Məhkəmə qərarları › İş №3(010)-892/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-892/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-892/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu X1 inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi ilə bağlı işi baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: X2 onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Suraxanı rayon Polis İdarəsinin DYPŞ-nin xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. X2 xx xxxxxxxx 2020-ci ildə, sonradan məhkəməyə ərizə ilə müraciət edərək, şikayət ərizəsini baxılmadan geri qaytarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, X2 tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Q Ə R A R A A L D İ M: X1 inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar