Məhkəmə qərarları › İş №3(010)-889/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-889/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-889/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, X8 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin Axtarış üzrə inspektoru X5 iştirakı ilə, Şəxs, xx xxxx 1983-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 187 A nömrəli evdə qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxx 2020-ci il tarixdə, saat 11:15-də, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, idarə etdiyi dostuna məxsus “Mercedes Benz CLK230” markalı, az ** DD *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Məmmədəli Əsgərov küçəsindən 14 iyul küçəsi istiqamətində hərəkətdə olduğu zaman özündən solda, yəni 14 iyul küçəsi ilə hərəktədə olan X1 idarə etdiyi “Mercedes Benz E270” markalı, az ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində X3 məxsus “Mercedes Benz E270” markalı, az ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bufer kantı, qabaq sağ qanadı əzilərək, habelə qabaq sağ farası sınaraq zərərçəkmiş şəxs A.H.Şirəliyevə maddi zərər vurulmuşdur. Bundan sonra Şəxs müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan zərərçəkmiş şəxs A.H.Şirəliyevə məxsus “Mercedes Benz E270” markalı, az ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili fərdi qaydada dəmirçi kimi fəaliyyət göstərdiyi yaşadığı evin həyətində təmirə qəbul etmişdir. Buna görə də xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin Axtarış üzrə inspektoru X7 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 332.4 və 345.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, inzibati xətaların törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu, maddi ziyana məruz qalmış zərərçəkmiş şəxsə dəyimiş ziyanı demək olar ki, ödədiyini cəmi 60 manat borclu qaldığını, zərəçəkmişin sonradan həmin 60 manata görə ondan şikayət etdiyini bildirdi. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin Axtarış üzrə inspektoru X7 bildirdi ki, xx xxxx 2020-ci il tarixdə X4 Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinə müraciət edərək, xx xxxx 2020-ci il tarixdə, saat 11-12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, 14 iyul küçəsində yerləşən “Araz” marketin yaxınlığında idarə etdiyi “Mercedes Benz E270” markalı, az ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin “Mercedes Benz CLK230” markalı, az ** DD *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulduğunu bildirmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, “Mercedes Benz CLK230” markalı, az ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, həmçinin yaşadığı ünvanın həyətyanı sahəsində dəmirçi kimi fəaliyyət göstərən Şəxs yol nəqliyyat hadisəsi baş verdiyi zaman, yəni xx xxxx 2020-ci il tarixdə, saat 11 radələrində nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmiş, habelə müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan A.H.Şirəliyevə məxsus “Mercedes Benz E270” markalı, az ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili təmirə qəbul etmiş, lakin avtomobili təmir etməmiş və bu A.H.Şirəliyevin narazılığına səbəb olmuşdur. Bu səbəbdən də A.H.Şirəliyev Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinə müraciət etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 332.4 və 345.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.4 və 345.2-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli raportlardan görünür ki, xx xxxx 2020-ci il tarixdə X4 Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinə müraciət edərək, xx xxxx 2020-ci il tarixdə, saat 11-12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, 14 iyul küçəsində yerləşən “Araz” marketin yaxınlığında idarə etdiyi “Mercedes Benz E270” markalı, az ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin “Mercedes Benz CLK230” markalı, az ** DD *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulduğunu bildirmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, “Mercedes Benz CLK230” markalı, az ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, həmçinin yaşadığı ünvanın həyətyanı sahəsində dəmirçi kimi fəaliyyət göstərən Şəxs yol nəqliyyat hadisəsi baş verdiyi zaman, yəni xx xxxx 2020-ci il tarixdə, saat 11 radələrində nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmiş, habelə müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan A.H.Şirəliyevə məxsus “Mercedes Benz E270” markalı, az ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili təmirə qəbul etmiş, lakin avtomobili təmir etməmiş və bu A.H.Şirəliyevin narazılığına səbəb olmuşdur. Bu səbəbdən də A.H.Şirəliyev Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinə müraciət etmişdir. İş materiallarında olan yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Məmmədəli Əsgərov küçəsi ilə 14 iyul küçəsinin kəsişməsində Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, idarə etdiyi dostuna məxsus “Mercedes Benz CLK230” markalı, az ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə X1 idarə etdiyi “Mercedes Benz E270” markalı, az ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E270” markalı, az ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ bufer kantı, qabaq sağ qanadı əzilmiş, qabaq sağ işığı isə sınmışdır. İş materiallarına əlavə edilmiş AC seriyalı 285323 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsin surətindən görünür ki, X4 “Mercedes Benz E270” markalı, az ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. İş materiallarına əlavə edilmiş “VM MOTORS” X2 xx xxxxxx 2020-ci il tarixli qüsur aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində X3 ümumilikdə 680 (altı yüz səksən) manat məbləğində maddi ziyan dəymişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, vurulmuş zərərin qismən aradan qaldırmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə işin hallarını, Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.4 və 345.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar