Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-908/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində X8 iş üzrə qərar çıxarılmış şəxs X4 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli “X9 haqqında” qərarından X6 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xətai rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. X3 RPİ tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli X9 Haqqında qərardan məhkəməyə şikayət verərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati tənbeh edilməsi haqqında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli “X9 haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində X8 iş üzrə qərar çıxarılmış şəxs X6 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, o, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. O, ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyəti nəzərə alaraq, xüsusi karantin rejiminin tələblərini pozmamaq şərti ilə xx xxxxx 2020-ci il tarixdə saat 14:17 radələrində, 8103 nömrəsinə SMS göndərməklə, 2 saat müddətinə yaşayış yerini tərk etmək icazəsi alaraq həyat yoldaşı X2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarı kimi tanınan ticarət mərkəzinə evə lazım olan qida məhsullarının alışı üçün yaşayış yerini tərk etmişdir. Alış-veriş etdikdən sonra, evə dönərkən bazarın qarşı hissəsində ictimai nəqliyyat vasitəsi ilə evinə gedən zaman qarşıda avtomobillərin yoxlanılması ilə əlaqəli postda uzun müddət dayanmışdır. Belə ki, hər bir maşın və onun içərisində olan sərnişinlər yoxlanılırdı. O, ictimai nəqliyyat vasitəsində təxminən 30 dəqiqədən çox həmin keçid məntəqəsində gözləməli olmişdir. Bundan sonra ictimai nəqliyyat vasitəsinə polis əməkdaşları daxil olaraq hər kəsi yoxladılar. Polis əməkdaşı ona yaxınlaşanda o, özünə məxsus şəxsiyyət vəsiqəsini Polis əməkdaşına təqdim etdi. Polis əməkdaşı onun şəxsiyyət vəsiqəsini alaraq yoxlamış və icazəli olduğunu görərək, sənədlərini ona verərək heç bir irad və protokol barəsində söz etməmişdir. Lakin, xx xxx 2020-ci il tarixində onun ünvanına göndərilmiş zərfdə olan Bakı şəhəri Xətai RPİ-nin xx.xx.2020-ci il tarixli qərarı və ona əlavə edilmiş bildirişlə məlum olmuşdur ki, ona xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə ******* nömrəli X8 protokol tərtib edilmiş və qərara əsasən onu 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, protokolu tərtib edən şəxs, protokolu düzgün tərtib etməmiş və eyni zamanda protokol tərtib edilən zaman onu protokolla tanış etməmiş, bundan əlavə belə görünür ki, protokol Azərbaycan Respublikası DİN-nin Xətai RPİ-də tərtib edilmişdir. Odur ki, məhkəmədən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi haqqında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli “X9 haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Bakı şəhəri Xətai rayon Polis İdarəsinin nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində X8 iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yöz manatdan dörd yöz manatadək məbləğdə, vəzifəli şəxslər öc min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək möddətə inzibati həbs tətbiq olunur, höquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ilə xx xxxxx 2020-ci il tarixli qərarı ilə saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən edilmiş, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 144 nömrəli Qərarının 5-ci bəndi ilə yuxarıda qeyd olunan müddət xx xxx 2020-ci il tarixinədək, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 163 nömrəli Qərarının 6.1-ci bəndi ilə isə xx xxx 2020-ci il tarixinədək uzadılmış, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli Qərarının 1-ci, 1.1.1-ci və 4-cü bəndləri ilə xx xxx 2020-ci il saat 00.00-dan etibarən «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.egov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi», həmçinin «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2020-ci il № 163 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 may saat 00:00-dək uzadılmış, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli qərarı ilə 2020-ci il 18 may saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 190 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 15 iyun saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli195 nömrili qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 iyul saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 207 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 220 nömrəli qərarı ilə «Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişikliklər edilmiş, «SMS-məlumatda” sözlərindən sonra “və ya E-Təbib” mobil tətbiqində” sözləri əlavə edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 255 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Beləliklə, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» xx.xx.2020-ci il tarixdə qüvvədə olub. Nazirlər Kabinetinin aidiyyəti qərarları ilə xüsusi karantin rejimi müddətində müəyyən fəaliyyət sahələrinə müvafiq şərtlərlə icazə verilib. «Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi xx xxx 2020-ci il tarixli 189 №-li Qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Beləliklə, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» xx.xx.2020-ci il tarixdə qüvvədə olub. İş materiallarında olan xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan müəyyən olunur ki, Xətai RPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş TP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarla X6 Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli TP seriyalı ******* saylı X8 Protokoldan müəyyən edilir ki, X6 xx.xx.2020-ci il tarixdə saat 16:09-da M.Hadi küçəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsibdə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan X4 mobil telefonundan SMS məlumatlar barədə çıxarışdan müəyyən olunur ki, X6 xx.xx.2020-ci il tarixdə saat 14:17-də 8103 nömrəsinə 2 indeksi üzrə icazə almaq üçün mesaj göndərmişdir. Həmin çıxarışda xx.xx.2020-ci il tarixdə saat 14:17-də 8103 nömrəsindən gəlmiş SMS məlumatda 2-ci indeks üzrə müraciətinin təsdiqləndiyi və 2 saat ərzində, yяni 16:17-dяk yaşayış yerini tərk etməsinə icazə verildiyi qeyd olunmuşdur. Xətai RPİ-nin vəzifəli şəxsinin X8 iş üzrə xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, həmin protokol saat 16:09-da tərtib edilib. Göstərilən hallar X1 qaydalarını pozmadığını və ona verilmiş 2 saatlıq icazə müddətində yaşayış yerini tərk etdiyi müəyyən edilir. Bu hal X8 müvafiq qərar qəbul edilərkən araşdırılmayıb. Azəbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində X8 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X8 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cümaddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən X8 iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X8 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» X8 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X4 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə olunması ilə bağlı Xətai rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərar X8 həmin işə yenidən baxılması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-908/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-908/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver