Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-857/2020 18.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon X3 Vüsal Aydın oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.2,345.2 və 332.4-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bak şəhər Suraxanı rayon X3 Vüsal Aydın oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.2,345.2 və 332.4-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər baxılması üçün Suraxanı rayon məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlər əəsasən Protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, protokol və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi xx.xx.2020-ci il tarixdə Hacıyev X2 markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmiş, Y/Suraxanı qəsəbəsi,14 İyul küçəsində X1 idarə etdiyi məxsus Mercedes E270 markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomaşını vurmuş,dəmirçi kimi yaşadığ ünvanda fəaliyyət göstərən Şəxs zərər vuduğu nəqliyyat vasitəsini özü düzəltmək istəmiş,bu barədə aidiyyəti üzrə məlumat verməmiş,avtomoili tam düzəldə bilmədiyi üçün,zərər vurduğu şəxs Suraxanı DYPŞ-nə şikayət ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin, iş materiallarında inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına dair sənədlər müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddələrinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda – inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100- 103, 118,125-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon X3 Vüsal Aydın oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.2,345.2 və 332.4-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında materiallar geri qaytarılsın. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-857/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-857/2020
18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver