Məhkəmə qərarları › İş №3(010)-891/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-891/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-891/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X7 qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar məhkəməyə daxil olmuşdur. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb kimi hüquqi şəxs “Smart Telecom MMC”-nin (VÖEN:**********) - 2022-ci ilin iyun ayında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X2 işə cəlb etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətasını törətməsi göstərilmişdir. Belə ki, Şəxs MMC-də kredit mütəxəssisi vəzifəsində işləyən X4 həmin şirkətdə işlədiyi müddət ərzində vəzifə saxtakarlığı törətməklə öz qulluq mövqeyindən istifadə edərək vahid tamah niyyəti ilə külli miqdarda mənimsəmə cinayətini törətməsinə görə barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 179.3.2 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır. Araşdırma zamanı X4 öz izahatında göstərmişdir ki, o, Şəxs MMCdə onunla əmək müqaviləsi bağlanmadan kredit mütəxəssisi kimi işə cəlb olunmuş və həmin şirkətdə 1 il 3 ay işlədikdən sonra xx.xx.2023-cü il tarixdə onunla rəsmi əmək müqaviləsi bağlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərarı qəbul etmiş prokurorluğun və barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə prokurorluğun və hüquqi şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, X4 barəsində Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə cinayət işi başlanması qərara alınmışdır. Şəxs təsis edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun olaraq, Şəxs təsis edilmiş, Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X3 təyin edilmişdir. xx.xx.2024-cü il tarixli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini dindirmə protokolunun surətindən görünür ki, X3 öz ifadəsində göstərmişdir ki, X4 təxminən 1 il 3 ay əvvəl, yəni xx.xx.2022-ci il tarixdə qeyri-rəsmi olaraq Şəxs MMC-də kredit mütəxəssisi kimi işə başlamışdır. İlk əvvəllər onun işində heç bir problem olmamışdır. Lakin sentyabr ayının 1-də onun mənimsəmə etdiyi aşkar edilmişdir. X4 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İlk öncə tez olduğuna görə onunla əmək müqaviləsi bağlanmamışdır. Belə ki, birinci onun əmək qabiliyyətinin yoxlayıb sonra əmək müqaviləsi bağlanılmalı idi. Buna görə də X4 uzun müddət əmək müqaviləsiz işləmişdir. X4 öz izahatında göstərmişdir ki, o, hazırda Şəxs MMC-də kredit mütəxəssisi işləyir. O təxminən 1 il 3 ay əvvəl Şəxs MMC-də kredit mütəxəssisi kimi işə başlamışdır. Lakin 1 il 2 ay orada qeyri-rəsmi, yəni əmək müqaviləsi olmadan çalışmışdır. O, mənimsəmə etmək üçün etdiyi əməliyyatları rəsmi olaraq işə başlamamışdan əvvəl, yəni xx.xx.2023-cü il tarixdən əvvəl etmişdir. Onun yalnız mənimsəmə etdiyi aşkar olduqda xx.xx.2023-cü il tarixdə onu rəsmi olaraq işə götürüb MMC-lə onun arasında əmək müqaviləsi və əlavə olaraq tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. Həmçinin indi işləyən işçilərin də çoxu, demək olar ki, 70%-i əmək müqaviləsiz işləyir. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli nisyə satış müqavilələrinin surətindən görünür ki, Şəxs MMC-nin nümayəndəsi X4 ilə müştərilər arasında alqı-satqıya dair müqavilələr bağlanmışdır. əmək müqaviləsinin bildirişindən görünür ki, X1 Şəxs MMC ilə əmək müqaviləsi xx.xx.2023cü il tarixdə bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs tərəfindən X1 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X2 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar