Məhkəmə qərarları › İş №3(010)-911/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-911/2020

02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-911/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlu, Şəxs Möylan oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati materiallara baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Möylan oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Suraxanı rayon məhkəməsinin 2(010)-2775 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Bülbülə qəsəbəsi, Mədən küçəsində 39 T 415500.00 m V 44727446.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində cavabdeh Şəxs Möylan oğlu tərəfindən inşa edilən tikili özbaşına tikinti hesab edilərək sökülməli, həmin tikilinin yerləşdiyi torpaq sahəsi “X1 Kompani S.A» Şirkətinin AR yerləşən Nümayəndəliyinin istifadəsinə qaytarılmalıdır. İnzibati materiallar araşdırılarkən Şəxs Möylan oğlu göstərmişdir ki, Suraxanı rayon məhkəməsinin 2(010)-2775 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ona təqdim edilməmişdir, o, qeyd olunan məhkəmə qətnaməsi ilə tanış deyildir, tanış olduqdan sonra, bu qiyabi qətnamədən şikayət etmək hüququ vardır. İnzibati xəta haqqında materiallara və müvafiq mülki işin materiallarına isə Şəxs Möylan oğluna Suraxanı rayon məhkəməsinin 2(010)-2775 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin təqdim edilməsinə dair hər hansı bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Göstərilənləri nəzərə alaraq, 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Möylan oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar