Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-853/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair X2 materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx xxxx 2020-ci ildə saat 07:23-də “HYUNDAİ SANTA FE” minik markalı **- ZS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Yol Polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman məlum olmuşdur ki, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati protokol tərtib etmiş orqana və barəsində inzibati protokol tərtib edilmiş şəxsə rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati protokol tərtib edilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində X2 iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində X2 iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə xx.xx.2020-ci il tarixdə ərizə ünvanlayaraq, ərizədə göstrmişdir ki, o, xx.xx.2020-ci ildə saat 07:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolunda hərəkət edərkən, DYP əməkdaşları onu saxlayaraq, içkili olub-olmadığını soruşmuş, o, isə spirtli içki qəbul etmədiyini bildirmişdir. DYP əməkdaşları aparat gətirərək yoxlayanda görmüşlər ki, o, sərxoş deyil. DYP əməkdaşları ona mürajiət edərək, "bəlkə dünən içmişdir?"deyə soruşmuş, javabında o bildirmişdir ki, «bəli, dünən az miqdarda spirtli içki qəbul etmişəm”. DYP əməkdaşları təklif etmişlər ki, dünən spirtli içki qəbul etdiyini bir vərəqdə yazsın, daha sonra isə çıxıb gedə bilər. O, həmin sözləri yazandan sonra polis əməkdaşları maşını onun əlindən qanunsuz olaraq alaraq bildirmişlər ki, polis idarəsində 20-ci otağa yaxınlaşsın. O, öz növbəsində bildirmişdir ki, onlar qanunsuz olaraq maşını duracağa qoyurlar, o sərxoş deyildir. O, DYP əməkdaşlarından şikayət edəcəyini və heç yerə gedməyəcəyini bildirmişdir. Həmin tarixdən bir gün sonra bilmişdir ki, barəsində İXP ******* saylı protokol tərtib edilmişdir. Həmin protokol qanunsuzdur, o, xx.xx.2020-ci ildə sərxoş olmamışdır. Onu tibbi müayinə etməyiblər, heç bir yerdə imzası yoxdur, heç nə göstərməyiblər, tək yazdığı izahatla protokol tərtib edilmişdir. Bilir ki, saxlanılan vaxtan iki gün sonra protokol tərtib edilməsi qanusuzdur, onu tibbi mayinədən keçirməmək, alkotester vasitəsi ilə müayinə etməmək və onun göstəricisi ilə tanış etməmək, hal şahidlərinin iştirakı olmadan bütün bu prosesləri aparmaq qanunsuzdur. Həmin gün sərxoş olamayaraq DYP onun barəsində qanunsuz protokol tərtib edilməsi yolverilməzdir. Səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcək. Qeyd olunanlara əsasən onun iştirakı olmadan işə baxıb, ədaləti bərqərar edərək barəsində olan icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı barəsində X2 iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. İş materiallarında olan İXP saylı ******* nömrəli, xx.xx.2020-ci il tarixli X2 protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci ildə saat 07:23-də “HYUNDAİ SANTA FE” minik markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan Sərxoşluq Vəziyyətini müəyyən etmək üçün xüsusi Texniki Vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxsxx xxxx 2020-ci ildə saat 07:23-də “HYUNDAİ SANTA FE” minik markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Protokolda əks olunmuş Şəxs izahatından görünür ki, o, avtomobili idarə edərkən, sərxoş olduğunu etiraf etmiş, həkimə getməyə ehtiyac olmadığını bildirərək, alkotesterin göstərdiyi 0.418 % ilə razıdır. Bir daha spirtli içki qəbul edərək avtomobil idarə etməyəcəyini qeyd etmişdir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli qərarının 2.4-cü bəndinə əsasən, “Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. X2 materiala əlavə edilmiş alkotestr müayinəsi çıxarışından görünür ki, xx xxxx 2020-ci ildə Şəxs 0.418 % alkoqolun konsentrasiyası müəyyən edilmişdir. Məhkəmə X2 materialları araşdırıb hesab edir ki, barəsində X2 iş üzrə icraat aparılan Şəxs İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs məhkəməyə ünvanladığı ərizəsində avtomaşını idarə edərkən sərxoş olmadığını göstərsə də, məhkəmə onun bu ifadəsinə yuxarıda qeyd olunan sübutların məjmusuna əsasən tənqidi yanaşır. X1 329.1-ji maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən qeyd olunan maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda, şəxs son zərurət vəziyyətində hərəkət etdikdə, şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, barəsində X2 iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud X2 işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, barəsində X2 iş üzrə icraat aparılan şəxs öldükdə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi müəyyən olunmadığından, həmin maddə üzrə ijraata xitam verilməlidir. Eyni zamanda, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən X2 işin baxılmağa hazırlanması mərhələsində hakim, X2 protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi müəyyən olunmadığından, həmin maddə üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-853/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-853/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver