Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-902/2020 01.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Günduz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs iştirakları ilə xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci ildə saat 22:38 radələrində ünvan 2 ünvanında X1 aralarında yaranmış mübahisə zəminində döyərək, sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən 6 ilə yaxındır ki, X2 ilə rəsmi nigahdadır, birgə nigahlarından 5 və 2 yaşlı övladları var. Təxminən 6 aya yaxındır ki, həyat yoldaşı Nərgizlə arasında baş vermiş mübahisə səbəbindən həyat yoldaşı övladlarnı da özü ilə götürüb Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi 10 ünvanda yerləşən, anası Mehribanın evinə köçərək bu günə kimi orada yaşamağa başlamışdır. xx.xx.2020-ci il tarixdə o, övladlarını görmək üçün qaynanası Mehribanın evinə getmiş və onların qapsını təqribən on dəqiqə döysə də, qapını heç kim açmamışdır. O, bundan əsəbləşərək qapını bir az daha möhkəm döyməyə başlamış, bu zaman qapını beş yaşlı oğlu Aydın və qaynı Tural açmışlar, o, içəri həyətə, sonra isə evə daxil olmuşdur. Evə daxil olduqdan sonra qapını üzünə gec açdıqları üçün evdə mübahisə etməyə başlamış, bu vaxt həyat yoldaşı Nərgiz ona cavab qaytardığı üçün əsəblərini cilovlaya bilməyərək sillə ilə bir dəfə onun üzündən vurmuşdur. Bu zaman qaynanası Mehriban və qaynı Tural üzərinə gələrək onu zorla çölə çıxarmışlar və o oradan çıxıb getmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı yuxarıda qeyd olunan ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx xxxx 2020-ci il tarixli 556 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “N.S.Babayevanın bədən səthində aşkar edilmiş xəsarət - sol almacıq nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin onun özü tərəfindən yetirilməsi inandırıcı deyildir, zərərçəkmişin göstərdiyi şəraitdə yetirilməyə uyğun gəlir”. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsi, münaqişənin ailə-məişət mübahisəsi zəminində baş verməsi, törətdiyi əməldən peşman olması iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-902/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-902/2020
01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver