Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-853/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2, tələbkar X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxs X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X7 barəsində Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Ə.Eminov tərəfindən 19.06.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-4135/2017 saylı 02.06.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X3 xeyrinə 02 noyabr 2011-ci il təvəllüdlü X12 yetkinlik yaşımı çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat və 25 iyun 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat miqdarında aliment tutulmalı, aliment tutulması əvvəli 04 aprel 2017-ci il tarixdən hesablanmalıdır. Borclunun bu günə aliment borcu 3380 manat təşkil edir. X1 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmənin 19.06.2021-ci il tarixində keçirilən iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 protokolda qeyd edilənlərə uyğun izahat verərək tərtib etdiyi protokolu müdafiə etmiş və protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 19.06.2021-ci il tarixində keçirilən iclasında iş üzrə borcluya onun xahişinə əsasən tələbkara olan borcundan ödənilməsi üçün vaxt verilmiş və iş üzrə məhkəmə iclasının keçirilməsi 30.06.2021-ci il tarixinə təxirə salınmışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-4135/2017 saylı 02.06.2017-ci il tarixli icra sənədinə əsasən ondan iddiaçı X3 xeyrinə 02 noyabr 2011-ci il təvəllüdlü X12 yetkinlik yaşımı çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat və 25 iyun 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat miqdarında aliment tutulmalıdır. Əvvəllər imkanı daxilində mütəmadi olaraq ödənişlər etmiş, lakin sonradan pandemiya ilə əlaqədar olaraq heç yerdə işləyə bilmədiyinə görə icra sənədini lazmı qaydada icra edə bilməmiş və nəticədə onun aliment borcu yaranmışdır. Bununla belə yaranmış aliment borcundan tələbkara 778 manat ödəniş etmişdir. O, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır, sadəcə yuxarıda qeyd etdiyi səbələrdən maddi vəziyyəti ağır olduğundan aliment borcunu ödəyə bilməmişdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X8 izahatında göstərdi ki, Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-4135/2017 saylı 02.06.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs onun xeyrinə 02 noyabr 2011-ci il təvəllüdlü X12 yetkinlik yaşımı çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat və 25 iyun 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat miqdarında aliment tutulmalıdır. Borclu barədə inzibati xəta haqqında protokol tərtib edildikdən sonra Şəxs 778 manat məbləğində onun xeyrinə ödəniş etmişdir. Odur ki, borclu barəsində şikayəti olmadığından barəsində başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmənin 30.06.2021-ci il tarixində keçirilən iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 protokolda qeyd edilənlərə uyğun bir daha izahat verərək tərtib etdiyi protokolu müdafiə etmiş və protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə N.Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-4135/2017 saylı 02.06.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X3 xeyrinə 02 noyabr 2011-ci il təvəllüdlü X12 yetkinlik yaşımı çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat və 25 iyun 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat miqdarında aliment tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 08.06.2017-ci il tarixli qərardan və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4135/2017 saylı 02.06.2017-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmiş, həmin icraata başlamaq haqqında qərar Şəxs şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 08.06.2017-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4135/2017 saylı 02.06.2017-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, borclu Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4135/2017 saylı 02.06.2017-ci il tarixli icra sənədi üzrə tələbkar X6 30 iyun 2021-ci il tarixdə 778 manat ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4135/2017 saylı 02.06.2017-ci il tarixli icra sənədi üzrə mütəmadi olaraq ödənişlər etdiyini, habelə barəsində inzibati protokol tərtib edildikdən sonra isə tələbkar X6 aliment borcundan 778 manat ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Şəxs icra sənədinin icrası üçün real hərəkətlər etdiyi halda, son dövrlər koronavirus infeksiyası ilə əlaqədar ölkə ərazisində karantin rejimi elan olunduğundan bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4135/2017 saylı 02.06.2017-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rübabə Qafarova
Məhkəmə qərarları › İş №3(010)-853/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-853/2021
30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver