Məhkəmə qərarları › İş №3(010)-889/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-889/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-889/2023 10.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi X5 və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon X12 Şöbəsinin YNH inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 22 yanvar 2022-ci il tarixdə, saat 17:30 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “TOYOTA PRİUS (HİBRİD)” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı şəhəri, Suraxanı rayonunun ərazidəki yanacaq doldurma məntəqəsində geriyə sürərək arxada dayanan X4 idarə etdiyi “TOYOTA PRİUS” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “X6 oğluna maddi zərər vurulmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs qanuni nümayəndəsi X8 bildirdi ki, 22 yanvar 2022-ci il tarixdə oğlu Şəxs onun etibarnamə əsasında ona məxsus olan “TOYOTA PRİUS (HİBRİD)” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini ondan icazəsiz götürərək Bakı şəhəri, Suraxanı rayonunun ərazisindəki yanacaq doldurma məntəqəsinə aparmışdır. Yanacaq doldurma məntəqəsində oğlu Şəxs avtomobili geriyə sürərkən arxada dayanan X4 idarə etdiyi “TOYOTA PRİUS” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. oğlu Şəxs etdiyi əməldən peşmandır və bir daha belə əməllərə yol verməyəcəkdir. X2 məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, övladı Şəxs barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon X12 Şöbəsinin YNH inspektoru X3 bildirdi ki, Şəxs 22 yanvar 2022-ci il tarixdə, saat 17:30 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “TOYOTA PRİUS (HİBRİD)” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonunun ərazidəki yanacaq doldurma məntəqəsində ondan arxada dayanan X4 idarə etdiyi “TOYOTA PRİUS” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “X6 oğluna maddi zərər vurulmuşdur. Hazırda tərəflər arasında barışıq əldə olunmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun qanuni nümayəndəsini və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, Şəxs idarə etdiyi “TOYOTA PRİUS (HİBRİD) minik” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə X4 etibarnamə əsasında idarə etdiyi “TOYOTA PRİUS” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “TOYOTA PRİUS” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi əzilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını Şəxs şəxsiyyətini, yaşını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar