Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-899/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X15 qızının katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X12, X2nın iştirakı ilə xx xxxx 1967-ci ildə Ağdaş rayonu, Yenicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş rayonu, Yenicə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan İskəndərova (Məhərrəmova) Mirvari Zaməddin qızının Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X12 tərtib etdiyi 30 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən 25 noyabr 2011-ci ildə verilmiş 24 oktyabr 2011-ci il tarixli 2(010)- 2974/2011 nömrəli icra vərəqəsinə əsasən borclu X3 10.100 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq X2na ödənilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanmışdır. Bununla bağlı qərarın surəti və müvafiq bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilib. Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2012-ci il tarixli qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsi tətbiq edilərək rəsmi qaydada xəbərdarlıq edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 12 yanvar 2015-ci il tarixli qərardadı ilə X1 rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. 20 may 2021-ci il tarixdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində axtarış qərarı qəbul olunaraq icra olunması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. Borclu 30 iyun 2021-ci il tarixdə şöbəyə gəlmiş onun şöbədə verdiyi izahatında təyin olunmuş borcu maddi vəziyyəti aşağı olduğundan bir dəfəyə ödəyə bilməyəcəyini bildirmişdir. Borclu bu günədək tələbkara təyin olunmuş borcdan 3.500 manat ödəyib. Qalan məbləğ, yəni 6.620 manat ödənilməyib. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X13 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İskəndərova (Məhərrəmova) Mirvari Zaməddin qızının hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İskəndərova (Məhərrəmova) Mirvari Zaməddin qızı borcunu ödəmədiyini işin məhkəmə baxışı zamanı maddi imkansızlığı ilə izah etmişdir. X2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, icra vərəqəsinin verilməsindən xeyli müddət keçdiyinə baxmayaraq, İskəndərova (Məhərrəmova) Mirvari Zaməddin qızı borcundan cəmi 3.500 manat məbləğində ödəniş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş borc məbləğini üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən İskəndərova (Məhərrəmova) Mirvari Zaməddin qızı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olduğu, qadın olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İskəndərova (Məhərrəmova) Mirvari Zaməddin qızı Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-899/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-899/2021
30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver