Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-882/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X5 daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X7 tərəfindən tərtib olunmuş 06.04.2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs mülkiyyətində olan “Lexus LX570 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs tərəfindən yolda müəyyən edilmiş hərəkət sürətini 32 km/saat həddində aşmış, törədilmiş xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs mülkiyyətində olan “LEXUS LX570 MİNİK” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məlumatları 5 gün ərzində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X6 təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxsnə və protokolu tərtib etmiş orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Şəxs və protokolu tərtib etmiş orqan nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, Şəxs və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, işin məhkəmə baxışı zamanı məhkəmənin dəftərxanasına daxil olmuş 26.03.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Şəxs tərəfindən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X6 məktub ünvanlaraq bildirilmişdir ki, “Lexus LX570 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili 11.03.2021-ci il tarixində X2 idarə etmişdir. X4 tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, DYP tərəfindən göndərilən sorğulara vaxtında cavab göndərilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İşin faktiki hallarından müəyyən olunmuşdur ki, Şəxs tərəfindən 26.03.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X6 məktub ünvanlanaraq “Lexus LX570 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili 11.03.2021-ci il tarixində X1 idarə etməsi barədə məlumat verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-882/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-882/2021
07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver