Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-850/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 və icra sənədi üzrə tələbkarlar Dadaşova (Teyyubova) Səbinə Oqtay qızının və X3 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, döngə 1, 2A nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(010)- 2335/2017 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 24.000 manat və dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Dadaşova (Teyyubova) Səbinə Oqtay qızının xeyrinə tutulmalıdır. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(010)-4214/2019 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 7.300 manat və dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti X3 xeyrinə tutulmuşdur. Həmin icra sənədlərinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlərini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, məhkəmənin qərarlarına hörmətlə yanaşır, icra sənədlarərinin icrasından qərəzli olaraq yayınmır. Sadəcə olaraq əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyinə, azadlığa çıxdıqdan sonra isə maddi imkanı ilə əlaqədar olaraq icra sənədlərini icra edə bilməmişdir. Hal-hazırda da heç yerdə işləmədiyindən icra sənədləri üzrə ödəniş etmək iqtidarında deyil. Ona vaxt veriləcəyi təqdirdə icra sənədlərini hissə-hissə olmaqla icra edəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X4 məhkəmədə bildirdi ki, icra sənədləri Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada hər bir icra sənədi üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərarlar və bildirişlər Şəxs yaşadığı ünvana göndərilmiş və sonuncuya hər bir icra sənədini 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədləri üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Borclu hər iki icra sənədi üzrə borcunu 15 gün ərzində icra edəcəyinə dair 04 may 2021-ci il tarixdə yazılı iltizam versə də, lakin həmin müddət ərzində icra sənədlərinin icrasını təmin etməmişdir. Eyni zamanda məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclu hal-hazıradək icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədlərini icra etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarları bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədlərinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar Dadaşova (Teyyubova) Səbinə Oqtay qızı göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(010)-2335/2017 nömrəli qətnaməsinə əsasən Şəxs 24.000 manat və dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti onun xeyrinə tutulmalıdır. Lakin borclu müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən qərəzli olaraq yayınır. Halbuki, qanunvericiliyin tələbinə əsasən borclunun işləməməsi və ya maddi vəziyyətinin aşağı olması onu icra sənədini icra etməkdən azad etmir. Sonda Dadaşova (Teyyubova) Səbinə Oqtay qızı, borclu Şəxs şikayətçi olduğunu, onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkar X8 göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(010)-4214/2019 nömrəli qətnaməsinə əsasən Şəxs 7.300 manat və dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti onun xeyrinə tutulmalıdır. Lakin borclu müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən qərəzli olaraq yayınır. Halbuki, qanunvericiliyin tələbinə əsasən borclunun işləməməsi və ya maddi vəziyyətinin aşağı olması onu icra sənədini icra etməkdən azad etmir. X1, borclu borclu Şəxs şikayətçi olduğunu, onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarları dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X7 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(010)-2335/2017 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 24.000 manat və dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Dadaşova (Teyyubova) Səbinə Oqtay qızının xeyrinə tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 sentyabr 2019cu il tarixli, 2(010)-4214/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 7.300 manat və dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti X3 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 01 noyabr 2019-cu il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və həmin bildirişin üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(010)-4214/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İcraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surəti 01 aprel 2021-ci il tarixdə Şəxs şəxsən təqdim edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 19 mart 2021-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(010)-2335/2017 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan 04 may 2021-ci il tarixli iltizamdan görünür ki, borclu Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(010)-4214/2019 nömrəli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(010)- 2335/2017 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə borcunu 15 gün ərzində ödəyəcəyinə dair vəd vermişdir. İş materiallarında olan 16 iyun 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(010)-4214/2019 nömrəli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(010)-2335/2017 nömrəli qətnamələrinə dair icra sənədləri ümumi icraatda birləşdirilmişdir. 16 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 16 iyun 2021-ci il tarixə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(010)-2335/2017 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Dadaşova (Teyyubova) Səbinə Oqtay qızına olan borcu 24.030 manat, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(010)-4214/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə isə X5 olan borcu 7.330 manat təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını, yəni Şəxs icra sənədləri üzrə ümumiyyətlə heç bir ödəniş etmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 16 iyun 2021-ci il tarixdən, saat 16:25-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-850/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-850/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver