Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-876/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 iştirakları ilə, X4 Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin 18 may 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin 18 may 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. X1 rayon Məhkəməsinə müraciət edərək, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin 18 may 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 ərizə ilə müraciət edərək, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin 18 may 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarından şikayət verilməsi üçün müddətinin bərpa olunmasını xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərardadı ilə mili Elmar Mehdi oğlunun Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin 18 may 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarından şikayət verilməsi müddətinin bərpasına dair vəsatəti rədd edilmişdir. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən EXP ******* saylı, 13.05.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında EQP ******* saylı, 18.05.2021-ci il tarixli inzibati xəta haqqında qərar qəbul olunmuşdur. Suraxanı rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərardadı ilə X4 Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin 18 may 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». X4 Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin 18 may 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarından şikayət verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilmədiyindən məhkəmə həmin məsələyə baxaraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ: X4 Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin 18 may 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarından şikayəti geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-876/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-876/2021
02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver