Məhkəmə qərarları › İş №3(010)-872/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-872/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-872/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1966-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, taksi fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxxx 2019-cu il tarixdə, saat 08:00 radələrində özünə məxsus “Hyundai Elantra” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, Hövsan-Zığ yolunun NQDY Qaz kompressoru idarəsinin qarşısından keçən hissəsində, onunla eyni istiqamətdə, yolun sağ kənarı ilə saatda 20 km/saat surətlə hərəkətdə olub heç bir xarici siqnal işıqlarından istifadə etmədən sağdan sola manevr edib dönən X1 idarə etdiyi “Volskswagen Passat” markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X3 alının hematoması, sol diz oynağının sol baldıradək davam edən hematoması ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, özünə məxsus “Hyundai Elantra” markalı, **-BG-*** nömrəli avtomobillə Hövsan-Əhmədli marşurutu üzrə taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə, saat 08 radələrində 02 qadın və 02 kişi olmaqla 4 nəfər sərnişini Hövsan qəsəbəsindən götürüb şəhər istiqamətində hərəkətdə olmuşdur. Hövsan yolunda Qum adasına təxminən 200 metr qalmış 90 km/saat sürətlə hərəkətdə olduğu zaman 30-40 metr qabaqda, adını sonradan bildiyi X1 idarə etdiyi “Volskswagen Passat” markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobilin şəhər istiqamətində yolun hərəkət hissənin sağ tərəfində dayandığını görmüşdür. Yol boş olduğundan həmin avtomobilin sol tərəfindən ötüb keçmək istəyərkən Ə.X.Əlbənzadə qəfildən, heç bir xarici siqnal işıqlarından istifadə etmədən manevr edərək avtomobilini sola döndərmişdir. Bu zaman onun idarə etdiyi avtomobilinin qabaq tərəfi “Volkswagen Passat” markalı avtomobilin arxa sol tərəfi ilə toqquşmuşdur. Zərbənin təsirindən onun idarə etdiyi avtomobili yolun əks tərəfində qazılmış yerə düşmüşdür. O, sol ayağından şiddətli ağrı hiss etdiyindən avtomobildən çıxa bilməmiş, həmin vaxtı yoldan keçən adamlar kömək edib onu avtomobildən çıxartmışlar. Avtomobilində olan sərnişinlər isə ciddi bir xəsarət almadıqlarından maşından özləri düşmüşlər. Sonradan təcili tibbi yardım stansiyasının həkimləri gəlib onu və avtomobilində olan sərnişinlərindən birini 3 saylı X4 aparmışlar, digər sərnişinlər isə xəstəxanaya özləri gəlmişlər. Xəstəxanada ona sol ayağının sındığı məlum olmuşdur. Sərnişinlər isə ciddi xəsarət almadıqlarından ilkin tibii yardım göstərildikdən sonra evə buraxılmışlar. Sonradan polis əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozduğu müəyyən edilərək barəsində inzibati protokol tərtib edilmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020ci il tarixli qərardan görünür ki, məhkəmə tibb ekspertizasının rəyində göstərilmişdir ki, X2 aşkar edilmiş xəsarətlər alının hematoması, sol diz oynağının sol baldıradək davam edən hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxx 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan həmçinin görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını Şəxs şəxsiyyətini, yaşını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. AC seriyalı, 403356 nömrəli sürcülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar