Məhkəmə qərarları › İş №3(010)-864/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-864/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-864/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elxan Məmmədovun, Tələbkar X1 iştirakı ilə, xx.xx.1983-cü ildə Naxçıvan MR,Şərur rayonunda anadan olmuş, AR vətəndaşı, ünvan 1ənzil 52 ünvanda qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə Suraxanı rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 3131/2019 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq borclu Şəxs xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanədək çaxlanılması üçün hər ay cəmi 320 manat sabit pul məbləğində aliment, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılmaları üçün hər ay 50 manat tutularaq X2 verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-14489/2019 saylı qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3131/2019 saylı qətnaməsi xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılmaları üçün hər ay 50 manat alimentin tutulması hissəsində ləğv edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3131/2019 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq,ondan xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanədək çaxlanılması üçün hər ay cəmi 320 manat sabit pul məbləğində aliment, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılmaları üçün hər ay 50 manat tutularaq X2 verilməsi qət olunmuşdur.Şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-14489/2019 saylı qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3131/2019 saylı qətnaməsi xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılmaları üçün hər ay 50 manat alimentin tutulması hissəsində ləğv edilmişdir. Bu vaxta qədər uşaqların saxlanılması üçün cəmi 400 manat məbləğində aliment ödəmişdir. Hal-hazırda onun 4720 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Alimentin ödənilməməsi onun maddi vəziyyətinin qənaətbəxş olmaması ilə bağlıdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş X4 izahatında göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3131/2019 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq,borclu Şəxs xx.xx.2017ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanədək çaxlanılması üçün hər ay cəmi 320 manat sabit pul məbləğində aliment, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılmaları üçün hər ay 50 manat tutularaq X2 verilməsi qət olunmuşdur.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-14489/2019 saylı qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(010)-3131/2019 saylı qətnaməsi xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019cu il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılmaları üçün hər ay 50 manat alimentin tutulması hissəsində ləğv edilmişdir. Bu vaxta qədər borclu cəmi 400 manat məbləğində aliment ödəmişdir. Hal-hazırda borclunun 4720 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Elxan Məmmədov göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3131/2019 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq,borclu Şəxs xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanədək çaxlanılması üçün hər ay cəmi 320 manat sabit pul məbləğində aliment, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılmaları üçün hər ay 50 manat tutularaq X2 verilməsi qət olunmuşdur.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-14489/2019 saylı qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 3131/2019 saylı qətnaməsi xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılmaları üçün hər ay 50 manat alimentin tutulması hissəsində ləğv edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır.İcra şöbəsinə barəsində qəbul edilmiş axtarış qərarına əsasən gətirilmişdir. Bu vaxta qədər borclu cəmi 400 manat məbləğində aliment ödəmişdir. Hal-hazırda borclunun 4720 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra və probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3131/2019 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq,borclu Şəxs xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanədək çaxlanılması üçün hər ay cəmi 320 manat sabit pul məbləğində aliment, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılmaları üçün hər ay 50 manat tutularaq X2 verilməsi qət olunmuşdur.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-14489/2019 saylı qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3131/2019 saylı qətnaməsi xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılmaları üçün hər ay 50 manat alimentin tutulması hissəsində ləğv edilmişdirr. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı iə»də (xx xxxx 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (x xxx 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini ««xxxxxxxxxx» MMC Rusiya Federasiyasına qarşı» işdə (xx xxxx 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxxxxxxxx» ASC Rusiya Federasiyasma qarşı" (xx xxxx 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində inzibati həbs tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə təqsirlibilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-ci il saat 17-45-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət veriləbilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar