Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-907/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin MN saylı ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarından X8 şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi X17 Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin MN saylı ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsinin xx xxxx 2020-ji il tarixli MN ******* saylı qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi X17 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsinin MN ******* saylı inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli Qərarı ilə o, 700 manat cərimə olunmuşdur. Belə ki, X6, X18 və X14 xx.xx.2019-cu il tarixində Zığ Bələdiyyəsinin icra aparatına vergi müfəttişi vəzifəsinə qəbul olunublar. xx.xx.2019-ci ildə öz xahişləri ilə işdən azad olublar. Keçmiş Bələdiyyə sədrinin səlahiyyət müddətində onlara son haqq hesabları ödənilməmişdir. X18 və X14 qalmış əmək haqqından və son haqq hesabından imtina ərizəsi yazmışlar. xx.xx.2019-cu ildə bələdiyyə seçkiləri keçirilmiş, yeni heyət olaraq təhviltəslim zamanı məlum olmuşdur ki, adı çəkilən işçilərə son haqq hesab verilməməmişdir. Bələdiyyə büdcəsinin yerli vergilərdə formalaşdığı üçün əhalidən vergi yığımı zəif olmasını və mövcud pandemiya səbəbləri ilə büdcədə maliyyə çatışmamazlığı yaranmışdır. Buna baxmayaraq, hər ay qismən ödəniş edilmişdir. Əlavə olaraq hər bir vəzifəli şəxs səlahiyyət müddətində etdiyi əmələ görə məsuliyyəti özü daşımalıdır. O, inzibati qərarı poçt vasitəsi ilə xx.xx.2020-ci il tarixdə almışdır. Dövlət Əmək Müfəttişliyi Xidməti qeyd olunan inzibati qərarı qəbul etməklə, onun qanunla qorunan hüquqlarını pozmuşdur. Buna görə də Qərar ləğv edilməlidir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş şikayətçi və Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə şikayətçinin və Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, işəgötürən tərəfindən X4, X7 və X3 haqq hesabları sonuncu iş günü ödənilmədiyindən, Suraxanı rayon Zığ Bələdiyyəsinin sədri X17 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Suraxanı rayonu Zığ Bələdiyyəsinin iclasının 03 saylı protokolundan görünür ki, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin sədri V.Əliməmmədlinin Bələdiyyə sədri vəzifəsinə vaxtından əvvəl xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli ərizəsi nəzərə alınmış, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin sədri V.Əliməmmədlinin Bələdiyyə sədri vəzifəsinə vaxtından əvvəl xitam verilmişdir. xx.xx.2020-ci il tarixindən Suraxanı rayonu, Zığ Bələdiyyəsinin sədri X2 hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Suraxanı rayonu Zığ Bələdiyyəsinin 98 nömrəli əmrindən görünür ki, sədr Kənan Nəsrullayev tərəfindən X14 xx.xx.2019-cu il tarixdən X16 müfəttişi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Suraxanı rayonu Zığ Bələdiyyəsinin 121 nömrəli əmrindən görünür ki, sədr Kənan Nəsrullayev tərəfindən xx.xx.2019-cu il tarixdən X14 Ə.Q.M-nin 68.2 maddəsinin “a” bəndinə əsasən Müfəttiş vəzifəsindən azad edilmiş və Əmək Müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Suraxanı rayonu Zığ Bələdiyyəsinin 97 nömrəli əmrindən görünür ki, sədr Kənan Nəsrullayev tərəfindən X18 xx.xx.2019-cu il tarixdən X16 müfəttişi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Suraxanı rayonu Zığ Bələdiyyəsinin 120 nömrəli əmrindən görünür ki, sədr Kənan Nəsrullayev tərəfindən xx.xx.2019-cu il tarixdən X18 Ə.Q.M-nin 68.2 maddəsinin “a” bəndinə əsasən Müfəttiş vəzifəsindən azad edilmiş və Əmək Müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Suraxanı rayonu Zığ Bələdiyyəsinin 97 nömrəli əmrindən görünür ki, sədr Kənan Nəsrullayev tərəfindən X6 xx.xx.2019-cu il tarixdən X16 müfəttişi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Suraxanı rayonu Zığ Bələdiyyəsinin 118 nömrəli əmrindən görünür ki, sədr Kənan Nəsrullayev tərəfindən xx.xx.2019-cu il tarixdən X6 Ə.Q.M-nin 68.2 maddəsinin “a” bəndinə əsasən Müfəttiş vəzifəsindən azad edilmiş və Əmək Müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan X7 Suraxanı rayonu, Zığ qəsəbə Bələddiyyəsinin yeni seçilmiş bələdiyyə heytinə ünvanladığı ərizədən görünür ki, X14 xx.xx.2016-cı il tarixindən Vergi müfəttişi işlədiyi dövrdə bələdiyyə büdcəsinə vergi və ödənişlərin vaxtında ödənilməməsinin təmin olunmamasına, yerli büdcə gəlirlərinin illik büdcə layihələrində nəzərdə tutulduğundan az olması nəticəsində bələdiyyənin əmək haqqı və müəssisə və təşkilatlara borcu yaranmışdır. Bələdiyyənin maliyyə vəziyyətinin çətin olduğunu nəzərə alaraq xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək ona (2158.34) hesablanmış əmək haqqından bələdiyyənin formalaşması məqsədilə imtina etmişdir. İş materiallarında olan X9 Suraxanı rayonu, Zığ qəsəbə Bələddiyyəsinin yeni seçilmiş bələdiyyə heytinə ünvanladığı ərizədən görünür ki, X18 xx.xx.2016-cı il tarixindən Vergi müfəttişi işlədiyi dövrdə bələdiyyə büdcəsinə vergi və ödənişlərin vaxtında ödənilməməsinin təmin olunmamasına, yerli büdcə gəlirlərinin illik büdcə layihələrində nəzərdə tutulduğundan az olması nəticəsində bələdiyyənin əmək haqqı və müəssisə və təşkilatlara borcu yaranmışdır. Bələdiyyənin maliyyə vəziyyətinin çətin olduğunu nəzərə alaraq xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək ona (2321.38) hesablanmış əmək haqqından bələdiyyənin formalaşması məqsədilə imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 və 69-cu maddələri əmək müqaviləsinə xitam verilməsinin əsaslarını və əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edir. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Suraxanı rayonu, Zığ qəsəbə Bələddiyyəsinin sədr Kənan Nəsrullayev tərəfindən X7, X9 və X4 əmək müqaviləsinə xx.xx.2019-cu il tarixində xitam verildiyindən, onlara son haqq-hesabları həmin tarixdə ödənilməli idi. Yəni xx.xx.2019-cu il tarixdə son haqq-hesabları X10, X12 və X5 ödənilməmiş, xx.xx.2020-ci il tarixindən Suraxanı rayonu, Zığ qəsəbə Bələddiyyəsinin yeni sədri seçilmiş X17 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məjəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məjəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta Suraxanı rayonu, Zığ qəsəbə Bələddiyyəsinin yeni sədri seçilmiş X1 əvvəl baş verdiyindən, o, qeyd olunan inzibati xətanın törədilməsinə görə məsuliyyət daşımır. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin rəisi X11 MN saylı ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin X17 barəsində MN saylı ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-907/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-907/2020
11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver