Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-868/2020 24.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X12 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və icra sənədi üzrə tələbkar X3 iştirakı ilə, Şəxs, xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, boşanmış, iki yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mirqəzəb küçəsi,14 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli, 2(010)-1067/2010 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Şəxs xx xxx 2010-cu ildən başlayaraq, xx xxxx 2003-cü il təvəllüdlü X1 və xx xxxx 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 100 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə Şəxs icra sənədi üzrə 12.300 manat ödənilməmiş aliment borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli, 2(010)-1067/2010 nömrəli qətnaməsinə əsasən ondan xx xxxx 2003-cü ildə anadan olmuş Səkinənin və xx xxxx 2007-ci ildə anadan olmuş Muradın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx xxx 2010-cu il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmuşdur. İcra məmuru tərəfindən uşaqlarının onun yanında qalmaları nəzərə alınmadan ona 12.300 manat akiment borcu hesablanmışdır. O, məhkəmənin qərarına hörmətlə yanaşır, lakin hazırda qeyd edilən aliment borcunu birdəfəlik ödəmək iqtidarında deyil, ona vaxt veriləcəyi təqdirdə borcnunu hissə-hissə ödəyə bilər. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X5 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş Şəxs yaşadığı ünvana göndərilmiş və sonuncuya icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunmuşdur. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclu icra sənədi üzrə tələbkarların xeyrinə halhazıradək heç bir ödəniş etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X6 məhkəmədə göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli, 2(010)-1067/2010 nömrəli icra vərəqəsinə əsasən Şəxs iki uşağın saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment ona ödənilməlidir. Lakin borclu müxtəlif bəhanələr gətirərək ica sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Borclu hal-hazıradək uşaqlarına aliment pulu ödəməmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən borclunun işləməməsi və ya maddi vəziyyətinin aşağı olması onu icra sənədini icra etməkdən azad etmir. Sonda X6 borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli, 2(010)-1067/2010 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs xx xxx 2010-cu ildən başlayaraq, xx xxxx 2003-cü il təvəllüdlü X1 və xx xxxx 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 100 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxx 2016-cı il tarixli qərardan görünür ki, xx xxxx 2016-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli, 2(010)-1067/2010 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx xxxx 2016-cı il tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli, 2(010)-1067/2010 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Şəxs həmin bildirişin surətini xx xxxx 2016-cı il tarixdə şəxsən imza etməklə almışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını, yəni borclu Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli, 2(010)-1067/2010 nömrəli qətnaməsinə dair icra sənədi üzrə ümumiyyətlə heç bir ödəniş etmədiyini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən, saat 14:40dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-868/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-868/2020
24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver