Məhkəmə qərarları › İş №3(010)-887/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-887/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-887/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünürki, Bakı şəhəri, Suraxanı rayonu, Əhməd Mehbalıyev 2 ünvanında vəzifəli şəxs X1 xx.xx.2020-ci il tarixində saat 16:30-daicarə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Nəticədə X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. X3 barəsində xx.xx.2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və protokolu tərtib etmiş orqana məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hazırki işə X1 və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünürki, Bakı şəhəri, Suraxanı rayonu, Əhməd Mehbalıyev 2 ünvanında vəzifəli şəxs X1 xx.xx.2020-ci il tarixində saat 16:30-da icarə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə X5 çıxarışdan görünür ki, X3 ********** saylı VÖEN-lə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş Üzrə Baş İdarəsin qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəməyə təqdim edilmiş protokol və ona əlavə edilmiş sənədlərdən X1 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq yuxapıda qeyd olunan səlahiyyətləri yerinə yetirən fiziki şəxs olaraq vəzifəli şəxs olduğu müəyyən olunur. Belə olan halda təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs X3 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Əhməd Mehbalıyev 2 ünvanında Əfətli market adı verilmiş obyekt üzərində və ayrıca dayaqlı reklam lövhələri üzərində müvafiq icazə sənədi olmadan qanunsuz reklam yerləşdirildiyindən, onun Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. X2 həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə X3 barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, X2 inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar