Məhkəmə qərarları › İş №3(010)-879/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-879/2021

25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-879/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X5, X1 iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respblikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 30.05.2021-ci il tarixdə “Aliexpress” online satış saytında səsgücləndirici satmaq adı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində X3 20 manat alaraq, vədinə əməl etməyib dələduzluq etmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, “Aliexpress” online satış saytında səsgücləndirici satışı ilə məşğul olur. 30.05.2021-ci il tarixdə X6 səsgünləndirici satmaq məqsədilə onunla əlaqə saxlamışdır. Həmin gün X3 20 manat almışdır. Sonradan həmin şəxsə zarafat etdiyini bildirərək, aldığı pulu geri qaytarmamışdır. Onun maddi imkanı zəif olduğu üçün həmin məbləği qaytara bilməmişdir. Əməlindan peşmandır. Odur ki, barəsində həbslə bağlı olmayan tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə izahat vermiş zərərçəkmiş şəxs X8 bildirmişdir ki, o, 30.05.2021-ci il tarixdə “Aliexpress” online satış saytından səsgücləndirici almaq məqsədi ilə Şəxs ilə əlaqə saxlayaraq, sonuncunun göndərdiyi şəxsə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 20 manat vermişdir. Lakin Şəxs vədinə əməl etməyərək, ona qarşı dələduzluq etmişdir. Baş vermiş hadisə ilə əlaqədar ona ümumilikdə 20 manat maddi ziyan dəymişdir. Şəxs şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis mayoru X4 10.06.2021-ci il tarixli qərarı ilə vətəndaş X5 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.Hadisəni törətmiş Elmir və naməlum şəxsin əməlində AR İXMnin 227-ci maddəsinin tərkib əlamətləri yarandığı, müəyyən edilərək, barələrində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 25.06.2021-ci il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında protokolla sübuta yetir. Şəxsə törətdiyi inzibati xətanı etiraf edib səmimi peşimançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, 60 (altmış saat) ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar