Məhkəmə qərarları › İş №3(010)-902/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-902/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-902/2025 04.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Güvən Vəkil Bürosunun vəkili, Vəkil və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq idarəsinin baş məsləhətçisi X11 iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN: **********) hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 13 fevral 2025-ci il tarixdə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xİdmətinin Bakı şəhər İdarəsi tərəfindən təqdim edilmiş 05 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, X12 xx.xx.2025-ci il tarixdən, X15 xx.xx.2025-ci il tarixdən və X5 xx.xx.2025-ci il tarixdən 05 fevral 2025-ci il tarixədək “Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən Mep-Plus MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Buna görə 05 fevral 2025-ci il tarixdə hüquqi şəxs Şəxs barəsində X13 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq idarəsinin baş məsləhətçisi X18 izahatında bildirmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, X6, X8 və X2 işğaldan azad edilmiş ərazilərə iş icazəsi şəxslərin adına Nazirliyin “Əmək və məşğulluq" alt sistemində qüvvədə olan əmək müqavilələri aşkar edilməmiş, həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 31 yanvar 2025-ci il tarixdən 05 fevral 2025-ci il tarixədək müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla bağlı inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək məqsədi ilə xx.xx.2025-cü il tarixdə saat 11:00-da 4 saylı Bakı DOST Mərkəzinə (Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov 43, tel: ***-***-**-**, daxili 6073 və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşlar. Şəxs MMC-yə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyi və iş üzrə onlarda olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. Bildirmişdir ki, Qarabağ zonasına giriş-çıxışa onlar nəzarət edə bilmirlər, onlarda belə bir sistem mövcud deyildir. Əmək müqaviləsinə xitam verildiyi halda belə onlara məlumat verilmədiyi üçün “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlarda qeyd olunan şəxslərin giriş-çıxış icazələrinin ləğv olunmadığı müəyyən edilmişdir. Protokolu müdafiə etdi və təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, iş üzrə MMC-nin törədilməsi ehtimal olunmuş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübutlar inzibati orqan tərəfindən toplanmamışdır. Belə ki, X15 xx.xx.2024-cü il tarixdə Şəxs ilə onun arasında elektrik tikinti vəzifəsi üzə müqavilə bağlanmış, X12 xx.xx.2024-cü il tarixdə Şəxs ilə onun arasında elektrik tikinti vəzifəsi üzə müqavilə bağlanmış və X5 xx.xx.2024-cü il tarixdə Şəxs ilə onun arasında havalandırma ustası vəzifəsi üzə müqavilə bağlanmışdır. xx.xx.2025-ci il tarixdə X8, X6 və X2 əmək müqavilələrinə xitam verilmişdir. X6, X8 və X2 əmək müqavilələrinə xitam verilən zaman, işğaldan azad edilmiş ərazilərə iş icazələri ləğv edilmişdir. Hazırda həmin şəxslərlə şirkətin heç bir iş əlaqələri yoxdur. Hazırda vətəndaşların e-polis sistemində işğaldan azad olunuş ərazilərdə iş icazələri deaktivdir. X6, X8 və X2 əmək müqavilələrinə xitam verilməsi ilə bağlı aidiyyəti orqana rəsmi məlumat verilmişdir. İşçinin Qarabağ zonasında işləməyə icazəsi əgər ləğv olunmuşdursa bu sistemdə görünməlidir, əgər görünmürsə və MMC-nin həmin sistemə məlumat ötürmək imkanı yoxdursa bu onların təqsirli olması anlamına gəlmir. Bundan başqa qeyd etmişdir ki, həmin 3 nəfər şəxslə əmək müqaviləsinə xitam verildikdən sonra onlar “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına getməmiş və başqa şirkətlə müqavilə bağlamamışlar. Qarabağa giriş-çıxışa ciddi nəzarət olunur. Qeyd edilənlərin nəzərə alınmasını, inzibati xəta haqqında protokolun əsassız olaraq tərtib edilməsini və MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə məhkəmə iclasında onlayn qaydada dindirilmiş şəxs X15 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs ilə onun arasında elektrik tikinti vəzifəsi üzə müqavilə bağlanmışdır. xx.xx.2025-ci il tarixdə öz xahişi ilə müqaviləsinə xitam verilmiş və o, işdən azad olunmuşdur. xx.xx.2025-ci il tarixdən etibarən Qarabağ ərazisində olmamışdır. Başqa heç bir şirkətlə əmək müqaviləsi bağlamamış və həmin ərazilərdə hər hansı işə cəlb edilməmişdir. İnzibati xəta haqqında iş üzrə məhkəmə iclasında onlayn qaydada dindirilmiş şəxs X12 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs ilə onun arasında elektrik tikinti vəzifəsi üzə müqavilə bağlanmışdır. xx.xx.2025-ci il tarixdə öz xahişi ilə müqaviləsinə xitam verilmişdir. Başqa heç bir şirkətlə əmək müqaviləsi bağlamamış və həmin ərazilərdə hər hansı işə cəlb edilməmişdir. İş materiallarında barəsində protokol tərtib edilmiş Şəxs nümayəndəsi tərəfindən təqdim edilmiş 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin informasiya sistemində X8, X2 və X6 işğaldan azad olunmuş ərazilərə buraxılış icazələrinin olmadığı qeyd olunmuşdur. X1 xarici pasportunu göstərərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Rusiya Federasiyasına getmişdir. Həmin pasportdan həmçinin görünür ki, pasportda olan sərhədkeçmə ştampından həqiqətən də onun ölkə sərhədini 03 fevral 2025-ci il tarixdə keçməsi müəyyən edilir. İş materiallarında olan sənəddən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Şəxs ilə onun arasında havalandırma ustası vəzifəsi üzə müqavilə bağlanmışdır. xx.xx.2025-ci il tarixdə öz xahişi ilə müqaviləsinə xitam verilmiş və o, işdən azad olunmuşdur. xx.xx.2025ci il tarixdə Azərbaycan Respublikası ərazisini tərk edərək Rusiya Federasiyasının Sankt Petersburg şəhərinə getmişdir. Şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə xx.xx.2025-ci il tarixli ərizə göndərərək göstərmişdir ki, X6, X8 və X2 əmək müqavilələrinə xitam verilən zaman, işğaldan azad edilmiş ərazilərə iş icazələri də ləğv edilmişdir. Hazırda həmin şəxslərlə heç bir iş əlaqələri yoxdur. Hazırda vətəndaşların e-polis sistemində işğaldan azad olunuş ərazilərdə iş icazələri deaktivdir. İş materiallarında olan icazəyə baxış sənədlərindən görünür ki, xx.xx.2024-cü il tarixdən etibarən X12, X15 və X5 işçi kimi Şuşa və Xocalı rayonu ərazilərində xx.xx.2025ci il tarixə qədər işləməyə rəsmi icazələri olmuşdur. Həmin şəxslərin müqaviləsinə xitam verildiyindən xx.xx.2025-ci il tarixdə onlara verilən icazədən imtina olunmuş və icazələri ləğv olunmuş, status qırmızı olmuşdur. İş materiallarında olan X6 Şəxsnə yazdığı izahatından görünür ki, xx.xx.2025-ci il tarixə kimi işçisi olduğu “MEP PLUS" MMC-ni Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi guya əmək müqaviləsiz işlətmələri ilə bağlı cərimə etməsi ilə bağlı bildirmişdir ki, onunla şirkət 31 yanvar 2025-ci il tarixdə əmək müqaviləsinə xitam vermiş və işlədiyi sahədən layihənin bitməsi ilə əlaqədar sifarişçi "AZCD" şirkətinin baş mühəndisi tərəfindən işdən çıxarılmışdır. Onunla birlikdə işçilər X15 və X5 da işdən azad olunmuş və onlar həmin gün ərazini tərk etmişlər. O, səhhəti ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdən ağrıları ilə bağlı Bakı şəhərində Sabunçu rayon Mərkəzi Xəstəxanasında həkimə müraciət etmiş və sonradan 11 fevral 2025-ci il tarixdə X3 əməliyyat olunmuşdur. Yanvarın 31-i günü işdən azad olunduqdan sonra Şuşa Kəlbəcər avtobusu ilə X15 və X5 ilə birgə Bakıya qayıtmışlar və həmin vaxtdan da ağrıları ilə bağlı evində xəstə yatmışdır. O, 31 yanvardan sonra nə "xxxx" MMC ilə, nə də "AZCD" şirkətinin tikinti sahəsində heç bir əməkdaşlıq etməmiş, bu şirkətlərin işlərini görməmiş və ev şəraitində müalicə nəticə vermədiyi üçün 4 fevraldan etibarən əməliyyata hazırlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 xidməti Bakı şəhər idarəsinin "xxxx" MMC-yə göndərdiyi xx.xx.2025-ci il tarixli, № 3-17-5/2-6198/2025 saylı məktubdan görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi şəxslərin adına Nazirliyin “Əmək və məşğulluq" alt sistemındə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmiş, həmin şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə əlaqədar inzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etmək məqsədi ilə xx.xx.2025-cü il tarixdə saat 11:00-da 4 saylı Bakı DOST Mərkəzinə (Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov 43, tel: ***-***-**-**, daxili 6073 və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşlar. Şəxs MMC-yə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyi və iş üzrə onlarda olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. Şəxs direktoru X9 xx.xx.2025-ci il tarixdə Cəlilabad Regional poçt Filialına ərizə göndərərək bildirmişdir ki, ƏƏSMN-nin X13 Xidməti tərəfindən protokol tərtib edilməmiş 23 yanvar 2025-ci il tarixdə göndərilmiş məktubun poçta çatması və poçtdan təhvil alınması barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. Cəlilabad Regional poçt Filialı Şəxs ərizəsinə cavab olaraq bildirmişdir ki, 28.01,2025-ci il tarixdə Bakı AZ1114 saylı PŞ-də qəbul edilmiş SS922923307AZ saylı sifarişli ƏƏSMN-nin X13 xidmətinin məktubu xx.xx.2025-ci il tarixdə Cəlilabad RPF-yə daxil olmuş və qeyd edilən məktub Cəlilabad RPF-nin AZ1517 Hamarqışlaq PŞ-si tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxsnə çatdırılmışdır. Göründüyü kimi ƏƏSMN-nin X13 Xidməti tərəfindən barəsində protokol tərtib etmiş MMC-nin səlahiyyətli nümayəndəsinin araşdırmada iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə qeyd edir ki, Şəxs nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakının təmin edilməməsi, hüquq və vəzifələrinin izah edilməməsi həmçinin tərtib edilmiş protokolun surətinin təqdim edilməməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu, tərəflərin izahatlarını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 16-1-ci fəslində əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətləri öz əksini tapmışdır. Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-nin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Hazırki iş üzrə isə elektron protokol tərtib edilməmişdir. İXM-nin 127-4.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş müddətdə cəriməni ödəmədikdə həmin protokol baxılması üçün bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən məhkəməyə göndərilir. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 127-4.5-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. Hazırki iş üzrə Şəxs tərtib edilmiş inzibati xəta haqqında protokoldan tərəflər məhkəməyə dəvət olunduqdan sonra məlumatları olduğundan və protokolla razı olmadıqlarına görə inzibati cərimə ödənilməmişdir. İş materiallarından görünür ki, Şəxs ********** nömrəli VÖEN əsasında ünvan 1 ünvanında fəaliyyət göstərir. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanının 13-cü bəndinə əsasən Məcəllənin 196, 198.2, 198.3, 204, 205-1.2 və 441-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından – əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin yanında X13 Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri, yerli bölmələrin rəhbərləri, onların müavinləri, baş əmək müfəttişləri və əmək müfəttişləri, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X13 Xidmətinin rəisi tərəfindən tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İş materiallarından müəyyən edilmişdir ki, protokol tərtib etmiş inzibati orqan yalnız “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən yoxlama nəticəsində X6, X8 və X2 işğaldan azad edilmiş ərazilərə iş icazəsi şəxslərin adına Nazirliyin “Əmək və məşğulluq" alt sistemində qüvvədə olan əmək müqavilələri aşkar edilməmiş, həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 31 yanvar 2025-ci il tarixdən 05 fevral 2025-ci il tarixədək müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmələri müəyyən edilmişdir. Lakin MMC tərəfindən təqdim olunmuş əmək müqavilələrinə xitam verilməsi barədə əmrlərdən görünür ki 31 yanvar 2025-ci il tarixdə əmək müqavilələrinə xitam verilmiş, bildiriş elektron sistemə yerləşdirilmiş, icazəyə baxış sənədlərindən görünür həmin şəxslərin icazələri ləğv edilmiş və status qırmızı olaraq qeyd olunmuş, həmin şəxslərin izahatlarından müəyyən olunur ki, onlar həqiqətən də 31 yanvar 2025-ci il tarixdə əmək müqavilələrinə xitam verildikdən sonra həmin ərazilərdə olmamış, biri Bakı şəhərində müalicədə, digəri Bakı şəhərində evində, digəri isə ölkə hüdudlarından kənarda olmuş və zəruri sübutlarla həmin hallar öz təsdiqini tapmışdır. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış hüquqi şəxs Şəxs nümayəndəsi təqsirlilik məsələsini mübahisələndirir və hüquqi şəxs özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübutlar toplanılmamışdır. Belə ki, iş materiallarında olan iş icazəsinin başlanma və bitmə tarixi ilə bağlı sistemdən çıxarışdan görünür ki, iş icazələrinin verilmə və bitmə tarixləri X15 üçün xx.xx.2024-xx.xx.2025-ci il, X12 üçün xx.xx.2024-xx.xx.2025-ci il, X5 üçün isə xx.xx.2024xx.xx.2025-ci il tarixlər müəyyən edilmişdir. İş materiallarında olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinə əsasən X15 xx.xx.2024-cü il tarixdə Şəxs ilə onun arasında elektrik tikinti vəzifəsi üzə müqavilə bağlanmış, X12 xx.xx.2024-cü il tarixdə Şəxs ilə onun arasında elektrik tikinti vəzifəsi üzə müqavilə bağlanmış və X5 xx.xx.2024-cü il tarixdə Şəxs ilə onun arasında havalandırma ustası vəzifəsi üzə müqavilə bağlanmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X8, X6 və X2 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin imzalandığı tarix isə xx.xx.2025-ci il tarix qeyd olunmuşdur. Göründüyü kimi hər üç şəxslə bağlı əmək müqaviləsinə xitam verilmiş və bununla bağlı bildiriş imzalanmış, elektron sistemə daxil edilmiş, lakin sonradan həmin şəxslərin iş icazəsinin portal sistemindən hansı səbəbdən çıxarılmaması müəyyən edilməmiş, həmin halın müəyyən edilməsi hüquqi şəxsin vəzifəsi hesab edilmir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X10 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar həmçinin bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən hüquqi şəxs Şəxs tərəfindən təqdim edilmiş sübutları, tərəflərin və şahidlərin izahatlarını, iş materiallarında olan sənədləri nəzərə alıb belə qənaətə gəlir ki, əməldə inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 53, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati məsuliyyətdən azad edilsin və onun barəsində tərtib edilmiş 05 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar