Məhkəmə qərarları › İş №3(010)-869/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-869/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-869/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, “xxxxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 00100-1702/20 nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxxxxxxxxxxx” MMC-nin ünvanına B132QQ05/BA966278 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərin **********4524 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli Gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük idarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, X1 Şöbəsindən daxil olmuş 34/012/020864 nömrəli xx.xx.2020-ci il tarixli raporta əsasən “xxxxxxxxxxxxx” MMC-nin ünvanına B132OO05/BA966278 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və “xxxxxxxxxxxxx” MMC-nin nümayəndələri gəlməmişlər və gəlməməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və “xxxxxxxxxxxxx” MMC-nin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X2 Sistemi” informasiya resursundan “avtomobil ilə daşınan mallara” dair çıxarışdan görünür ki, B132OO05/BA966278 nömrəli nəqliyyat vasitəsilə “xxxxxxxxxxxxx” MMC-nin ünvanına göndərilən mallar xx.xx.2020-ci il tarixdə saat 22:11 radələrində X3 Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X2 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxxxxxxxxxxx” MMC-nin ünvanına B132OO05/BA966278 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. **********4524 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar xx.xx.2020-cı il tarixdə saat 22:11 radələrində ölkə ərazisinə daxil olduqdan sonra həmin tarixdə saat 09:49 radələrində gömrük orqanlarına göndərilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi Süleymanov ilşad Əlsevran oğlunun izahatından görünür ki, Süleymanov ilşad Əlsevran oğlu Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsidir və orada icraçı direktor vəzifəsində işləyir. Şirkətin ünvanına xx.xx.2020-ci il tarixdə B132OO05/BA966278 nömrəli nəqliyyat vasitəsilə gətirilmiş yüklər Bakı Baş gömrük idarəsində **********1169 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin yüklərə dair **********1169 sorğu nömrəli qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilənədək verilməməsi ilə bağlı bildirmişdir ki, yüklərin nə vaxt gəlməsi barədə məlumatları olmamışdır, nəqliyyat vasitəsinin gömrüyə çatdığını bildiyiklərində həmin nəqliyyat vasitəsini gömrükdə gözləyiblər və qısa idxal bəyannaməsini göndəriblər. Nəzərə alınmağını xahiş etmişdir. İş materialları ilə “xxxxxxxxxxxxx” MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxxxxxxxxxxx” MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “xxxxxxxxxxxxx” MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək,1.500 (min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar