də, xx.xx.2020-ci il tarixli İXP-3093211 saylı protokol üzrə təyin edilmiş cərimə borcunu tam ödədiyi barədəxx.xx.2020-ci il tarixli qəbzi məhkəməyə təqdim etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta törətmiş Şəxscərimə və dəbbə pulu üzrə borcunu ödədiyindən inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeydinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə, inzibati məsuliyyətdən azad olunur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100- 103, 118,529-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinsin. Şəxs cərimə borcunu ödədiyinə görə inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar