Məhkəmə qərarları › İş №3(010)-847/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-847/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-847/2020 18.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı rayon məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğluAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1muş Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli protokolu və digər sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına xx.xx.2020-ci tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5ndənŞəxs barəsində Bakı şəhər DYPİtərəfindən tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. xx.xx.2020-ci il tarixli İXP ******* saylı protokolda göstərilir ki, Şəxs Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanuni əsaslar olmadan icra etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X3 inzibati xəta haqqında protokolunda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ünvan 1 mənzil 48 ünvanında yaşadığı qeyd olunmuşdur. Hesab edirəm ki, hazırki iş üzrə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyati üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasan hesab edirəm ki, inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı rayon məhkəməsində baxılmalı deyil və material baxılması üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsini rəhbər tuturaq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati material və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilsin. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar