Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-872/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Əzizxan Eminovun, Borclu Şəxs X1 iştirakları ilə, xx.xx.1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Əzizxan Eminov tərəfindən tərtib olunmuş 22.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4135/2018 saylı, 29.06.2018-ci il tarixli icra vərəqəsinə əsasən Beyləqan rayon məhkəməsinin 2(020)-544/2013 saylı 03.09.2013-cü tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, cavabdeh Şəxs 27.02.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat verən Suraxanı rayon İcra şöbəsinin icra məmuru Əzizxan Eminov göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4135/2018 saylı, 29.06.2018-ci il tarixli icra vərəqəsinə əsasən Beyləqan rayon məhkəməsinin 2(020)-544/2013 saylı 03.09.2013-cü tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, cavabdeh Şəxs 27.02.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs borcundan cəmi 1000 manat ödəniş etmişdir. Bundan əlavə hazırki işin məhkəmə baxışı zamanı borclu tələbkara 400 manat ödəniş etmişdir. Məhkəmədə izahat verən Şəxs bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4135/2018 saylı, 29.06.2018-ci il tarixli icra vərəqəsinə əsasən Beyləqan rayon məhkəməsinin 2(020)-544/2013 saylı 03.09.2013-cü tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, ondan 27.02.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qət edilmişdir. O, 2021-ci ilin iyun ayında aliment borcundan 1000 manat tələbkara ödəmişdir. Bundan əlavə hazırki işin məhkəmə baxışı zamanı tələbkara 400 manat ödəniş etmişdir. Qalan borcunu isə hər ay 200 manat məbləğlə ödəyəcəkdir. Məhkəmədə izahat verən tələbkar X4 bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4135/2018 saylı, 29.06.2018-ci il tarixli icra vərəqəsinə əsasən Beyləqan rayon məhkəməsinin 2(020)-544/2013 saylı 03.09.2013-cü tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, cavabdeh Şəxs 27.02.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması qət edilmişdir. Borclu ona olan borcundan 2021-ci ilin iyun ayında 1000 manat ödəniş etmişdir. Bundan əlavə borclu məhkəmə baxışı zamanı ona 400 manat ödəniş etmişdir. Borclu ona olan borcundan hər ay 200 manat ödəyəcəyi öhdəliyini götürmüşdür. Qeyd edilənləri nəzərə alaraq borcluya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4135/2018 saylı, 29.06.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)- 544/2013 saylı 03.09.2013-cü tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, cavabdeh Şəxs 27.02.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə olan borcundan 2021-ci ilin iyun ayında 1000 manat ödəniş etmişdir. Bundan əlavə borclu məhkəmə baxışı zamanı 400 manat ödəniş etmiş, borcundan hər ay 200 manat ödəyəcəyi öhdəliyini götürmüşdür. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-872/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-872/2021
22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver