Məhkəmə qərarları › İş №3(010)-862/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-862/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-862/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X5 yol patrul xidməti inspektoru baş leytenantı X1, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 mənzil 2də qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 334.1-ci maddələri ilə təqsirləndirilməsinə dair X4 materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə «LAND ROVER minik» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, manevr etmə qaydalarının pozulmasına görə Yol Polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman məlum olmuşdur ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədərək, barəsində İXP ******* saylı, xx.xx.2020-ci il tarixli X4 protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində X4 protokol tərtib edilmiş Şəxs inzibati xətanı törətməsində özünü qisməntəqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə «LAND ROVER minik» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən, manevr etmə qaydalarının pozulmasına görə Yol Polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla belə, qeyd edir ki, o, avtomaşını idarə edərkən sərxoş ola bilməzdi, belə ki, xx.xx.2020-ci il tarixdə, axşam vaxtı spirtli içki qəbul etmişdir. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X5 yol patrul xidməti inspektoru baş leytenantı X2 məhkəmədə göstərdi ki, xx.xx.2020-ci il tarixdə, «LAND ROVER minik» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətdə olan zaman manevr etmə qaydalarının pozulmasına görə saxlanılmış, sənədlər yoxlanılan zaman sürücü Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi müəyyən olunmuşdur. Həmçinin, ünsiyyət zamanı sürücünün qeyri-səlis danışığı və davranışı şübhə doğurduğu üçün tibbi müainəyə təqdim olunmuşdur. Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün o, tibbi müayinədən keçirilmiş və tibbi müayinə aktı ilə Şəxs avtomobili idarə edərkən sərxoş olduğu təsdiq olunmuşdur. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 334.1-cimaddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İş materiallarında olan İXP saylı ******* nömrəli, xx.xx.2020-ci il tarixli X4 protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə «LAND ROVER minik» markalı, **- TR-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. X4 materiala əlavə edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs izahatında göstərmişdir ki, o, pivə içmiş, bir daha sərxoş vəziyyətdə avtomobil idarə etməyəcəyini qeyd etmişdir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli qərarının 2.4-cü bəndinə əsasən, “Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. X4 materiala əlavə edilmiş alkotestr müayinəsi çıxarışından görünür ki, xx.xx.2020ci il il tarixdə, saat 10:21-də Şəxs 0.418% alkoqolun konsentrasiyası müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X5 xx.xx.2020-si il tarixli 046-34980-1220 saylı məktubundan görünür ki, vətəndaş Şəxs xx.xx.2010-cu ul tarixdə verilmiş AB 351649 nömrəli sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdə qüvvədən düşmüş və hazırda onun nəqliyyat vasitələrini idarə etmək hüququ mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məjəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, iş materiallarını nəzərdən keçirib, məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi faktı tam sübuta yetirilmişdir. Ona görə də Şəxs həmin maddələrlə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə ijlası zamanı Şəxs nəqliyyat vasitəsini idarə edərkən sərxoş olmadığını göstərsə də, məhkəmə iş materiallarında öz əksini tapmış sübutlara məjmu halında qiymət verərək, onun bu izahatına tənqidi yanayır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə500 (beş yüz) manat inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti Şəxs oğluna təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar