Məhkəmə qərarları › İş №3(010)-881/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-881/2021

29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-881/2021 29.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Şəxs barədə İXM-nin 347-ci maddəsiylə protokol tərtib edilməsinə dair inzibati işi baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: ünvan 1 ünvanında yerləşən Şəxs X2 barəsində tərtib olunmuş inzibati protokola əsasən X2 01.03.2021-ci il tarixli sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barəsində bu günə qədər məlumat təqdim etməmişdir. Nəticədə Şəxs barəsində İnzibat Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Protokolu və ona əlavə edilmiş sənədlərin surətlərini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iş aşağıdakı səbəblərə görə aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməli, inzibati işin mümkünlüyü məsələsinə həmin məhkəmə tərəfindən qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». İşin faktik hallarından görünür ki, hüquqi şəxsin ünvanı Bakı şəhəri, Nizami rayonu ərazisindədir. Belə olan halda, Şəxs barəsində protokola (o cümlədən işin icraata qəbul edilməsinin mümkünlüyü məsələsinə) Suraxanı Rayon Məhkəməsində deyil, Şəxs ünvanı üzrə, yəni Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində tərtib olunmuş inzibati protokola baxılmasına dair iş aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar