Məhkəmə qərarları › İş №3(010)-848/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-848/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-848/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxx 1989-cu ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məcburi köçkün, Xocalı rayonu, Cəmilli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində 24 saylı poliklinikada məskunlaşmış, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 15 iyun 2021-ci il tarixdə, saat 00:50-də, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı qəsəbəsində, “Səbət” marketin qarşısında ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, 15 iyun 2021-ci il tarixdə, təxminən saat 01:00 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı qəsəbəsində, “Səbət” marketin qarşısında olduğu zaman polis əməkdaşı ona yaxınlaşıb barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materialla əlaqədar Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gəlməli olduğu halda, niyə hüquq mühafizə orqanlarından yayındığını soruşmuşdur. Söhbət etdikləri zaman qorxduğuna görə polis əməkdaşının diqqətinin yayındığını görüb qaçmağa cəhd göstərmiş, lakin polis əməkdaşı arxasınca qaçaraq onu saxlayıb bölməyə aparmışdır. Orada izahatı ondan izahatı alınmış, izahatında səhfini başa düşdüyünü qeyd etmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X2 göstərdi ki, Şəxs hələ 16 yanvar 2021-ci il tarixdə karantin qaydalarını pozduğuna görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gətirilmiş, həmin vaxt onun narkotik vasitə istehlak edib etmədiyini müəyyən etmək məqsədilə sonuncu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparılaraq müayinədən keçirilmişdir. Alınmış müayinə aktına əsasən Şəxs sidiyində OPİ (tiryək) aşkar edilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısının cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərarı ilə Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti ona həvalə edilmişdir. Lakin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materialla əlaqədar bölməyə gəlməkdən boyun qaçırmışdır. 15 iyun 2021-ci il tarixdə, saat 00:50-də, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı qəsəbəsində, “Səbət” marketin qarşısında Şəxs görüb ona yaxınlaşmış, özünü təqdim etdikdən sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında material olduğunu bildirib onu, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət etmişdir. Şəxs isə onunla mübahisə edərək, kobud danışaraq əli ilə onu itələyərək yanınadan qaçmaqla, ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də X2, Şəxs ardınca qaçaraq onu saxlayıb Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gətirmiş və raportla bölmə rəisinə müraciət edərək, Şəxs barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti göstəriş verməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan 15 iyun 2021-ci il tarixli raportdan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X2 15 iyun 2021-ci il tarixdə, saat 00:50-də, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı qəsəbəsində, “Səbət” marketin qarşısında Şəxs görüb ona yaxınlaşmış, özünü təqdim etdikdən sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında material olduğunu bildirib onu, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət etmişdir. Şəxs isə onunla mübahisə edərək, kobud danışaraq əli ilə onu itələyərək yanınadan qaçmaqla qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs ardınca qaçaraq onu saxlayıb Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gətirmiş və raportla Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi Samir Quliyevə müraciət edərək, Şəxs barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti göstəriş verməsini xahiş etmişdir. İş materiallarında olan Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan və sonuncunun Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində verdiyi izahatından da görünür ki, Şəxs bir də belə əməllərə yol verməyəcəyini qeyd etməklə təqsirini etiraf etmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 15 iyun 2021-ci il tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuş, 16 iyun 2021-ci il tarixdə, saat 12:00-da azad edilmişdir. Bununla da Şəxs inzibati qaydada tutulma müddəti 35 saat təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Şəxs 15 iyun 2021-ci il, saat 01:00-dan 16 iyun 2021-ci il, saat 12:00-dək inzibati qaydada tutulduğu 35 saat müddət 02 günə bərabər tutulmalı və Şəxs təyin edilən həbs növündə inzibati tənbeh müddətinə hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs 15 iyun 2021-ci il saat 01:00-dan 16 iyun 2021-ci il saat 12:00-dək inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətinə hesablanaraq Şəxs üzərində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh saxlanılsın. Şəxs inzibati həbs müddətinin başlanğıcı 16 iyun 2021-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar