Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-91/2021 18.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli “X9 haqqında” qərarından X7 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə X7 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. X2 rayon DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X3 tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli X9 Haqqında qərardan məhkəməyə şikayət verərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati tənbeh edilməsi haqqında Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli “X9 haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində Suraxanı rayonu, Zığ yolu “BakuBus”un qarşısında yol polisi əməkdaşı tərəfindən ona pandemiya ilə əlaqədar SMS xidməti ilə bağlı cərimə olunması barədə qərar yazılmışdır. Onun həmin gün xx.xx.2020-ci il tarixində 3 (üç) saatlıq SMS icazəsi olmuşdur. Belə ki, onun SMS icazəsinin başlama vaxtı 12:55; bitmə tarixi isə 15:55 olub. Lakin xx.xx.2020-ci il tarixdə ona saat 15:24-də cərimə olunması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati protokol tərtib etmiş orqana və şikayətçiyə şikayətə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi və şikayətçi məhkəmə iclasında iştirak etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə şikayətçinin və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yöz manatdan dörd yöz manatadək məbləğdə, vəzifəli şəxslər öc min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək möddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» xx.xx.2020-ci il tarixdə qüvvədə olub. İş materiallarında olan xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan müəyyən olunur ki, Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş TP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarla X7 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan X4 mobil telefonundan SMS məlumatlar barədə çıxarışlardan müəyyən olunur ki, X7 xx.xx.2020-ci il tarixdə saat 12:40-da 8103 nömrəsinə 2 indeksi üzrə icazə almaq üçün mesaj göndərmişdir. Həmin çıxarışda xx.xx.2020-ci il tarixdə saat 12:55-də 8103 nömrəsindən gəlmiş SMS məlumatda 2-ci indeks üzrə müraciətinin təsdiqləndiyi və 3 saat ərzində, yəni 15:55-dək yaşayış yerini tərk etməsinə icazə verildiyi qeyd olunmuşdur. Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin İnzibati Tənbeh Vermə Haqqında iş üzrə xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan görünür ki, X7 barəsində 3012.2020-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol xx.xx.2020-ci il tarixdə saat 15:24-də tərtib edilib. Məhkəmə qeyd edir ki, göstərilən hallar X1 qaydalarını pozmadığını və ona verilmiş 3 saatlıq icazə müddətində yaşayış yerini tərk etdiyi müəyyən edilir. Bu hal inzibati xəta haqqında müvafiq qərar qəbul edilərkən araşdırılmayıb. Azəbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin olunsun. X4 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə olunması ilə bağlı Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-91/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-91/2021
18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver