Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-863/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Günduz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə xx xxxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 41 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2019-cu ildə saat 13.30 radələrində ünvan 1mənzil 41 ünvanında X3, aralarında yaranmış mübahisə zəminində döyərək, sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, ünvan 1mənzil 41 ünvanında anası Şərabanu.bacısı Nazilə və bacısının iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. Bacısı Nazilə 2016-cı ilin sentyabr ayında X13 oglu ilə ailə həyatı qurmuşdur və onların iki azyaşlı uşaqları vardır. Bacısı Nazilənin ailəsində mütəmadı olaraq münaqişələr baş vermişdir və İlyas heç bir əsaslı səbəb olmadan onu döymüşdür. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə İlyas yaşadıqları Məhəmmədi qəsəbəsində bacısı Naziləni döyərək, ona xəsarətlər yetirmişdir. Bundan sonra o, bacısı Naziləni azyaşlı uşaqları ilə birlikdə öz yaşadığı evinə gətirmişdir. Onlara gələndən sonra Nazilə Məmmədova əri İlyas tərəfindən döyülməsi barədə DİN-nin 102 zəng xidmətinə müraciət etmişdir və bu barədə Abşeron RPİ-də araşdırma aparılmışdır. Bacısı Nazilə onlarda yaşadığı müddət ərzində onun iki qaynı, qaynının yoldaşı və baldızı Səlbi barışıq etmək məqsədi ilə onların evinə gəlmiş, lakin barışıq etmək istəmədiklərindən, həmin şəxsləri evlərinə buraxmamışlar. Bu səbəbə görə ərazinin sahə inspektoru olan Natiq İsmayılova bildirmişdir ki, əgər Səlbi və Validə Bayramovalar gəlib onları narahat etsələr, ona bu barədə məlumat yerəcəkdir. xx xxxxxx 2019-cu il tarixdə saat 13:30 radələrində 2-ci mərtəbədə yaşayan qonşu Şölə onlara zəng edərək bildirmişdir ki, bacısının baldızları yenidən onlara gəlmişlər. O, tez sahə inspektoru Natiq İsmayılova zəng edərək, onu evə dəvət etmişdir ki, heç bır problem yaranmasın. Bir neçə dəqiqə keçmişdir ki, Səlbi ilə Validə onlara çatıb qapını döymüşlər. Anası Şərəbanu isə qapını onlara açmaq istəməmişdir. Həmin vaxt Səlbi ilə Validə qapının açıq olmasından istifadə edərək mənzilin dəhlizinə daxil olmuşlar və ayaqqabılarını çıxarıb içəri keçən zaman, bacısı Naziləylə və onun uşaqlarıyla görüşmək uçun yaxınlaşan zaman, onlar Naziləni və onun uşaqlarını otağa salıb görüşmələrinə imkan verməmişlər. Həmin vaxt Səlbi əlindəki sellofan torbanı yerə qoyub bacısı Nazilənin olduğu otağa keçmək istəyən zaman, anası onların qarşısına durmuş və Səlbi ilə Validə anasını itələyib evə keçməyə cəhd etmişlər. O, Səlbi ilə Validədən çıxıb getmələrini tələb etmiş, onlar isə getmək əvəzinə zorla uşağı görmək istəmişlər. Buna görə də aralarında mübahisə yaranmışdır. Səlbi ilə Validə mübahisə zamanı onu və ailə üzvlərini söyüb təhqir etmişlər. Belə olan halda o, əsəbiləşmiş, əli ilə biləklərindən tutub itələyərək Validə və Səlbini evdən çölə çıxartmışdır. Bu zaman o, Validə və Səlbini döyməmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 bildirmişdir ki, qardaşı X8 təxminən 4-5 il bundan öncə Nazilə Məmmədova ilə ailə qurmuşdur, onların iki azyaşlı övladı vardır. Onlar Abşeron rayonunun Məhəmmədi kəndində yaşayırdılar.Təxminən 2019-cu ilin noyabr ayının əvvəlində qardaşı İlyas öz arvadı Nazilə ilə yaşadıqları evdə dalaşmış və bundan sonra Nazilə 2 azyaşlı övladları ilə birlikdə valideynlərinin yaşadıqları ünvan 1mənzil 41 ünvanına köçərək, orada yaşamağa başlamışdır. O, və bacısı Səlbi qardaşları İlyasın ailəsinin dağılmaması üçün, onları barışdırmaq məqsədi ilə, həm də uşaqlara bazarlıq edib baş çəkmək üçün xx.xx.2019-cu il tarixdə təxminən saat 13:30 radələrində Nazilənin yaşadığı ünvana gəlmişlər. Qapını döydükdən sonra Nazilənin anası Şərəbanu onların gəldiyini bilib çixıb getmələrini bildirsə də, onlar qapını açaraq içəri girmişlər. Həmin vaxt Nazilə otaqdan çıxıb onlarla görüşmək istəyərkən, Şərabanu buna icazə verməmişdir. Həmin vaxt Nazilənin qardaşı Nuh onların üzərinə gələrək, əli ilə biləklərindən tutub, itələyərək qapıdan çölə çıxartmış, təpiklə onları vurmuş, yumruqla Səlbinin qoluna vurmuşdur. Şəxs qanunla nəzərdə tutulan ən ağır tənbeh növünün tətbiq olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 bildirmişdir ki, qardaşı X8 təxminən 4-5 il bundan öncə Nazilə Məmmədova ilə ailə həyatı qurmuşdur və onların 2 (iki) azyaşlı övladları var. Onlar Abşeron rayonu, Məhəmmədi idə yaşayırdılar. Təxminən 2019-cu ilin noyabr ayının əvvəlində qardaşı İlyas Nazilə ilə yaşadıqları evdə dalaşmışlar və bu hadisədən sonra Nazilə 2 azyaşlı uşaqları ilə birlikdə valideynlərinin yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» ev 20, mənzil 41 ünvanına köçərək orada yaşamağa başlamışdır. O, və bacısi Validə İlyasın ailəsinin dağılmaması üçün, onları barışdırmaq məqsədi ilə, həm də uşaqlara baş çəkmək üçün xx xxxxxx 2019-cu il tarixdə saat 13:30 radələrində Nazilənin yaşadığı ata evinə getmişlər. Onun yaşadığı binanın 2-ci blokuna daxil olub 7-ci mərtəbəyə 41 №-li mənzilə yaxınlaşıb qapını döymuşlər və içəridən Nazilənin anası Şərəbanu kim olduqlarını soruşmuşdur. Bacısı Validə onların gəldiyini bildirib qapını açmasını xahiş etmişdir, Şərəbanu içəridən çıxıb getmələrini bildirmişdir. Bundan sonra qapı bir balaca açılmış,o, qapını bir az da açıb, mənzilin dəhlizinə daxil olmuş, sonra bacısı Validə də daxil olmuşdur. O, içəri keçən kimi əlində saxladığı, içində uşaqlar üçün şirniyyat aldığı sellofan torbanı qapının ağzına qoymuşdur. Həmin vaxt Nazilə öz otağından çıxıb görüşmək üçün onlara tərəf gələn zaman, Şərəbanu mətbəxdən çıxıb onu kənara itələmiş və ona demişdir ki, görüşməyə icazə vermir. Həmin vaxt Nazilənin qardaşı olan Şəxs onların üzərinə gələrək, əli ilə onu və bacısı Validəni itələyib qapıdan çölə çıxartmış, əlləri ilə qapının çərçivəsindən tutaraq, ayaqlarını göyə qaldırıb qoşa təpiklərlə onlara zərbələr endirmiş, sonra əlini qapıdan buraxıb, yumruqla sol qol nahiyyəsindən vurmuşdur. Şəxs onu döyməsi faktına görə sonuncu barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Suraxanı RP-nin 33-cü PBnin sahə inspektoru polis mayoru X9 bildirmişdir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, bina 20 xidmət göstərdiyi sahə məntəqəsinin yanında yerləşir. Buna görə də həmin binanın digər sakinləri kimi 41 nömrəli mənzilində yaşayan X6 və onun ailəsini də yaxşı tanıyır. Şəxs bacısı X10 Bayramov adlı şəxslə ailə qurub, Abşeron rayonunun Məhəmmədi kəndində yaşamasından və İlyasın arvadı Naziləni incitdiyi üçün onların arasında ailə münaqişələrinin olmasından məlumatı olmuşdur. xx.xx.2019-cu il tarixdə, saat 13:30 radələrində xidmətdə olduğu zaman Şəxs ona zəng vurub bildirmişdir ki, bacısının keçmiş baldızları Səlbi və Validə bacıları evlərinə gəlib onları narahat edirlər. Buna görə də o, məsələyə aydınlıq gətirmək üçün Nuhun yaşadığı evə qalxarkən, Validə və X7 evi olan 7-ci mərtəbədə liftin qabağında durduqlarını, Nuh ilə bacısı Nazilə və anası Şərəbanunun isə qapılarının qabağında dayanıb onlarla mübahisə etmələrini görmüşdür. Onlardan başqa orada kənar şəxslər olmamışdır, qonşular da çölə çıxmamışlar. Bundan sonra o, tərəflər arasındakı mübahisəni sakitləşdirib, Səlbi və Validə Bayramovaları aşağı düşürüb sahə məntəqəsinə aparmışdır. Səlbi və Validə Bayramovalar ona Nuhun onları döyməsini demişlər, lakin əvvəlcə şikayət etmək istəməmişlər. Buna baxmayaraq, bir qədər sonra Səlbi və Validə Bayramova bacıları Şəxs tərəfindən döyüldüklərinə dair şikayət ərizəsi vermiş və bu barədə bölmənin təhqiqatçısı tərəfindən araşdırma aparılmışdır. O, Şəxs Səlbi və Validə Bayramova bacılarını döyməsinin şahidi olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı yuxarıda qeyd olunan ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx xxxxxx 2019-cu il tarixli 960 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “X2 aşkar edilmiş xəsarət-sol bazunun qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəli təyin edilmir”. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini göstərsə də, məhkəmə onun bu ifadəsinə yuxarıda qeyd olunan sübutların məcmusuna əsasən tənqidi yanaşır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsi, münaqişənin ailə-məişət mübahisəsi zəminində baş verməsi iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ŞəxsAzərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-863/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-863/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver