Məhkəmə qərarları › İş №3(010)-900/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-900/2021

30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-900/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 qızının katibliyi ilə xx xxxx 1994-cü ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, 29 iyun 2021-ci il saat 16.00-dan 30 iyun 2021-ci il saat 11.20-dək inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi tərəfindən təqdim olunmuş 30 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 29 iyun 2021-ci ildə saat 16:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsinin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 106.0-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub-olmadığını; inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini; işin icraatını rədd edən halların mövcud olub-olmadığını; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadıqlarını; iş üzrə vəsatətlərin və etiraz etmələrin olub-olmadığını araşdırmalıdır. Şəxs işin məhkəmə baxılmasına hazırlanması zamanı bildirmişdir ki, 29 iyun 2021ci ildə saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsinin qarşısından keçən zaman əlində 99LK089 dövlət qeydiyyat nişanlı nömrə və “BMW” minik markalı avtomobilə məxsus olan yan güzgü, bundan başqa üzərində 1 çet “kakos” kimi tanınan narkotik maddə olmuşdur. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdilər və ondan əlində olan əşyaların kimə məxsus olmasını soruşdular. O, polis əməkdaşlarına bildirdi ki, həmin əşyaları yoldan tapmışdır. Polis əməkdaşları onu polis bölməsinə dəvət etdikdə, o, əlində olan əşyaları yerə ataraq və polis əməkdaşlarını itələyərək qaçmışdır. Polis əməkdaşları onun dalınca qaçaraq onu tutub polis bölməsinə gətirdilər. Üstünə baxış keçirilən zaman 1 çet “kakos” kimi tanınan narkotik maddə aşkar edilmiş və o, həmin maddəni polis əməkdaşlarına təqdim etmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs üzərində narkotik vasitə aşkar olunduğunu və narkotik vasitəni polis bölməsində təhvil verdiyini bildirir. Lakin bununla bağlı məsələyə qiymət verilməmiş, iş materiallarına heç bir sübut əlavə olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 30 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar