Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-87/2021 07.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əsgərovun, Borclu Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2617/16 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu Şəxs cəmi 12835.89 manat tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Tələb girov predmeti olan “Mercedes 320” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilərək borcun ödənilməsi təmin edilməlidir. İcra sənədi üzrə xx.xx.2016-cı il tarixdə başlanılmış icraat zamanı mövcud borc borclu təəfindən təmin edilməmişdir. Bundan başqa borclu Şəxs girov predmeti olan “Mercedes 320” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomaşın tələb edilsə də, o, avtomaşını etibarnamə əsasında satdığı bildirmişdir.Lakin borclunun verdiyi izahatın doğruluğunu, yəni sözügedən avtomaşının etibarnamə əsasında hal-hazırda kimdə olmasını müəyyən etmək üçün AR BDYPİ-nə sorğu göndərilmiş, alınmış cavaba əsasən heç bir etibarnamənin olmadığı müəyyən edilmişdir.Dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Şəxs icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2617/16 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, ondan cəmi 12835.89 manat tutularaq “xxxx” ASC-yə ödənilməlidir. O, qeyd olunan icra sənədi ilə müəyyən olunmuş borc məbləği ilə razı deyildir, bu səbəbdən icra vərəqəsində göstərilən məbləği ödəməmişdir. Bundan başqa, qeyd olunan borc məbləğini ödəməyə maddi imkanı yoxdur. Məhkəmədə izahat verən Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əsgərov göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2617/16 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu Şəxs cəmi 12835.89 manat tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Tələb girov predmeti olan “Mercedes 320” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilərək borcun ödənilməsi təmin edilməlidir. İcra sənədi üzrə xx.xx.2016-cı il tarixdə başlanılmış icraat zamanı mövcud borc borclu təəfindən təmin edilməmişdir. Bundan başqa borclu Şəxs girov predmeti olan “Mercedes 320” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomaşın tərəfimizdən tələb edilsə də, o, avtomaşını etibarnamə əsasında satdığı bildirmişdir.Lakin borclunun verdiyi izahatın doğruluğunu, yəni sözügedən avtomaşının etibarnamə əsasında hal-hazırda kimdə olmasını müəyyən etmək üçün AR BDYPİ-nə sorğu göndərilmiş, alınmış cavaba əsasən heç bir etibarnamənin olmadığı müəyyən edilmişdir. Bu o deməkdir ki, borclu avtomobili qəsdən gizlədir və təhvil vermək niyyəti yoxdur. Dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Şəxs icra vərəqəsinin icrasından yayınmışdır. Hazırda borclu Şəxs 12835.89 manat məbləğində borcu vardır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2617/16 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, borclu Şəxs cəmi 12835.89 manat tutularaq “xxxx” ASC-yə ödənilməlidir. İş materiallarından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli, MN ******* saylı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Şəxs icra vərəqəsinin icrasından yayınmışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı iə»də (xx xxxx 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (x xxx 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «xxxx» MMC Rusiya Federasiyasına qarşı» işdə (xx xxxx 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxx» ASC Rusiya Federasiyasma qarşı" (xx xxxx 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Məhkəmə, Şəxs cəza təyin edərkən, onun ilk dəfə olaraq inzibati xəta törətdiyini məsuliyyətini yüngülləşdirən hal kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Bu zaman, məhkəmə onu da nəzərə alır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ji maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-87/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-87/2021
07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver