Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-896/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, Zərərçəkmiş şəxs iştirakı ilə, Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə 25 iyun 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X2 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsi 11 iyun 2021-ci ildə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, eyni şöbənin başqa vəzifəli şəxsinin 25 iyun 2021-ci il TP seriyalı ******* nömrəli qərarı o, Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. X4 həmin qərardan şikayət vermişdir. Suraxanı Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. X4 həmin qərardan narazı qalaraq apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2061/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. X4 şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək işin məhkəmə baxışı zamanı bildirmişdir ki, barəsində qəbul edilmiş qərarla razı deyil. Belə ki, 18 may 2021-ci ildə saat 12.45-də idarə etdiyi “Chevrolet Volt minik” markalı 99OH377 dövlət qeydiyyat nişanlı avtomobili parklayıb çıxıb getmişdir. Bu zaman heç bir avtomobilə toxunmayıb, heç bir qəza törətməyib. İşlərini qurtardıqdan sonra isə gəlib avtomobilini park yerindən sürüb gedibdir. Parklama vaxtı heç bir avtomobilə toxunmadığı müvafiq videogörüntü ilə də təsdiq olunur. Belə ki, videogörüntüdə zərbə və bunun nəticəsində arxadakı avtomobilin tərpənməsi görünmür. Buna baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və qərar qəbul edilərək cərimələnmişdir. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını xahiş edir. Zərərçəkmiş şəxs bildirmişdir ki, 18 may 2021-ci ildə “BMW” minik markalı 90ZZ905 dövlət qeydiyyat nişanlı avtomobilini işlədiyi müəssisənin qarşısında saxlamışdır. Həmin gün axşam işdən çıxanda avtomobilinin nömrəsinin əzildiyini görmüş, lakin ətrafda avtomobil olmadığından işlədiyi müəssisənin kameralarına baxaraq polisə məlumat vermiş, həmçinin hadisənin videogörüntüsünü özündə əks etdirən diski polisə təqdim etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, 18 may 2021-ci il tarixdə saat 12:45də “Chevrolet Volt minik” markalı 99OH377 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs avtomobilini parklaması zamanı onun avtomobilinin nömrəsini vurmuşdur. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Suraxanı Rayon Polis İdarəsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə Suraxanı Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 və Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını, həmçinin Bakı Apelyasiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qərarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. Suraxanı Rayon DYPŞ-nin polis mayoru X1 25 iyun 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilərək 100 manat miqdarında cərimə edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, o, 11 iyun 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. Təqdim olunmuş kompakt diskdəki videoyazıdan görünür ki, “Chevrolet Volt minik” markalı 99OH377 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs həmin avtomobili “BMW” minik markalı 90ZZ905 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında parklayır. “Chevrolet Volt minik” markalı 99OH377 dövlət qeydiyyat nişanlı avtomobilin parklama zamanı “BMW” minik markalı 90ZZ905 dövlət qeydiyyat nişanlı avtomobili vurması halını həmin videoyazıya baxış keçirməklə müəyyən etmək mümkün deyil. Belə ki, müvafiq videqeydiyyat cihazının görsətmə bucağı avtomobilin zədələnmiş hissəsinə toxunuş baş verib-vermədiyini videoyazıya baxış keçirməklə görməyə imkan vermir. Həmçinin, avtomobillərin bir-birinə dəyməsi (toxunması) nəticəsində əmələ gələ biləcək titrəyiş (tərpənmə) də videogörüntüdə müşahidə olunmur. Bununla yanaşı, “BMW” minik markalı 90ZZ905 dövlət qeydiyyat nişanlı avtomobildəki zədənin daha əvvəl və ya daha sonra deyil, məhz həmin parklama vaxtı əmələ gəldiyini təsdiq edə biləcək sübut iş materiallarında mövcud deyil. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xətanın baş verdiyini sübuta yetirilməsi üçün kifayət edə biləcək sübutlar toplanmayıb. Suraxanı Rayon Polis İdarəsi məhkəməyə nümayəndəsini göndərmədiyinə görə iş üzrə aydınlaşdırıliması zəruri olan xüsusatların məhkəmə iclasında araşdırılması da mümkün olmayıb. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Bakı Apelyasiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qərarında göstərilən pozuntulara da yol verilib. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərinin tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsinin X2 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilməsinə dair 25 iyun 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-896/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-896/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver