Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-850/2022 12.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X1 iştirakı ilə, Şəxs, xx xxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 16 mart 2022-ci il tarixdə X3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 14-də yerləşən fərdi yaşayış evinin qarşısında yerləşən bağ sahəsindən 12 metr uzunluğunda armaturu gizli yolla talayaraq, zərərçəkmiş şəxs X3 ümumilikdə 50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Şəxs, 16 mart 2022-ci il tarixdə X5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən qarajdan 01 ədəd qaldırıcını, 05 ədəd lingi və 02 ədəd “Kamaz” markalı avtomaşına aid olan arxa təkərlərinin oturacaqlarını gizli yolla talayaraq, zərərçəkmiş şəxs X5 ümumilikdə 95 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin baş təhqiqatçısı Əli İsgəndərovun 26 mart 2022-ci il tarixli qərarları ilə X2 və X4 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti inzibati tədbir görülməsi üçün sahə inspektoruna göndərilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 mart 2022-ci il tarixdə X3 məxsus bağ sahəsindən və X5 məxsus qarajdan oğurluq etmiş şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X6 məhkəmədə göstərdi ki, 16 mart 2022-ci il tarixdə X7 ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 14-də yerləşən fərdi yaşayış evinin qarşısında yerləşən bağ sahəsindən ona məxsus 12 metrlik armaturun oğurlandığını, ona ümumilikdə 50 manat ziyan dəydiyini bildirmişdir. Bundan başqa, 16 mart 2022-ci il tarixdə X9 ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən qarajdan 01 ədəd qaldırıcının, 05 ədəd lingin və 02 ədəd “Kamaz” markalı avtomaşına aid olan arxa təkərlərinin oturacaqlarının oğurlandığını, ona ümumilikdə 95 manat ziyan dəydiyini bildirmişdir Faktla bağlı hadisə yerlərnə baxış keçirilmiş, təhqiqat zamanı əməliyyat-axtarış tədbirlərinin təşkil edilməsi, əməli törətmiş şəxsin(lər), həmçinin hadisə barədə məlumatı olan şəxslərin, şahidlərin, kamera görüntülərinin müəyyən edildib təhiqata təmin edilməsi barədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə əməliyyat tapşırığı verilmiş, lakin icra müddəti ərzində müsbət nəticə əldə etmək mümkün olmamışdır. X2 və X4 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin baş təhqiqatçısı Əli İsgəndərovun 26 mart 2022-ci il tarixli qərarları ilə rədd edilmiş, qərarların surəti inzibati tədbir görülməsi üçün sahə inspektoruna göndərilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 mart 2022-ci il tarixdə X3 məxsus fərdi yaşayış evinin həyətində yerləşən bağ sahəsindən və X5 məxsus qarajdan oğurluq etmiş şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, X7 ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək, 16 mart 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 14-də yerləşən fərdi yaşayış evinin qarşısında yerləşən bağ sahəsindən ona məxsus 12 metrlik armaturun oğurlandığını, ona ümumilikdə 50 manat ziyan dəydiyini bildirmişdir. X2 müraciəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin “Cinayətlər haqqında ərizələr və məlumatların uçotu” kitabında 253 sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün 16 mart 2022-ci il tarixdən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin baş təhqiqatçısı Əli İsgəndərovun icraatına qəbul edilmişdir. X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin baş təhqiqatçısı Əli İsgəndərovun 26 mart 2022-ci il tarixli qərarı ilə rədd edilmiş və qərarın surəti inzibati tədbir görülməsi üçün sahə inspektoruna göndərilmişdir. Bundan başqa, iş materialalrında olan sənədlərdən görünür ki, X9 ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək, 16 mart 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən qarajdan 01 ədəd qaldırıcının, 05 ədəd lingin və 02 ədəd “Kamaz” markalı avtomaşına aid olan arxa təkərlərinin oturacaqlarının oğurlandığını, ona ümumilikdə 95 manat ziyan dəydiyini bildirmişdir X4 müraciəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin “Cinayətlər haqqında ərizələr və məlumatların uçotu” kitabında 249 sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün 16 mart 2022-ci il tarixdən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin baş təhqiqatçısı Əli İsgəndərovun icraatına qəbul edilmişdir. X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin baş təhqiqatçısı Əli İsgəndərovun 26 mart 2022-ci il tarixli qərarı ilə rədd edilmiş və qərarın surəti inzibati tədbir görülməsi üçün sahə inspektoruna göndərilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan 11 aprel 2022-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 16:30-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X8 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun inzibati qaydada tutulduğu – 11 aprel 2022-ci il tarixdən, saat 16:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu – 11 aprel 2022ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-850/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-850/2022
12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver