Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-860/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 Üzrə Baş İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 Üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Suraxanı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində fəaliyyət göstərən Şəxs epidemiya əleyhinə rejim sanitariya-gigiyena və karantin rejimləri dövründə qoruyucu maskadan istifadə ilə bağlı tələblərin pozulması faktı aşkar edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 Üzrə Baş İdarəsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X6 Üzrə Baş İdarəsinin nümayəndəsi X4 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində fəaliyyət göstərən Şəxs epidemiya əleyhinə rejim sanitariya-gigiyena və karantin rejimləri dövründə qoruyucu maskadan istifadə ilə bağlı tələblərin pozulması faktı aşkar edilmişdir. Aşkar olunmuş pozuntu ilə bağlı təmsil etdiyi idarənin əməkdaşları tərəfindən cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X5 məhkəmə iclasında tərtib olunmuş protokolu qəbul etməyərək izahatında göstərdi ki, adı çəkilən vergi orqanı tərəfindən aparılmış nəzarət tədbiri əsasında tərtib edilmiş protokol əsassızdır və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının x xxxx 2013-cu il tarixli, 714-İVQ №-li “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların hüquqlarının müdafiəsi haqqında” Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 2.1 -ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq əaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən yoxlamalar sahibkarın təqsirsizlik prezumpsiyası, yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı prinsipləri əsasında aparılır. Amma bu prinsiplər vergi orqanı tərəfindən kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Belə olan halda aparılan yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyata alınmadığı üçün nəticələr ləğv edilməldir. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, qanunazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1 -ci maddəsinə əsasən rəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu aiddir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində sübhələr onun xeyrinə həll edilir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İş materiallarından görünür ki, protokol tərtib edilməzdən əvvəl barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və ya nümayəndəsinə hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verilməmiş, protokol tərtib edilməzdən əvvəl dəvət edilməmiş, iş materialları ilə belə bir məlumat müəyyən edilmir, hüquqları və vəzifələri izah edilməmişdir. İnzibati xəta haqında iş üzrə iş materiallarından da görünür ki, Şəxs MMC-yə inzibati protokol tərtib edilərkən hüquqi şəxsin nümayəndəsi dəvət olunmamış, onun izahatı alınmamış və protokolu imzalamaqdan imtina səbəbi aydınlaşdırılmamışdır. Həmçinin, iş materiallarında olan aktda hüquqi şəxsə məxsus marketin müdiri kimi qeyd edilən X3 protokolu imzalamaqdan imtina etməsi əks olunsa da, həmin şəxsin izahatı alınmamış və akt onun tərəfindən imzalanmamışdır. Nəzərə alınmamışdır ki, ixtiyari bir şəxs hüquqi şəxsin nümayəndəsi ola bilməz, hətta işçisi də nümayəndəsi ola bilməz. Hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında iş üzrə icraatda iştirakı təmin edilməmiş, nümayəndə və ya direktorun çağırılması və ya rəsmi qaydada məlumatlandırılmasına dair heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Kimlərin hüquqi şəxsin nümayəndəsi ola bilməsi, nümayəndənin səlahiyyətlərinin hansı qaydada təsdiq edilməsi İXM-nin 64-cü maddəsi ilə müəyyən edilmişdir. Bununla da ümumiyyətlə nümayəndə müəyyən edilməmişdir. İXM-nin 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə baxılmalı olsa da, protokol tərtib etmiş səlahiyyətli orqan ona protokol tərtib edilməzdən əvvəl səlahiyyətli orqanda iştirakının təmin edilməsi üçün hər hansı bir tədbir görməsinə dair iş materiallarına heç bir sübut əlavə etməmişdir. Halbuki, İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın içər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə prokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Azərbaycan Respublikası İXM-nin 99-cu maddəsinin məzmununa görə inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir, inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün müvafiq səbəb və əsas olmalıdır. Həmin Məcəlləyə görə inzibati xəta triqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, fiziki və hüquqi şəxslər, tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar ola bilər. Qeyd olunan protokolda inzibati xətanın müşahidə, baxış nəticəsində aşkar edilməsi yazılsa da, bu barədə raport və ya akt tərtib edilməyib, hansı ki inzibati xəta səlahiyyətli vəzifəli şəxs İsrəfindən bilavasitə aşkar edilərsə bu barədə raport və ya akt tərtib edilməlidir. Sonradan həmin raport və akt inzibati xəta hadisəni təsdiq edən sübutlarla birlikdə səlahiyyətli şəxslərə göndərilməlidir. Məhz səlahiyyətli şəxslər protokolu tərtib etməlidirlər. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı is əsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın bəndinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi adından Məcəllənin 211 -ci maddəsi ilə sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinlərinin baxmaq səlahiyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın Qeyd hissəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxslər inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Azərbaycan Respublikası İXM-nin 99.2-ci maddəsinə görə isə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olan məlumatlara iş üzrə ijraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Qeyd olunan normaların məzmunundan görründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlər üzrə sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıya əsasən həmin işlərə baxmaq səlahiyyəti müəyyən edilmiş vəzifəli şəxslər (Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri) İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə hüquqi şəxs barəsində protokol tərtib edərək baxılmaq üçün məhkəməyə göndərilməlidir. Hazırki işin hallarından isə görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 Üzrə Baş idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol idarənin buna səlahiyyəti olmayan əməkdaşları, yəni idarənin dövlət vergi müfəttişləri tərəfindən tərtib edilmişdir. Şəxs MMC-nin ( əvvəki adı “X10”) xx.xx.2016-cı il tarixli, ƏM 007 nömrəli ə xx.xx.2020-ci il tarixli, 17 nömrəli əmrlərinə əsasən hər bir market rəhbəri (administratoru) əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, sanitar-gigeniya və yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs olaraq administrator təyin olunmuşdur. Məhz mağaza rəhbərlərinin öz vəzifələrini lazımınca yerinə yerniə yetirmədiyindən bu kimi hallar baş vermişdir. Bundan başqa şirkətin bölməsi tərəfindən market rəhbərlərinə (administratorlara) dəfərlərlə yazılı və şifahi tapşırıqlar verilmişdir ki, AR Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 160 nömrəli Qərarına əsasən qida məhsullarının ticarəti üzrə fəaliyyətində xüsusi sanitar rejim tətbiq edilmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq “Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVİD-19) infeksiyasının pmlaktikasına dair metodiki göstərişlər təsdiq edilmişdir. Belə ki, ərzaq məhsullarının satışı ilə məşğul olan müəssisələrdə çalışan işçilərin gün ərzində insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, əlcək, həmçinin dezinfeksiya məhlulundan istifadə etmələrinin təmin edilməsi göstəriş olaraq qeyd olunmuşdur. Market rəhbərləri marketin idarə olunmasında səlahiyyətli vəzifəli şəxs olduğu üçün onlara qeyd olunanlar barədə məcburedici göstərişlər verilmişdir ki, epidemiya əleyhinə rejimə, sanıtariya-gigiyena və karantin rejiminə əməl etsinlər. Bir halda ki, şirkət öz üzərinə düşən məsələləri tam şəkildə yerinə yetirmiş, zəruri məlumatlandırmaları və xəbərdarlıqları rəsmi qaydada etmiş, işçiləri tibbi maskalarla və dezinfeksiyaedici məhsullarla təmin edibsə, şirkətin əməkdaşının bu qaydalara riayət etmədiyinə görə şirkətin inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Buna baxmayaraq şirkət haqqında qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə məbləği vəzifəli şəxs kimi deyil, hüquqi şəxsə tətbiq olunan cərimə məbləği kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq ıra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Maddənin tələbindən göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblər hüquqi şəxs tərəfindən deyil, vəzifəli şəxs tərəfindən pozulmuşdur. Belə olan halda şirkət haqqında tərtib olunan protokol ləğv edilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən tərtib olunmuş 11,08.2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş idarəsinə qaytarılması barədə qərardad qəbul edilməsi və ya 11,08.2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolu əsassız hesab etməklə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X6 Üzrə Baş İdarəsinin nümayəndəsi X4 Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X2 etirazını qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1082 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”sinə dəyişikliklər edilərək “3.0.91-5. strukturuna daxil olan müvafiq qurum vasitəsilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək; 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nə dəyişikliklər edilərək “3.0.18-1. sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;” yarımbəndləri əlavə edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********660100 nömrəli əmri ilə “Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsinə dair Metodiki Təlimat” təsdiq edilmişdir. Qeyd edilən əmrin 2-ci bəndi ilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarət vergi orqanlarının operativ vergi nəzarəti strukturlarının əməkdaşlarına həvalə edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********660100 nömrəli əmri ilə təsdiq edilmiş Metodiki Təlimatın 2.6-cı bəndinə əsasən isə İnzibati Xətalar Məcəlləsinin 211.1-211,3-cü maddələri üzrə sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə göstərilən inzibati tənbehlərin tətbiq edilməsi məqsədilə əməkdaşlar tərəfindən inzibati xəta haqqında protokollar tərtib olunaraq zəruri sənədlərlə birlikdə aidiyyəti rayon (şəhər) məhkəmələrinə göndərilməsinin təmin edilməsi tapşırılmışdır. İnzibati xəta haqqında protokol Bakı şəhəri X6 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin dövlət vergi müfəttişi tərəfindən tərtib edilmişdir ki, xx.xx.2019-cu il tarixli **********179400 nömrəli əmrlə Operativ vergi nəzarəti idarəsinin dövlət vergi müfəttişi vəzifəyə təyin edilmişdir ki, bu fakt və yuxarıda qeyd edilən əmrlər qeyd edilən əməkdaşın protokol tərtib etmək səlahiyyətinə malik olduğunu təsdiq edir. Şəxs MMC-nə məxsus Bakı şəhəri Suraxanı rayonunda yerləşən təsərüfat subyektində İXM-nin 211.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokol və Şəxs MMC- nə məxsus Bakı şəhəri Suraxanı rayonunda yerləşən təsərüfat subyektində müştərilərin tibbi maskadan istifadə etmədən təsərüfat subyektinə daxil olmasına şəraitin yaradılmasının aşkar edilməsi və bununla əlaqədar Şəxs MMC-nin işçisi tərəfindən alınmış izahat və vergi orqanının əməkdaşları tərəfindən tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün müvafiq əsas və səbəblərin olmasını təsdiq edir. Şəxs MMC-in vəzifəli şəxsləri tərəfindən nəzarətin təmin və təşkil edilməməsi nəticəsində müştərilərin tibbi maskadan istifadə etmədən təsərüfat subyektinə daxil olmasına şərait yaratmaqla Şəxs MMC-in satış dövrüyyəsinin artırılmasına və daha çox gəlir əldə etməsinə yönələn hərəkətlər edərək Şəxs MMC-in xeyrinə və ya onun maraqlarının qorunmasına yol verərək inzibati xətanı törətmişdilər. İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: İXM-nin 18.2.1-ci maddəsinə əsasən hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; İXM-nin 18.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; İXM-nin 18.2.3-cü maddəsinə əsasən hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; İXM-nin 18.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilirlər. Dövlət Vergi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211 -ci maddəsi ilə tərtib edilərək məhkəmələrə göndərilmiş protokollara baxılması nəticəsində bütün Məhkəmələr tərəfindən baxılmış protokollar üzrə inzibati tənbehin verilməsi barədə qərarlar qəbul edilmiş və baxılmış işlərdən heç birində protokolların geri qaytarılması və rədd edilməsinə dair məhkəmə qərarları və ya qərardadları qəbul edilməmişdir. Yuxarıda qeyd edilən faktları təsdiq edən sənədləri əlavə etməklə Şəxs MMC tərəfindən təqdim edilmiş etirazın qəbul edilməməsini və həmin Cəmiyyət barədə inzibati qaydada cərimə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində fəaliyyət göstərən Şəxs daxilində müstərilərin qoruyucu maskadan etməməsi faktı müəyyən edilmişdir. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində fəaliyyət göstərən Şəxs müştərilər təsərrüfat obyektinin daxilində tibbi maskadan istifadə etməmiş, Şəxs MMC-ə məxsus Bakı şəhəri Suraxanı rayonunda yerləşən təsərüfat subyektində müştərilərin tibbi maskadan istifadə etmədən təsərrüfat subyektinə daxil olmasına şəraitin yaradılmasının aşkar edilmiş, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuşdur. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXMnin 211.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-860/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-860/2020
09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver