Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-867/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Şəxs barəsində qəbul edilmiş 25.11.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsinə dair Bakı şəhəri Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsindən daxil olmuş materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsi məhkəməyə müraciət edərək,Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs verilmiş möhlət hüququ müddətində cəriməni ödəmədiyi üçün qərarın məcburi icraya yönəldilməsi xahiş etmişdir. Məhkəmə həmin materialı nəzərdən keçirib hesab edirəm ki, material səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, iş materillarından müəyyən olunur ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsi tərəfindən Şəxs barəsində qəbul edilmiş 25.11.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı məcburi icraya yönəldilməsi üçün Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin Suraxanı rayon İcra Şöbəsinin 27.04.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.5.1 və 150.7-ci maddələri rəhbər tutularaq Şəxs barəsində qəbul edilmiş 25.11.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı Bakı şəhəri Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinə geri qaytarılmışdır. İş materiallarından müəyyən olunur ki, Şəxs “xxxx” MMC-də mebel ustası vəzifəsində işləyir və 300 manat məbləğində əmək haqqı alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əmək haqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Həmin Məcəllənin 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-1-ci maddəsinə əsasən inzibati xətalara dair işlər üzrə inzibati cərimə tətbiq edilməsi barədə qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 142, 143, 144.1, 145, 146.3, 147, 150-ci maddələrinin tələbləri nəzərə alınmaqla bu Qanuna müvafiq icra olunur. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 4.4-cü maddəsinə əsasən inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar (bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar istisna olmaqla), o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada icra edilir. Həmin Qanunun 6.1.5-ci maddəsinə əsasən inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarı icra sənədləri sayılır. Həmin Qanunun 13.1.3-2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar – Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsində müəyyən edilmiş müddətlər ərzində icraya yönəldilməlidir. Yuxarıda sadalanan qanunvrericiliyin tələblərindən göründüyü kimi, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada icra edilir. Materialdan müəyyən edilir ki, Şəxs barəsində səlahiyyətli orqan tərəfindən (vəzifəli şəxs) inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında müvafiq qərar qəbul edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edildiyini və bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi vəzifəsinin səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulduğunu nəzərə nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında materialı icraata qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 150-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsinə dair Bakı şəhəri Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsindən daxil olmuş material icraata qəbul edilmədən geri qaytarılsın. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-867/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-867/2021
24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver