Məhkəmə qərarları › İş №3(010)-870/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-870/2020

07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-870/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Resbublikasının Maliyyə X1 daxil olmuş inzibati xəta haqqında protokolu üzrə işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Məhkəmənin icraatınaxx.xx.2019-cutarixdə Azərbaycan Resbublikasının Maliyyə X3 ŞəxsMMC barəsində tərtib etdiyi ******* saylı xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(010)-1401/2019 saylı qərarına əsasən Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin – 765200 Rusiya rublunun 20 faizi məbləğində, yəni 153040 Rusiya rublu miqdarında cərimə edilmişdir. Şəxs MMC həmin qərarla razılaşmayaraq Suraxanı rayon məhkəməsinin xx.xx.2019cu il tarixli 3(010)-1401/2019 saylı qərarından apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən şikayətə baxılması üçün 3(010)- 1401/2019 saylı iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1276/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şikayəti qismən təmin edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli binərək inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizi məbləğində, yəni 153040 rubl məbləğində inzibati qaydada cərimə edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon əhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmişdir və inzibati xəta haqqında iş materialları yenidən baxılaraq, hərtərəfli araşdırma aparılmaqla qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İnzibati material rayon məhkəməsinə xx.xx.2020-ci il tarixində qaytarılmış və məhkəmə tərəfindən işin yenidən baxışı xx.xx.2020-ci il tarixinə saat 11:00-a təyin edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə X3 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs «Şəxs” MMC-də məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cəmiyyətin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə görə hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «Şəxs” MMC tərəfindən İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi müəyyən edilmədiyindən, həmin təşkilat barəsində İXMnin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli ödəniş tapşırığından və digər sənədlərdən görünür ki, Şəxs MMC 765200 Rusiya rublu məbləğində xarici valutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Həmçinin iş materiallarında olan “xxxxxxxxxx” ASC tərəfindən Azərbaycan Respublikası Maliyyə X4 ünvanlanan xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Şəxs MMC 765200 məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi 270 gündən artıq müddət keçdiyinə baxmayaraq, banka təqdim etməmişdir. Azərbaycan Respublikası Mərkəzi X6 xx xxxxxx 2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 iş günü ərzində Azərbaycan Respublikası Maliyyə X5 təqdim edir. Məhkəmə qeyd edir ki, hazırda Azərbaycan Respublikası Mərkəzi X6 xx xxxxxx 2020-ci il tarixli, 06/1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın 4.3.1.3-cü bəndinə dəyişiklik edilmiş və həmin dəyişikliyə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Göründüyü kimi, hazırki halda Azərbaycan Respublikası Mərkəzi X6 xx xxxxxx 2020ci il tarixli, 06/1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın 4.3.1.3-cü bəndinə əsasən 270 gün müddət 2 il müddət ilə əvəz edilmişdir və bu müddət də başa çatmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs «Şəxs” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ji maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Odur ki, məhkəmə iş materiallarını araşdırıb, işin bütün hallarının məcmusuna ətraflı baxıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «Şəxs” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 53, 114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: «Şəxs” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmadığından, həmin təşkilat barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar