Məhkəmə qərarları › İş №3(010)-896/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-896/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-896/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə tərtib olunmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhər DYPİ Yol patrul Xidmətinin inspektoru, polis baş serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP saylı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 06:54 radələrində idarə etdiyi **-TT- *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SONATA minik” markalı avtomobili ilə hərəkətdə olarkən saxlanılmışdır. Saxlanılan zaman məlum olmuşdur ki, sürücü avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən və sərxoş vəziyyətdə idarə edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2020-ci il tarixli İXP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad edilən inzibati xətanın törədilməsində təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə və ondan əvvəlki gün ərzində spirtli içki içməmişdir. xx.xx.2020-ci il tarixdə saat 06:54 radələrində idarə etdiyi **-TT-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SONATA minik” markalı avtomobili ilə Bakı şəhəri Beton yol zeytunluq yolun kəsişməsində Bakı şəhər DYPİ Yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və ickili olub olmadığı barədə soruşulmuş, o, spirtli içki içmədiyini onlara bildirmişdir. Polis əməkdaşları tərəfindən sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol tərtib edilərkən, ona güya ərazidə sərxoş sürüjülərə qarşı preventiv tədbirlərin keçirildiyi, bu səbəbdən tibbi müayinəyə ehtiyac olmadığını, avtonəqliyat vasitəsini idarə edərkən spirtli içki içməyəcəyinə dair vəd verməsinə dair iltizam yazılmasını demişlər. Bakı şəhər DYPİ Yol patrul xidmətinin əməkdaşı ona bildirmişdir ki, həmin iltizam heç bir məsuliyyət yaratmır. O, polis əməkdaşlarının dediklərini protokola köçürərək imza etmiş, bu vaxt hal şahidlərinin çağırılmasını tələb etmişdir ki, onların iştirakı ilə alkoqoldan istifadə etdiyini deyil, gələcəkdə istifadə etməyəcəyinə dair iltizam verdiyini bildirsin ki, bu hal şahidləri zəruri olan halda bu faktı təsdiq etsinlər. Lakin polis əməkdaşları ona bildirmişlər ki, hal şahidlərinə ehtiyac yoxdur, o, hər hansı inzibati xətanın törədilməsində təqsirləndirilmir. Bundan sonra polis əməkdaşı onu hansısa cihazla yoxlayaraq, onda sərxoşluğun müayinə edildiyini, lakin onun dərəcəsinin cuzi olduğunu, inzibati tərkib yaratmadığını bildirmiş, o, ölçmə cihazının müvafiq qaydada sertifikatlaşdırıldığını soruşduqda, polis əməkdaşı onun bu sualına javab verməmişdir. O, bundan sonra öz qəti etirazını bildirərək, heç bir spirtli içki qəbul etmədiyini, həkim müayinəsindən keçirilməsini tələb etmiş, müayinə keçirilməmişdən əvvəl inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmiş və özünün həkim müayindən keçirildikdən sonra protokolu imzalayacağını bildirmiş, polis əməkdaşı həkim müayinəsinə ehtiyac olmadığını, protokolun yalnız preventiv tədbir olaraq tərtib olunduğunu göstərsə də, o, protokolu imzalamaqdan imtina etmişdir. Həmçinin, o **-TT-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SONATA minik” markalı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmişdir. Onun barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP saylı ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Qeyd olunanlara əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış DİN Bakı şəhər BPİ Dövlət Dövlət X2 nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə DİN Bakı şəhər BPİ Dövlət Dövlət X2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq bu nəticəyə gəlir ki, Şəxs Azəbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən, aşağıdakıları nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasəntəhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. İnzibati materiala əlavə olunan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda Şəxs xx.xx.2020-ci il tarixdə idarə etdiyi **-TT-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SONATA minik” markalı avtomobili ilə hərəkətdə olarkən saxlanılmışdır. Yoxlama zamanı Şəxs avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi göstərilir. Qeyd olunan protokolda göstərilmişdir ki, Şəxs izahat verərək, tibbi müayinəyə ehtiyac olmadığını qeyd etmişdir. O, əvəllər qayda pozmadığını gələcəkdə də pozmayacağına söz vermişdir. Spirtli pivə qəbul etmişdir. Alkotesterin göstəricisi ilə razı olduğunu qeyd etmişdir. İXM-nin 69.2-ji maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məjəllənin 69.3-jü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İXP saylı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs protokolu imzalamaqdan imtina etmişdir. İXM-nin 81.1-ji maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. İş materiallarından sərxoşluğu müəyyən etmiş ölçü cihazının müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş cihaz olduğu müəyyən edilmir. İXM-nin 96.2-ji maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, alkotesterin nəticələri ilə razılaşmayaraq, həkim müayinəsindən keçirilməsini tələb etmiş, müayinə keçirilməmişdən əvvəl inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmiş və özünün həkim müayindən keçirildikdən sonra protokolu imzalayajağını bildirmiş, həkim müayinəsindən keçirilmədiyi səbəbindən protokolu imzalamaqdan imtina etmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokolun onun tərəfindən imzalamaqdan imtina edilməsi bu halları dolayısı ilə təsdiq edir. Belə olan halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tibbi müayinəyə aparılmalı olduğu halda, bu müayinə aparılmamışdır. Bundan başqa, iş materiallarına əsasən Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda izahat yazaraq, tibbi müayinəyə ehtiyac olmadığını, spirtli pivə qəbul etdiyini, alkotesterin göstəricisi ilə razı olduğunu qeyd etmiş, digər tərəfdən isə inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmişdir. Göstərilən hallar sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolun əsaslılığına bir daha şübhələr yaradır. Beləliklə məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol tərtib edilərkən, qanunverijiliyin tələbləri pozularaq, sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir, sərxoşluğu müəyyən etmiş ölçü cihazının müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş cihaz olduğu müəyyən edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tibbi müayinəyə aparılmalı olduğu halda, bu müayinə aparılmamışdır. Həmçinin, iş materiallarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1-ji maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi də kifayət qədər mötəbər və mümkün sübutlarla öz təsdiqini tapmır. Azəbaycan Respublikası İXM-nin 84-cümaddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azəbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məjəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs tərəfindən nəqliyyat vasitəsini idarə edərkən, alkoqoldan istifadə etməklə sərxoş vəziyyətdə olmasına və avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etməsinə dair əsaslı şübhələr olduğundan və şübhələr onun xeyrinə həll edildiyindən, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibatı iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 12-13, 31-33,40,43,48-50ci və 106-115-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Şəxs Azəbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar