Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-882/2020 27.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X13 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-ci Polis Şöbəsinin polis baş leytinantı X4 iştirakı ilə, X1, xx xxxx 1992-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 9-cu sıra küçəsi, 80B nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5, xx xxxxxx 2020-ci il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-ci Polis Şöbəsinin polis baş leytinantı X8 tərəfindən X1 barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında X5 inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Sonda Şəxs məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-ci Polis Şöbəsinin polis baş leytinantı X8 məhkəmədə göstərdi ki, xx.xx.2020-ci tarixdə 30-cu PŞ-nin əməliyyat qrupunda xidmətdə olarkən, PŞ-nə X3 yaxınlaşaraq şikayəti olduğunu bildirmiş və ərizə ilə müraciət etmişdir. Müraciətə əsasən X10 işlədiyi "Baku Rentcar 011" avtomaşın icarəsində Talib adlı şəxsə “Range Rover” markalı avtomaşını icarəyə vermiş lakin icarə müddəti bitdiyi, avtomaşının geri qaytarılmadığı və həmin avtomaşının Hövsan qəsəbəsində olduğu üçün ona köməkli etməyimizi xahiş etmişdir. Vətəndaş X3 ilə sözü gedən avtomaşının olduğu yere yaxınlaşdıq və maşını icarəyə götürən Talib adlı şəxs bizdən sonra avtomaşının yanına yaxınlaşdı bu zaman biz özümüzü Talib adlı şəxsə təqdim etdik, 30-cu PŞ-nin əməkdaşları olduğumuzu və vətəndaş X2 məxsus maşını vaxdında qaytarmadığını və bu səbəbdən onun barəsində şikayət ərizəsinin olduğunu söylədik. Talib adlı şəxs heç bir səbəb olmadan bizimlə mübahisə etməyə başladı biz onun üzərində bıçaq olduğunu gördük bıçağı ondan alaraq onu 30-cu PŞ-nə dəvət etdik həmin şəxs polis şöbəsindədə öz hərəkətlərinə davam edərək polisin qanuni tələbinə riayyət etməyərək nalayiq şöyüşlər söyərək bizə tabesizlik göstərmişdir, ona dəfələrlə öz əməllərinə son qoymağı bildirsəkdə Talib adlı şəxs qəsdən polisin qanuni tələbinə əməl etməyərək öz hərəkətlərini davam etmişdir.Tərəfimizdən həmin şəxs 30-cu PŞ-nə gətirilmiş və Talib adlı şəxs PŞ-də yenidən bizə tabesizlik göstərərək öz qanunazid hərəkətlərinə davam edərək bizə polis əməkdaşlarına qarşı fiziki nəlayiq söyüşlər söymüşdür. PŞ-da məlum olmuşdur ki həmin şəxs xx.xx.1992-ci taxirdə Abşeron rayonunda anadan olmuş X6r. Buna görə də o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa iş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkklili X7 tərəfindən inzibati qaydada tutulmuşdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunacağını nəzərə alaraq hesab edir ki, Şəxs dərhal məhkəmə iclas zalında azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. X5 dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-882/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-882/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver