Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-869/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 26 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğvi işlə bağlı X1 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 26 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarına əsasən X1 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilmişdir. X1 həmin qərarın ləğvinə dair şikayət verilib. Qeyd olunur ki, eyni sənədlər daha əvvəl də Suraxanı Rayon Məhkəməsinə daxil olmuş, 3(010)-654/2021 nömrəli iş açılmış, şikayət qanunvericiliyin aidiyyətlə bağlı tələblərinə cavab vermədiyinə görə Suraxanı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. X1 göstərilən şikayəti yenidən məhkəməyə təqdim etdib. O, eyni zamanda şikayətə rəsmi qeydiyyatda olduğu yer üzrə Suraxanı Rayon Məhkəməsində baxılmasına dair təqdimat təqdim etmişdir. Buna baxmayaraq, şikayət yenə də geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». İşin faktik hallarından görünür ki, TP seriyalı ******* nömrəli qərar 26 aprel 2021-ci ildə qəbul olunmuş, şikayət isə məhkəməyə 22 iyun 2021-ci ildə, yəni qərarın qəbul olunduğu vaxtdan 01 ay 27 gün keçdikdən sonra daxil olmuşdur. İşin faktik halları ilə müəyyən edilir ki, şikayət verilərkən Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinin tələbləri pozulmuşdur. Buna baxmayaraq, şikayətçi, müvafiq prosessual müddətin bərpası ilə bağlı vəsaktət təqdim etməyib. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan şikayət verilməsi müddətinin buraxılması icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 26 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğvi işlə bağlı X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-869/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-869/2021
25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver