Məhkəmə qərarları › İş №3(010)-885/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-885/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-885/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X4 qızının katibliyi ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, 00100-00345/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/002784 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixində 55495741 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********7403 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük idarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/002794 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixində 52560737 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********7247 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/002790 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixində 63960660 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********7308 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/002796 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixində 52244621 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1030 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük idarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxıl olmuş 3-33-1100/012/002791 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixində 55456750 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1041 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/002785 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixində 55136782 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********5054 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/002795 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixində 53264750 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********5160 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/002787 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixində 52823739 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********5225 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Araşdırma zamanı Dövlət Gömrük Komitəsinin “X2 Sistemi” informasiya resursuna keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********7403, **********7247, **********7308, **********1030, **********1041, **********5054, **********5160 və **********5225 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallar 293/031-22-211 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə əsasında PAO “X1” tərəfindən eyni prosedur (müvəqqəti idxal gömrük proseduru) altında 55495741, 52560737, 63960660, 52244621, 55456750, 55136782, 53264750 və 52823739 nömrəli vaqonlar vasitəsi ilə “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-1100/013/003418 nömrəli xx.xx.2024-cü il tarixli raport, Gömrük Xidmətinin “X2 sistemi” informasiya resursundan “Malın çatdırılması və boşaldılması”na dair çıxarış və “X2 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokol və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi və hüquqi şəxs Şəxs nümayəndəsi gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin və hüquqi şəxs Şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunan raportlardan görünür ki, Şəxs MMC-nin ünvanına 55495741 nömrəli vaqonla ölkə ərazisinə daxil olmuş **********7369 və **********7403 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklər üçün; 52560737 nömrəli vaqonla ölkə ərazisinə daxil olmuş **********7247 və **********7237 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklər üçün; 63960660 nömrəli vaqonla ölkə ərazisinə daxil olmuş **********7308 və **********7303 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklər üçün; 52244621 nömrəli vaqonla ölkə ərazisinə daxil olmuş **********1030 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklər üçün; 55456750 nömrəli vaqonla ölkə ərazisinə daxil olmuş **********1041 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklər üçün; 55136782 nömrəli vaqonla ölkə ərazisinə daxil olmuş **********5054 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklər üçün; 53264750 nömrəli vaqonla ölkə ərazisinə daxil olmuş **********5160 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklər üçün; 52823739 nömrəli vaqonla ölkə ərazisinə daxil olmuş **********5225 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklər üçün qısa idxal bəyannaməsi tərtib olunmamışdır. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, 00100-00345/24 nömrəli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs MMC ünvanına gələn xx.xx.2023-cü il tarixində 55495741 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********7403 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan; xx.xx.2023-cü il tarixində 52560737 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********7247 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan; xx.xx.2023-cü il tarixində 63960660 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********7308 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan; xx.xx.2023-cü il tarixində 52244621 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1030 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan; xx.xx.2023-cü il tarixində 55456750 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1041 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan; xx.xx.2023-cü il tarixində 55136782 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********5054 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan; xx.xx.2023-cü il tarixində 53264750 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********5160 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan; xx.xx.2023-cü il tarixində 52823739 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********5225 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan malların gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC ünvanına gələn xx.xx.2023-cü il tarixində 55495741 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********7403 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan; xx.xx.2023-cü il tarixində 52560737 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********7247 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan; xx.xx.2023-cü il tarixində 63960660 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********7308 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan; xx.xx.2023-cü il tarixində 52244621 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1030 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan; xx.xx.2023-cü il tarixində 55456750 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1041 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan; xx.xx.2023-cü il tarixində 55136782 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********5054 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan; xx.xx.2023-cü il tarixində 53264750 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********5160 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan; xx.xx.2023-cü il tarixində 52823739 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********5225 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar