Məhkəmə qərarları › İş №3(010)-868/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-868/2021

26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-868/2021 26.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, barəsində inzibati qərar çıxarılmış vəzifəli şəxs “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkinsin etibarnamə üzrə nümayəndəsi və vəkili, “BHM və Partnyorları” vəkil bürosunun vəkili Vəkil, qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, X31 Harkinsin, 05 may 1956-cı ildə Kanadada anadan olmuş, Kanada vətəndaşı, FİN 11D5C9, “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin prezidenti, Bakı şəhəri, Azadlıq meydanı 674, “JW X19 Baku” mehmanxanasında yaşayan, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin rəis müavini X11 tərəfindən qəbul edilmiş 04 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nümayəndəsi və vəkili Vəkil verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 24 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin məsləhətçisi - əmək müfəttişi X9 tərəfindən “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkinsin barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin rəis müavini X7 qəbul etdiyi 04 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X31 Harkins Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1.000 manat məbləğində inzibati cərimə olunmuşdur. 22 iyun 2021-ci il tarixdə “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkinsin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayətlə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin rəis müavini X11 tərəfindən qəbul edilmiş 04 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəkil şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin 04 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkins barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta üzrə 1.000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərarın surətini poçt vasitəsi ilə 12 iyun 2021-ci il tarixdə rəsmi qaydada əldə etmişlər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin 04 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli və “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkins barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən 04 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkins barəsində həmin xidmət tərəfindən 24 may 2021-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməsi olmuşdur. Məhz bu protokol əsasında X17 Xidməti qəbul etdiyi 04 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarda göstərmişdir ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə işəgötürən inzibati xəta törətmişdir. Protokolda göstərilmişdir ki, Nümayəndəliyin X21 Hugh Harkins barəsində inzibati xəta haqqında protokol vətəndaş X12 Nümayəndəlikdə əvəzçilik qaydasında işlədiyi dövrlər üzrə əmək haqqının əmək qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməməsi ilə bağlı tərtib edilmişdir. X17 Xidməti tərəfindən tərtib edilmiş 24 may 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda Nümayəndəliyin X21 Hugh Harkinsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin hansı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi həmin protokolda qeyd edilməmişdir. Bundan başqa, tərtib edilmiş inzibati protokolda istinad olunan inzibati xəta hadisəsinin nə zaman baş verməsi, şikayətçi Kamil Şabanovun əvəzçilik qaydasında işlədiyi hansı dövrlər üzrə ona əmək haqqının ödənilməməsi müəyyən edilmir. Bu fakt bilərəkdən X17 Xidməti tərəfindən tərtib edilmiş 24 may 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilməmişdir. Bununla bağlı daha geniş aşağıdakı abzaslarda daha ətraflı göstəriləcəkdir. X29 ilə işəgötürən “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi arasında bağlanmış 17 sentyabr 2012-ci il tarixli əmək müqaviləsinə əsasən işçi həmin tarixdən Nümayəndəliyin Geologiya və geofizika şöbəsinə Böyük geoloq vəzifəsinə işə qəbul edilmişdir. Bununla bağlı Nümayəndəlik prezidenti tərəfindən 368 saylı əmr də verilmişdir. Bundan sonra Kamil Şabanov əvvəlcə Nümayəndəliyin Yeraltı tədqiqatlar şöbəsinə Baş geoloq vəzifəsinə keçirilmiş, sonradan isə Yeraltı tədqiqatlar şöbəsində Şöbə menecerinin müavini vəzifəsinə keçirilmişdir. Hal-hazırda da X8 Yeraltı tədqiqatlar şöbəsinin Menecer müavini vəzifəsində çalışır. X29 07 aprel 2021-ci il tarixdə ərizə ilə Nümayəndəliyə müraciət edərək, 07 may 2018-ci il tarixdən etibarən Nümayəndəlikdə Yeraltı tədqiqatlar şöbəsinin meneceri vəzifəsinin icrasının 2018-ci ildə 07 may-07 iyun, 12 iyun-20 iyun, 21 iyun-21 iyul, 01 avqust-31 oktyabr tarixləri ərzində ona həvalə edildiyini, bununla bağlı 183, 249, 258 və 311 saylı əmrlərin rəsmiləşdirildiyini, lakin həmin dövrlər üzrə ona həvalə edilmiş başqa işçinin əmək haqqının ödənilmədiyini bildirmişdir. X13 qeyd etdiyi əmrlərin surətlərini əlavə etmişdir. X24 müraciətində ona həvalə edilmiş başqa işçinin vəzifəsinin icrasını 06 ay müddətində icra etdiyini göstərmişdir. 07 may 2021-ci il tarixdə Kamil Şabanovıın ərizəsi üzrə tələb edilmiş materiallar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə göndərilmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, Nümayəndəlik prezidentinin 07 may 2018-ci il tarixli, 183 saylı əmri ilə 07 may 2018 – 07 iyun 2018-ci il tarixləri ərzində özünün əmək funksiyalarının icrası ilə bərabər (həmin dövrdə X25 tədqiqatlar şöbəsində Baş geoloq vəzifəsində çalışırdı) Yeraltı tədqiqatlar şöbəsinin menecerinin əmək funksiyalarının icrası razılığı alınmaqla Kamil Şabanova həvalə edilmişdir. Qeyd edilən əmrlə Kamil Şabanov tanış olmuş və etiraz etmədiyini bildirmişdir. Nümayəndəlik prezidentinin 12 iyun 2018-ci il tarixli, 249 saylı əmri ilə 12 iyun 2018 – 20 iyun 2018-ci il tarixləri ərzində özünün əmək funksiyalarının icrası ilə bərabər Yeraltı tədqiqatlar şöbəsinin menecerinin əmək funksiyalarının icrası razılığı alınmaqla Yeraltı tədqiqatlar şöbəsində Baş geoloqu Kamil Şabanova həvalə edilmişdir. Bu əmrlə də Kamil Şabanov tanış olmuş və etiraz etmədiyini bildirmişdir. Nümayəndəlik prezidentinin 20 iyun 2018-ci il tarixli, 258 saylı əmri ilə 21 iyun 2018 – 21 iul 2018-ci il tarixləri ərzində özünün əmək funksiyalarının icrası ilə bərabər Yeraltı tədqiqatlar şöbəsinin menecerinin əmək funksiyalarının icrası razılığı alınmaqla Yeraltı tədqiqatlar şöbəsində Baş geoloqu Kamil Şabanova həvalə edilmişdir. Bu əmrlə də Kamil Şabanov tanış olmuş və etiraz etmədiyini bildirmişdir. Sonuncu dəfə, Nümayəndəlik prezidentinin 31 iyul 2018-ci il tarixli, 311 saylı əmri ilə 01 avqust 2018 — 31 oktyabr 2018-ci il tarixləri ərzində özünün əmək funksiyalarının icrası ilə bərabər Yeraltı tədqiqatlar şöbəsinin menecerinin əmək funksiyalarının icrası razılığı alınmaqla Yeraltı tədqiqatlar şöbəsində Baş geoloqu Kamil Şabanova həvalə edilmişdir. Bu əmrlə də Kamil Şabanov tanış olmuş və etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsində deyilir ki, müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir. Əmək Məcəlləsinin 162-ci maddəsində göstərilir ki, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. X5 müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində aydın olmuşdur ki, Nümayəndəliyin X21 Hugh Harkins barəsində çıxarılmış xidmətin 04 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən ona inzibati qaydada ittiham irəli sürülmüş Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinin tələblərinə görə, işçi X6 əvəzçilik qaydasında Yeraltı tədqiqatlar şöbəsinin menecerinin əmək funksiyalarının icrasını həyata keçirdiyi 2018-ci ilin 07 may - 07 iyun, 12 iyun - 20 iyun, 21 iyun - 21 iyul, 01 avqust - 31 oktyabr tarixləri ərzində ona əmək haqqının ödənilməsi prosesi zamanı qanun pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində deyilir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya Nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkins barəsində 04 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə əsas olmuş Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulan və inzibati tənbehin 01 il ərzində verilməsi mümkün olan inzibati xətalar kateqoriyasına aid deyil. X26 sonuncu dəfə 31 oktyabr 2018-ci il tarixinədək öz vəzifəsi ilə yanaşı başqa işçinin vəzifələrinin icra etdiyi və bu tarixdən sonrakı müddət ərzində X26 bir daha öz vəzifəsi ilə yanaşı əvəzçilik qaydasında hər hansı digər vəzifənin icrasını həyata keçirmədiyi əsas tutularaq, mübahisələndirilən 04 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati xətanın 31 oktyabr 2018-ci il tarixdə törədildiyi nəzərə alınsa, həmin 31 oktyabr 2018-ci il tarixindən 3 ay sonrakı müddət 31 yanvar 2019-cu il tarixdə artıq bitmişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən Nümayəndəliyin X21 Hugh Harkins barəsində MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulan müddət 02 il 04 ay ötürüldükdən sonra 24 may 2021-ci il tarixdə tərtib edilmişdir. Bunun nəticəsində də həmin Xidmət tərəfindən Nümayəndəliyin X21 Hugh Harkins barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərar da İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan 03 aylıq müddət ötürüldükdən xeyli - 02 il 05 ay sonra qəbul edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında deyilir ki, hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşaraq bir daha qeyd edirik ki, Nümayəndəliyin X21 Hugh Harkins barəsində çıxarılmış Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) heç bir halda uzanan və ya davam edən inzibati xəta hadisəsi sayıla bilməz. Çünki, İXM-in 192.4-cü maddədə nəzərdə tutulan inzibati xətada yalnız bir dəfə inzibati xəta baş verir və bu xəta bir dəfə baş verdiyinidən əməl vahid niyyətlə əhatə olunur, inzibati xəta bir məqsədlə bir subyektin barəsində baş verir və heç bir halda məcmu halda qanun pozuntusuna yol verilmir. X26 işlədiyi müəssisədə özünün əmək funksiyalarının icrası ilə bərabər digər işçinin əmək funksiyalarının icrasını müvafiq əmrlərlə həyata keçirildiyini və sonuncu dəfə bu barədə əmrin 31 oktyabr 2018-ci il tarixədək olan dövr üçün verildiyini, həmin tarixdən sonrakı dövrdən etibarən X26 bir daha başqa şəxsin əmək funksiyalarını icra etmədiyini və əvəzçilik üzrə işləmədiyini nəzərə alsaq, qeyd etmək lazımdır ki, işəgötürən olaraq Nümayəndəlik tərəfindən Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində istinad edilən inzibati xəta hadisəsi 31 oktyabr 2018-ci il tarixdə baş vermişdir və işəgötürən tərəfindən ona istinad edilən maddə üzrə inzibati xətaya həmin tarixdən sonra yol verilməmişdir. X29 hər dəfə öz əmək funksiyalarının icrası ilə bərabər digər işçinin əmək funksiyalarının icrasının razılıq əsasında həyata keçirmiş, bu barədə müvafiq əmrlərlə tanış edilmiş, əmrlərin surəti ona təqdim edilmiş, əmrlərə dair heç bir etirazının olmadığını bildirmişdir. Buna baxmayaraq X29 qeyd edilən əmrlər üzrə başqa işçinin əmək funksiyasını yerinə yetirdikdən sonra həmin vəzifə üzrə əmək haqqının ödənilməməsi tələbi ilə qanunvericilikdə nəzərdə tutulmuş müddəti xeyli (təqribən 2.5 il) ötürdükdən sonra aidiyyəti qurumlara müraciət etmişdir. X29 əvəzçilik üzrə işlədiyi dövr ərzində əmək haqqını almaması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə etmiş olduğu müraciətində həmçinin əvəzçilik üzrə işlədiyi dövrün 06 aydan artıq müddətə davam etdiyini və bununla da Əmək Məcəlləsinin 61-ci maddəsinin 3-cü bəndinin tələblərinin pozulduğunu göstərsə də, bununla bağlı Nümayəndəlik tərəfindən təqdim edilmiş sənədlər əsasında araşdırma aparmış X17 Xidməti işçinin əvəzçilik üzrə çalışdığı dövrün 03 aylıq müddəti keçməməsi əsası ilə Nümayəndəlik Prezidentinin əməllərində hər hansı inzibati xətanın tərkib əlamətlərinin olmaması qənaətinə gəlmişdir. Buna baxmayaraq X17 Xidməti, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh verilmə müddətlərini nəzərə almadan, inzibati məsuliyyətə cəlb etmə müddətindən təqribən 2.5 il ötürüldükdən sonra qanunsuz olaraq Nümayəndəliyin X21 Hugh Harkins barəsində inzibati xəta haqqında protokol tərtib etmiş, protokolun da əsasında qanunsuz olaraq onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi haqqında qanunsuz qərar qəbul etmişdir. Sadalanan xüsusatlar onu deməyə əsas verir ki, “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkins barəsində çıxarılmış Azərbaycan Respublikası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin 04 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6cı maddəsində deyilir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Buna görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin rəis müavini X11 tərəfindən “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkins barəsində qəbul edilmiş 04 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkinsin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayətinin məzmununa uyğun izahat verərək məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X4 izahatında bildirdi ki, “X22 Company Limited” şirkətinin X21 Hugh Harkins barəsində tərtib edilmiş protokol və qərar tam qanuni və əsaslıdır. Belə ki, inzibati xəta haqqında iş vətəndaş X12 “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində əmək hüquqlarının pozulması barədə X17 Xidmətinə müraciəti ilə başlanmış və araşdırma aparılarkən məlum olmuşdur ki, işəgötürən “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin X21 Hugh Harkins tərəfindən cəmiyyətdə işçi olan X12 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilmişdir. Yəni, X15 2018-ci ilin may, iyun, iyul, avqust-oktyabr ayları ərzində işlədiyi “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirməsinə baxmayaraq, ona boş vəzifə üçün nəzərdə tutulmuş əməkhaqqı (vəzifə maaşı) işəgötürən X31 Harkins tərəfindən ödənilməmişdir. Sözügedən inzibati xəta uzanan inzibati xəta olduğundan aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar 24 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına inzibati xəta haqqında işə baxılmasının 04 iyun 2021-ci il tarixə, saat 11:00-a təyin olunduğu və qeyd olunan tarixdə X17 Xidmətinə gəlməsi və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməsi barədə bildiriş göndərilmişdir. Törədilmiş hüquq pozuntusu əsasında X31 Harkins Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qəbul edilmiş 04 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 1.000 manat cərimə edilmişdir. X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin rəis müavini X11 tərəfindən qəbul edilmiş 04 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən, “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkinsin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayətinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati qərar çıxarılmış şəxsin nümayəndəsini və vəkilini və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş 07 aprel 2021-ci il tarixli məktubdan görünür ki, X18 “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin prezidenti səhaiyyətlərini müvəqqəti icra edən İnsan Resursları və İnzibati Məsələlər üzrə meneceri Əhmədiyyə Musayevə yazılı qaydada müraciət edərək, 07 may 2018-ci il tarixindən etibarən, Nümayəndəlikdə Yeraltı tədqiqatlar şöbəsinin meneceri vəzifəsi müvəqqəti olaraq boş olduğundan, həmin vəzifə üzrə əmək funksiyalarının icrasının, 07 may - 07 iyun, 12 iyun - 20 iyun, 21 iyun - 21 iyul, 01 avqust - 31 oktyabr tarixlərini əhatə edən dövrdə ona həvalə olunduğunu, Nümayəndəlikdə Yeraltı tədqiqatlar şöbəsinin meneceri vəzifəsinin tərəfindən icrasının müvafiq olaraq 183, 249, 258 və 311 saylı əmrlərlə rəsmiləşdirildiyini, əmrlərdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə dair müddəanın olmasına baxmayaraq, qeyd olunan dövr üçün ona həvalə olunmuş başqa işçinin əmək funksiyasının icrası ilə əlaqədar əmək haqqı ödənilmədiyini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61ci maddəsinin 2-ci bəndinə əsasən, işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirdiyi təqdirdə ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməli olunduğunu, lakin bugünkü günə kimi, ona qanunvericiliklə müəyyən edilmiş əlavə əmək haqqı ödənilmədiyini, həmin vəzifəni 06 ay müddətində icra etdiyini qeyd edərək, Yeraltı tədqiqatlar şöbəsinin menecerinin əmək funksiyalarını yerinə yetirdiyi müddət üçün əlavə əmək haqqının nə vaxt ödəniləcəyi ilə bağlı əlavə məlumat verilməsini xahiş etmişdir. Şikayətə əlavə edilmiş X12 14 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə daxil olmuş məktubundan görünür ki, X18 “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin prezidenti səhaiyyətlərini müvəqqəti icra edən İnsan Resursları və İnzibati Məsələlər üzrə meneceri Əhmədiyyə Musayevə ünvanladığı eyni məzmunlu məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə müraciət edərək Yeraltı tədqiqatlar şöbəsinin menecerinin əmək funksiyalarını yerinə yetirdiyi müddət üçün əlavə əmək haqqının ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Şikayətə əlavə edilmiş 17 sentyabr 2012-ci il tarixli, 368 nömrəli əmrdən görünür ki, X18 həmin tarixdən “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində Geologiya və geofizika şöbəsinə böyük geoloq vəzifəsinə işə qəbul edilmişdir. Şikayətə əlavə edilmiş 22 iyun 2015-ci il tarixli əmək müqaviləsinə əlavə razılaşmadan görünür ki, X18 ilə “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi arasında bağlanmış əmək müqaviləsinə X12 Yeraltı tədqiqatlar şöbəsinə baş geoloq vəzifəsinə keçirilməsi barədə dəyişikliyin edilməsinə dair razılığa gəlmişlər. Əmək müqaviləsinə əlavə razılaşmanın nüsxəsi X15 təqdim edilmişdir. Şikayətə əlavə edilmiş “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin 07 may 2018-ci il tarixli, 183 nömrəli əmrindən görünür ki, Nümayəndəlikdə Yeraltı tədqiqatlar şöbəsinin meneceri vəzifəsinin müvəqqəti olaraq boş olduğu nəzərə alınaraq, 07 may 2018-ci il tarixindən 07 iyun 2018-ci il tarixinədək özünün əmək funksiyalarının icrası ilə bərabər, Yeraltı tədqiqatlar şöbəsinin menecerinin əmək funksiyalarının icrası yuxarıda qeyd edilən dövr üçün, razılığı alınmaqla, Nümayəndəliyin Yeraltı tədqiqatlar şöbəsinin baş geoloqu Kamil Şabanova həvalə edilmişdir. Şikayətə əlavə edilmiş “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin 12 iyun 2018-ci il tarixli, 249 nömrəli əmrindən görünür ki, Nümayəndəlikdə Yeraltı tədqiqatlar şöbəsinin meneceri vəzifəsinin müvəqqəti olaraq boş olduğu nəzərə alınaraq, 12 iyun 2018-ci il tarixindən 20 iyun 2018-ci il tarixinədək özünün əmək funksiyalarının icrası ilə bərabər, Yeraltı tədqiqatlar şöbəsinin menecerinin əmək funksiyalarının icrası yuxarıda qeyd edilən dövr üçün, razılığı alınmaqla, Nümayəndəliyin Yeraltı tədqiqatlar şöbəsinin baş geoloqu Kamil Şabanova həvalə edilmişdir. Şikayətə əlavə edilmiş “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin 20 iyun 2018-ci il tarixli, 258 nömrəli əmrindən görünür ki, Nümayəndəlikdə Yeraltı tədqiqatlar şöbəsinin meneceri vəzifəsinin müvəqqəti olaraq boş olduğu nəzərə alınaraq, 21 iyun 2018-ci il tarixindən 21 iyul 2018-ci il tarixinədək özünün əmək funksiyalarının icrası ilə bərabər, Yeraltı tədqiqatlar şöbəsinin menecerinin əmək funksiyalarının icrası yuxarıda qeyd edilən dövr üçün, razılığı alınmaqla, Nümayəndəliyin Yeraltı tədqiqatlar şöbəsinin baş geoloqu Kamil Şabanova həvalə edilmişdir. Şikayətə əlavə edilmiş “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin 31 iyul 2018-ci il tarixli, 311 nömrəli əmrindən görünür ki, Nümayəndəlikdə Yeraltı tədqiqatlar şöbəsinin meneceri vəzifəsinin müvəqqəti olaraq boş olduğu nəzərə alınaraq, 01 avqust 2018-ci il tarixindən 31 oktyabr 2018-ci il tarixinədək özünün əmək funksiyalarının icrası ilə bərabər, Yeraltı tədqiqatlar şöbəsinin menecerinin əmək funksiyalarının icrası yuxarıda qeyd edilən dövr üçün, razılığı alınmaqla, Nümayəndəliyin Yeraltı tədqiqatlar şöbəsinin baş geoloqu Kamil Şabanova həvalə edilmişdir. Şikayətə əlavə edilmiş 01 fevral 2019-cu il tarixli əmək müqaviləsinə əlavə razılaşmadan görünür ki, işəgötürənin səlahiyyətlərini həyata keçirən “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin rəhbəri işəgötürən X27 İİ ilə işçi X18 001588 saylı əmək müqaviləsinin 1.2 və 3.1 bəndlərinə X5 Yeraltı tədqiqatlar şöbəsində Yeraltı tədqiqatlar şöbəsinin menecerinin müavini vəzifəsinə keçirilməsi, işəgötürənin işçiyə hər ay 4.121 manat 88 qəpik məbləğində vəzifə maaşı ödəməsi barədə dəyişikliklər edilməsi barədə razılığa gəlmişlər. Beləliklə iş materiallarından müəyyən olunur ki, “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin Yeraltı tədqiqatlar şöbəsində baş geoloq vəzifəsində işləyən X12 razılığı alınmaqla 07 may 2018-ci il tarixindən 07 iyun 2018-ci il tarixinədək, 12 iyun 2018-ci il tarixindən 20 iyun 2018-ci il tarixinədək, 21 iyun 2018-ci il tarixindən 21 iyul 2018-ci il tarixinədək və 01 avqust 2018-ci il tarixindən 31 oktyabr 2018ci il tarixinədək öz əmək funksiyalarının icrası ilə bərabər, Yeraltı tədqiqatlar şöbəsinin menecerinin əmək funksiyalarının icrasını həyata keçirmiş, 01 fevral 2019-cu il tarixdə isə X12 Yeraltı tədqiqatlar şöbəsində Yeraltı tədqiqatlar şöbəsinin menecerinin müavini vəzifəsinə keçirilmişdir. 07 aprel 2021-ci il tarixdə X18 “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin prezidenti səhaiyyətlərini müvəqqəti icra edən İnsan Resursları və İnzibati Məsələlər üzrə meneceri Əhmədiyyə Musayevə yazılı qaydada müraciət edərək ona həvalə olunmuş başqa işçinin əmək funksiyasının icrası ilə əlaqədar əmək haqqı ödənilmədiyini bildirmiş, Yeraltı tədqiqatlar şöbəsinin menecerinin əmək funksiyalarını yerinə yetirdiyi müddət üçün əlavə əmək haqqının nə vaxt ödəniləcəyi ilə bağlı əlavə məlumat verilməsini xahiş etmişdir. 14 aprel 2021-ci il tarixdə isə X18 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə müraciət edərək Yeraltı tədqiqatlar şöbəsinin menecerinin əmək funksiyalarını yerinə yetirdiyi müddət üçün əlavə əmək haqqının ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. X12 müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin məsləhətçisi - əmək müfəttişi X9 tərəfindən “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkinsin barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 24 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin rəis müavini X7 qəbul etdiyi 04 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X31 Harkins qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1.000 manat məbləğində inzibati cərimə olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmilşdir ki, hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta davam edən və ya uzanan inzibati xəta ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarından müəyyən olunduğu kimi hüquq pozuntusu iki fərqli anlayışla, yəni “uzanan” - başlamış və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilmiş, “davam edən” - zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər kimi səciyyələndirilmişdir. Bu kontekstən yanaşaraq məhkəmə ilk növbədə Azərbaycan Respublikasında Nümayəndəliyinin rəhbərliyi, indiki halda isə X21 Hugh Harkins tərəfindən törədilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın “uzanan” və ya “davam edən” inzibati xəta olduğuna aydınlıq gətirməyi zəruri hesab edir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, 07 may 2018-ci il tarixindən 07 iyun 2018-ci il tarixinədək, 12 iyun 2018-ci il tarixindən 20 iyun 2018-ci il tarixinədək, 21 iyun 2018-ci il tarixindən 21 iyul 2018-ci il tarixinədək və 01 avqust 2018-ci il tarixindən 31 oktyabr 2018ci il tarixinədək öz əmək funksiyalarının icrası ilə bərabər, Yeraltı tədqiqatlar şöbəsinin menecerinin əmək funksiyalarının icrasını həyata keçirmiş X15 qeyd edilən əmək funksiyalarını yerinə yetirdiyi müddət üçün əlavə əmək haqqı ödənilməməklə, yəni “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin rəhbərliyi, indiki halda isə X21 Hugh Harkinsin hərəkətsizliyində ifadə olunmaqla, hər əlavə əmək funksiyasının icrasına görə ayrı-ayrılıqda (07 may 2018-ci il tarixindən 07 iyun 2018-ci il tarixinədək əmək funksiyasına görə 07 iyul 2018-ci ildən, 12 iyun 2018-ci il tarixindən 20 iyun 2018-ci il tarixinədək əmək funksiyasına görə 20 iyul 2018-ci ildən, 21 iyun 2018-ci il tarixindən 21 iyul 2018-ci il tarixinədək əmək funksiyasına görə 31 avqust 2018-ci ildən və 01 avqust 2018-ci il tarixindən 31 oktyabr 2018-ci il tarixinədək əmək funksiyasına görə isə 31 sentyabr 2018-ci ildən) başlamış və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilmişdir ki, bu da həmin xətanın “uzanan” inzibati xəta olduğunu deməyə əsas verir. Lakin bununla yanaşı iş materiallarından müəyyən olunur ki, X3 tədqiqatlar şöbəsinin menecerinin əmək funksiyalarının icrasını 12 iyun 2018-ci il tarixindən 20 iyun 2018-ci il tarixinədək, 21 iyun 2018-ci il tarixindən 21 iyul 2018-ci il tarixinədək və 01 avqust 2018-ci il tarixindən 31 oktyabr 2018-ci il tarixinədək, yəni zaman baxımından ara verməklə həyata keçirmişdir ki, bu hal isə “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkins tərəfindən törədilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın “davam edən” inzibati xəta olduğuna dəlalət edir. Qeyd olunanlardan başqa məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhətinin faktiki olaraq həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti ilə eyni olduğunu, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta davam edən və ya uzanan inzibati xəta ola biləcəyinin qeyd edildiyini nəzərə alaraq belə bir nəticə yə gəlir ki, qeyd edilən nöqteyi nəzərdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində də nəzərdə tutulmuş inzibati xəta “davam edən” və ya “uzanan” inzibati xəta ola bilər. Göründüyü kimi “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkins tərəfindən törədilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın “uzanan” və ya “davam edən” inzibati xəta olduğunu konkret olaraq müəyyən etmək mümkün deyil və buna dair qanunvericilikdə kifayət qədər şübhələr var. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əmək qanunvericiliyinin pozulmasına aid olan inzibati xətalar kateqoriyasına aiddir və qanunvericilik bu kateqoriyaya aid inzibati xətalara görə inzibati tənbeh tətbiq etmə müddətini inzibati xətanın törədildiyi gündən 03 ay həddində müəyyən etmişdir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Qanunvericiliyin yuxarıda qeyd olunanan müddəalarından müəyyən olunur ki, “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkins tərəfindən törədilmiş inzibati xətanın “davam edən” inzibati xəta olduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə əsasən cəlb etmə müddəti bitmiş, “uzanan” inzibati xəta inzibati xəta olduğu təqdirdə isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə əsasən cəlb etmə müddəti bitməmiş olur. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin rəis müavini X11 isə iş üzrə əldə edilmiş bütün sübutların məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirərək iş üzrə inzibati xəta hadisəsini (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən halları və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən edib qərar qəbul etməli olduğu halda, “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkins tərəfindən törədilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın “uzanan” və ya “davam edən” inzibati xəta olduğuna kifayət qədər şübhələrin olmasına baxmayaraq, həmin xətanın “uzanan” inzibati xəta olduğu qənaətinə gəlmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsaslanaraq inzibati tənbehin verilməsi müddətini xətanın aşkara çıxarıldığı gündən hesablamaqla “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkinsi Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilmişdir. Məhkəmə hesab edir ki, kifayət qədər şübhələr olduğu halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın “uzanan” inzibati xəta hesab edilməklə “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkinsin barəsində 24 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanılması, həmin protokol əsasında isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin rəis müavini X7 qəbul etdiyi 04 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası İXMnin tələblərinə və prinsiplərinə ziddir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1 və 135.1.5-1-ci maddələrinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Buna görə də məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin rəis müavini X7 qəbul etdiyi 04 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkinsin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin rəis müavini X7 qəbul etdiyi 04 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qərar ləğv edilsin. İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə “X22 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin X21 Hugh Harkins barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar