Məhkəmə qərarları › İş №3(010)-90/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-90/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-90/2022 13.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx.xx.1962-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Fin xxxxxxx, evli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 12 yanvar 2022-ci il tarixdə, saat 14:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 13 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, etdiyi əməlin səhv olduğunu qəbul edir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X2 məhkəmədə göstərdi ki, 12 yanvar 2022-ci il tarixdə, saat 14:30 radələrində digər polis əməkdaşları ilə xidmət apararkən avtobus sürücüsü və içərisində olan vətəndaşların qoruyucu maskadan istifadə etmədiklərini aşkar etmişdir. O, digər polis əməkdaşları ilə birlikdə sürücüyə yaxınlaşıb özünü təqdim edərək, sürücüdən nə üçün tibbi maskadan istifadə etmədiyini soruşmuşdur. Bu zaman sürücü özünü təqdim etməyərək nalayiq ifadələr ilə təhqir etməyə, əl-qol atmağa və hədə-qorxu gəlməyə başlamışdır. O, əraziyə polis avtomobilini çağıraraq sürücünü polis bölməsinə gətirmişdir. Polis Bölməsində həmin şəxsin Şəxs olduğu müəyyən edildikdən sonra izahatı alınmış və sonra barəsində inzibati protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əlahiddə X4 7-ci bölüyünün əməkdaşları tərəfindən tərtib edilmiş 13 yanvar 2022-ci il tarixli raportdan görünür ki, 12 yanvar 2022-ci il tarixdə, saat 14:30 radələrində xidmət apararkən avtobus sürücüsü və içərisində olan vətəndaşların qoruyucu maskadan istifadə etmədiklərini aşkar etmişlər. Onlar ürücüyə və sərnişinlərə yaxınlaşıb özlərini təqdim edərək, sonunculardan nə üçün tibbi maskadan istifadə etmədiklərini soruşmuşlar. Bu zaman sürücü özünü təqdim etməyərək onları nalayiq ifadələr ilə təhqir etməyə, əl-qol atmağa və hədə-qorxu gəlməyə başlamışdır. Bundan sonra Polis əməkdaşları həmin vətəndaşı 2471-çağırışla avtopatrulun köməkliyi ilə 33-cü Polis Bölməsinə gətiriblər. Bölmədə məlum olmuşdur ki, həmin vətəndaş xx.xx.1962-ci il təvəllüdlü Şəxsdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxsa cərimə növündə inzibati tənbeh kifayət edir və inzibati qaydada tutulmuş Şəxsa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar