Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-902/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X1 iclas katibliyi ilə, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 iştirakları ilə, Bakı şəhəri Suraxanı rayon X6 İdarəsinin 13 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon X6 İdarəsinin 13 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri Suraxanı rayon X6 İdarəsinin 13 mart 2022-ci il tarixli, TP ******* saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə 50 manat cərimə olunmuşdur. Qeyd edir ki, qərarda qeyd edilənlər həqiqəti əks etdirmir. O, xx.xx.2022-ci il tarixində Bakı şəhəri Suraxanı rayon X6 İdarəsinin əməkdaşları tərəfindən yoxlanılarkən heç bir qanunsuzluq etməmişdir. YPX əməkdaşı onun iştirakı olmadan, onun imzası olmadan ona protokol tərtib edib, ona demişdir ki, “ya işıqlarıvı dəyiş, ya sənə protokol yazacam”. İşıq cihazının dəyişdiyini bildirib nəqliyyat vasitəsinə yaxınlaşmışdır. Bu zaman YPX inspektor əlində protokol düşüb “mən artıq sənə protokol yazmışam” demişdir. Qeyd olunanlara əsasən İXP ******* saylı protokola əsasən çıxarılmış 13 mart 2022-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 şikayətini müdafiə edərək, xarici işıq cihazının nasaz olmadığını, hadisə yerinə dərhal mütəxəssiz cəlb edə biləcəyini və işıqları dəyişdirə biləcəyini qeyd etmiş və eyni zamanda bildirmişdir ki, nasazlığı yerində aradan qaldırdıqdan sonra cərimə yazılması düzgün deyildir. Bu səbəbə görə də, Bakı şəhəri Suraxanı rayon X6 İdarəsinin 13 mart 2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Suraxanı rayon X6 İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir, şikayət əsassız olduğundan təmin edilməməli və Bakı şəhəri Suraxanı rayon X6 İdarəsinin 13 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab edilməlidir. Belə ki, işə əlavə edilmiş 13 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə, saat 23:37 radələrində ünvan 1 ünvanında "VAZ21074" markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2022-ci il tarixdə, saat 23:37 radələrində ünvan 1 ünvanında "VAZ21074" markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xarici işıq cihazları nasaz olan və belə nasazlıqların aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş, barəsində İXP4506920 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında 13 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Belə ki şəxs tərəfindən "VAZ21074" markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xarici işıq cihazının nasaz olmaması, hadisə yerinə dərhal mütəxəssiz cəlb edə biləcəyini və işıqları dəyişdirə biləcəyini qeyd etmiş və eyni zamanda bildirmişdir ki, nasazlığı yerində aradan qaldırdıqdan sonra cərimə yazılması düzgün deyildir. Bununla bağlı məhkəmə qeyd edir ki, X4 xx.xx.2022-ci il tarixdə, saat 23:37 radələrində ünvan 1 ünvanında "VAZ21074" markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xarici işıq cihazları nasaz olan və belə nasazlıqların aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 13 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X2 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin l-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol hərəkəti qaydalarına riayət etmək, yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə X2 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhəri Suraxanı rayon X6 İdarəsinin 13 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 avtomobili idarə edərkən xarici işıq cihazları nasaz olan və belə nasazlıqların aradan qalıdırılması mümkün olmayan nəqliyyat vasitəsini istismarı ilə inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı şəhəri Suraxanı rayon X6 İdarəsinin 13 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon X6 İdarəsinin 13 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-902/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-902/2022
27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver