Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-901/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X11 qızının katibliyi, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 X1nun iştirakı ilə 30 avqust 1960-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 tərtib etdiyi 01 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 07 noyabr 2013-cü il tarixli 2(010)-5014/2013 nömrəli məhkəmə əmrinə əsasən borclu Şəxs 1.121,44 manat məbləğində pul və məhkəməyə müraciət olunması üçün ödənilmiş 20,40 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar X9 ödənilməlidir. Bundan başqa Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 14 dekabr 2015-ci il tarixli 2(010)-9907/2015 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 12.000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 12.030 manat məbləğində pul vəsaiti alınaraq X1na verilməlidir. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X7 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədləri şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanmışdır. Borclunun qeydiyyatda olduğu ünvana qərar və bildirişlər göndərilmişdir. Borclu barəsində aidiyyəti orqanlara sorğular verilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar olunmamışdır. Borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 18 avqust 2020-ci ildə barəsində axtarış elan edilmişdir. Borclu könüllü olaraq İcra şöbəsinə gələrək izahatı alınmışdır. Bununla da, borclu Şəxs borcunu ödəməməklə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. X1 da işin məhkəmə baxışı zamanı icra məmurunun bildirdiklərinə uyğun məzmunlu ifadə vermiş, həmçinin bildirmişdir ki, borclu tərəfindən ona bu günədək heç bir ödəniş olunmayıb. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcu üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən onu da nəzərə alır ki, borclu ötən dövrdə heç bir, hətta kiçik məbləğdə belə ödəniş etməyib. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşı iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-901/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-901/2021
01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver