Məhkəmə qərarları › İş №3(010)-88/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-88/2022

17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-88/2022 17.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Naibov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 və icra sənədi üzrə tələbkar X6 iştirakı ilə, Şəxs, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(005)- 2243/2021 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 31.03.2021-ci il tarixindən başlayaraq, 03 noyabr 2015-ci il təvəllüdlü X3 və 24 dekabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 175 manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment və 31.03.2021-ci il tarixindən başlayaraq, 24 dekabr 2019-cu il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək, yəni 24.12.2022ci ilədək 50 manat miqdarında aliment tutularaq, Kərimova (Qurbanova) Səkinə Əli qızının xeyrinə ödənilməlidir.Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə Şəxs icra sənədi üzrə 4.000 manat ödənilməmiş aliment borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək, göstərdi ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(005)- 2243/2021 nömrəli qətnaməsinə əsasən ondan 31.03.2021-ci il tarixindən başlayaraq, 03 noyabr 2015-ci il təvəllüdlü X3 və 24 dekabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 175 manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment və 31.03.2021-ci il tarixindən başlayaraq, 24 dekabr 2019-cu il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək, yəni 24.12.2022-ci ilədək 50 manat miqdarında aliment tutularaq, Kərimova (Qurbanova) Səkinə Əli qızının xeyrinə ödənilməlidir.Onun tələbkara aliment ödəmək fikri yoxdur və bundan sonra da, aliment ödəməyəcək. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X5 məhkəmədə bildirdi ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(005)- 2243/2021 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 31.03.2021-ci il tarixindən başlayaraq, 03 noyabr 2015-ci il təvəllüdlü X3 və 24 dekabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 175 manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment və 31.03.2021-ci il tarixindən başlayaraq, 24 dekabr 2019-cu il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək, yəni 24.12.2022ci ilədək 50 manat miqdarında aliment tutularaq, Kərimova (Qurbanova) Səkinə Əli qızının xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(005)-2243/2021 nömrəli icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmiş və könüllü icra üçün borcluya 10 gün müddətinə vaxt verilmişdir. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Bundan əlavə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(005)- 2243/2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbkar X7 məhkəmədə bildirdi ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(005)-2243/2021 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 31.03.2021-ci il tarixindən başlayaraq, 03 noyabr 2015-ci il təvəllüdlü X3 və 24 dekabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 175 manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment və 31.03.2021-ci il tarixindən başlayaraq, 24 dekabr 2019-cu il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək, yəni 24.12.2022ci ilədək 50 manat miqdarında aliment tutularaq, onun xeyrinə ödənilməlidir. Lakin borclu alimenti ödəməkdən qərəzli olaraq yayınır. Borclu alimenti ödəmir, bir valideyin kimi övladının qayğısına qalmır, onun maddi təlabatlarını qarşılamır. X2, borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(005)-2243/2021 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs ümumilikdə 4.000 manat məbləğində aliment pulu Kərimova (Qurbanova) Səkinə Əli qızının xeyrinə tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 11 avqust 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(005)-2243/2021 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar