Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-90/2025 13.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Orxan Həsənovun iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Rusiya Federasiyasının Kazan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, FİN xxxxxxx, işləməyən, əlilliyi olmayan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ünvanında kirayədə yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı RPİ-nin 32-ci polis bölməsində toplanmış material 13 yanvar 2025-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzində P.H.Ş Ambulator məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə zamanı sidik nümunəsində MET (+) aşkar edilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X3 11 yanvar 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə barəsində cinayət işinin başlanması Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti 32-ci Polis Bölməsinin müvafiq əməkdaşına həvalə edilmişdir. Buna görə də 11 yanvar 2025-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Orxan Həsənov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Orxan Həsənov izahatında bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə gecə radələrində yaşadığları evə başı sarıqlı və anlaqsız vəziyyətdə gələrək evin hamam otağını dağıdıb-tökmüş, anası X5 oğlunun bu hərəkətlərindən qorxaraq Suraxanı RPİ-nin 32-ci PB-nə gələrək ərizə ilə müraciət edib oğlunun narkotik vasitə istifadə etdiyini və anlaqsız vəziyyətdə olduğunu bildirmişdir. Şəxs xx.xx.2025-cü il tarixdə anasının arxasınca bölməyə gəlmiş, bölmədə özünə bıçaq ilə xəsarət yetirmiş bu zaman polis əməkdaşları bıçağı onun əlindən almışlar, bundan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzində P.H.Ş Ambulator məcburi narkoloji tibbi yoxlama zamanı sidik nümunəsində MET (+) aşkar edilmişdir. Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati tədbir görülməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə ona həvalə edilmiş və Şəxs barəsində 11 yanvar 2025-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək izahatında bildirdi ki, o, ilk dəfə narkotik vasitə istifadə etmişdir. Bildirmişdir ki, əsəbi olan zaman özünü idarə edə bilmir. Əsəbləri ilə bağlı bir neçə dəfə ambulator müalicə də alımışdır. xx.xx.2024-cü il tarixdə gecə saatlarında evə gəlmiş və həmin zaman əsəb sistemi pozulduğu üçün özündən aslı olmadan evdə bir sıra xoşagəlməz hərəkətlər etmişdir. Bundan sonra anası Könül onun bu halını görüb qorxaraq evdən çıxmış və o, anasının evdə olmadığını görüb onun arxasınca getmiş, bir qədər sonra polis bölməsini görmüş yenə də əsəblərimi cilovlaya bilməyib özündən aslı olmadan içəri daxil olaraq üzərində olan məişət bıçağı ilə bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu, bir daha narkotik vasitə istifadə etməyəcəyini bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd:
1. Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir.
2. Bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 206cı maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İş materiallarında olan narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 11 yanvar 2025-ci il tarixli 110 nömrəli aktdan görünür ki, müayinə zamanı Şəxs sidiyində MET (+) aşkar olunmuşdur. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 yanvar 2025-ci il tarixli, 120 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs psixostimulyatorlardan və kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında kirayədə yaşayan X1 RPİ-nin 32-ci PB-nə ərizə ilə müraciət edərək xx.xx.2003-cü il təvəllüdlü oğlu Şəxs 11 yanvar 2025-ci il tarixdə gecə saatlarında yaşadığı ünvana başında və əlində sarığlı vəziyyətdə gələrək evin hamam otağını dağıtdığını, bu səbəbdən həyatı təhlükə hiss etdiyi üçün qorxaraq evdən qaçdığı barədə müraciəti “Törədilmiş və hazırlanan cinayətlər haqqında ərizələrin və məlumatların qeydiyyatı kitabı”-nda 41 sayda qeydiyyata alınmış raport tərəflərindən öyrənilmişdir. Araşdırma gedişində izahatı alınmış vətəndaş X5 izahat verərək ərizəsində qeyd olunan xüsusatları bir daha təsdiq etmiş və oğlu Şəxs narkotik maddə istifadəçisi olduğunu düşündüyünü bildirmişdir. Suraxanı RPİ-nin 32-ci PB-nin N/H-nin Ə/Q-nun iştirakı ilə tərtib edilmiş raport tərəflərindən təhqiqat materialına əlavə edilmişdir. Araşdırma gedişində xx.xx.2003-cü il təvəllüdlü Şəxs izahat verərək narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Məlum olmuşdur ki, xx.xx.2003-cü il təvəllüdlü Şəxs barəsində daxil olmuş müraciət əsasında aparılmış araşdırma müddətində həmin şəxsin narkotik vasitə istifadə etməsi şübhə doğurduğu üçün Səhiyyə Nazirliyinin Narkoloji dispanserindən yoxlanışdan keçirilən zaman 110 nömrəli akta əsasən Şəxs sidiyində narkotik vasitə MET maddələri aşkar edilmişdir. Araşdırma zamanı zərurət yarandığından Şəxs narkotik vasitələrin istifadəçisi eyni zamanda onun müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzindən həkim komissiyasından keçirilməsi üçün qərar qəbul edilərək aidiyyəti əməkdaşa verilmiş, təqdim edilmiş xx.xx.2025-ci il tarixli 120 nömrəli rəydə Psixostimulyatorların və Kannabinoidləriin qəbulu nəticəsində aslılıq sindromu aşkar olunduğu, məcburi müalicəyə ehtiyacı olmadığı qeyd edilmişdir. Toplanmış material üzrə CPM-nin 39.1.2-ci mədəsinə əsasən cinayət işinin başlanması xx.xx.2025-ci il tarixdə rədd edilmişdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi yaranmışdır. İş materiallarında olan aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə, bölmədə xidmət zamanı saat 05 radələrində bir nəfər şəxs hər iki əlləri və baş nahiyyəsi sarıqlı formada bölməyə daxil olmuşdur. Bölmənin həyətində həmin şəxs özü-özünə xəsarət yetirməyə başlamışdır. Əməliyyat qrupunun əməkdaşları həmin şəxsi saxlayaraq onun etdiklərinin qarşısını almış və eyni zamanda vətəndaşa kömək məqsədi ilə TTYS-nın həkim briqadası çağırılmışdır. Həkimlər şəxsə ilkin tibbi yardım göstərmişlər. Sonra məlum olmuşdur ki, həmin şəxs xx.xx.2003-cü il təvəllüdlü Şəxsdur. PB-nə Şəxs daxil olan zaman özünün baş və boyun nahiyələrinə bıçaqla xəsarət yetirirdi. Ə/Q tərəfindən dərhal onun əlində tutduğu bıçaq əlindən alınmışdır. A.S.Səfərov bölməyə daxil olan zaman onun baş, hər iki əl və qol nahiyyələrində sarıqları vardır. PB-nə daxil olan Şəxs tərəflərindən qəbul edilərək onda olan xəsarət izləri aşkar olunaraq bu barədə akt tərtib edilməklə iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan X2 ərizə və izahatından görünür ki, oğlu Şəxs xx.xx.2025-ci il tarixdə gecə radələrində yaşadıqları evə başı sarıqlı və anlaqsız vəziyyətdə gələrək evin hamam otağını dağıdıb-tökmüş, oğlunun bu hərəkətlərindən qorxduğu üçün evdən qaçıb getmişdir. Bildirmişdir ki, oğlu son vaxtlar narkotik vasitə qəbul edir. Qeyd etdiklərinin yoxlanılmasını istəmişdir. Hər an oğlunun onu öldürə biləcəyini bildirmişdir. Buna görə dətəhlükəsizliyinin təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025ci il tarixli qərarından görünür ki, Şəxs barəsində toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 11 yanvar 2025-ci il tarixdə, saat 05:00-da inzibati qaydada tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, islah olunmamasını və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, şəxsin valideyni ilə bir evdə yaşaması, anasının polis bölməsinə ərizə verməsi, təhlükəsizliyinin təmin olunmasını tələb etməsi, şəxsin anasının arxasınca polis bölməsinə əli bıçaqla gəlməsi, polis bölməsində özünə xəsarət yetirməsi kimi halları məhkəmə şəxsin ictimai təhlükəliliyinə dəlalət edən hallar kimi qiymətləndirilir. Belə halda cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu üçün, yəni şəxsin azadlıqda qalması cəmiyyət üçün təhlükəli olduğundan onun barəsində inzibati qaydada tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu 11 yanvar 2025-ci il tarixdən, saat 05:00-dan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Hazırki iş üzrə şəxsin narkomaniyadan müalicəyə ehtiyacının olmaması 11 yanvar 2025-ci il tarixli 120 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilmişdir. Onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinə əsasən Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-31, 37, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu 11 yanvar 2025ci il tarixdən, saat 05:00-dan hesablansın. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Pərviz Muradov