Məhkəmə qərarları › İş №3(010)-913/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-913/2021

14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-913/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* saylı 14.06.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : . Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* saylı 14.06.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X6 İXM-in 192.6-cı maddəsi ilə təqsirli bilinib, 1500 manat məbləğində cərimə edilmişdir. X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* saylı 14.06.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilməyimə dair inzibati tənbeh haqqında qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 14 iyun 2021-cı il tarixli MN ******* №-li Qərarına əsasən o, yəni, "xxxx" ASC-nin “Suraxanı Sukanal” İdarəsinin rəisi olaraq vəzifəli şəxs qismində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, törədilmiş inzibati xətaya görə 1500 (min beş yüz) manat məbləğində cərimə edilməklə, barəsində “İnzibati tənbeh tətbiq edilməsi haqqında” Qərar çıxarılmışdir. Həmin qərar ünvanına 17.06.2021-cı il tarixində daxil olmuşdur. O, 08 fevral 2021-ci il tarixdən "xxxx" ASC-nin “Suraxanı Sukanal” ldarəsinin rəisi vəzifəsində çalışır. İdarə rəisi olaraq vəzifə təlimatında əsas vəzifəsi idarənin xidməti ərazisində su təchizatı və kanalizasiya şəbəkələrinin istismarını təşkil etməkdən, istehlakçıların su təchizatı və kanalizasiya xidmətlərinə olan tələbatların yüksək səviyyədə ödənilməsini təmin etməkdən ibarətdir. Qarşısında duran vəzifəni yerinə yetirmək üçün funksiyalarına, o cümlədən “Səhmdar Cəmiyyətin daxili intizam qaydalarını rəhbər tutaraq idarənin daxili intizam qaydalarını müəyyən etmək” də daxildir. O, idarə rəisi kimi 08.02.2021-ci il tarixdən çalışmağa başladıqda, həmin idarədə nəzarətçi vəzifəsində işləyən Zoya Zeynalovanın hələ 04.05.2020-ci il tarixdən başlayaraq işə çıxmaması ona məlum olmuş və bununla bağlı o, səlahiyyətləri çərçivəsində müvafiq addımlar atmışdır. Belə ki, o, işçi olaraq Z.Zeynalovanı idarəyə dəvət etmiş, onu dinləmiş və idarə daxili işə davamiyyətin və əmək intizamının əməl edilməsinin hər işçi kimi ona da şamil edildiyini bir daha onun nəzərinə çatdırmışdır. Bunun nəticəsi olaraq Z.Zeynalova 22.02.2021-ci il tarixdə tezdən işə başlasa da, iş günün ikinci yarısında yenə oranı tərk edərək getmiş və iş yerinə yalnız 11.03.2021-ci il tarixdə gələrək yenidən işə başlamışdır. Göründüyü kimi işəgötürən tərəfindən işçiyə edilən çoxsaylı irad və xəbərdarlıqlara baxmayaraq Z.Zeynalova şüurlu surətdə idarə daxili intizam qaydalarını pozmaqda davam etmişdir. İşçinin heç bir üzürlü səbəb olmadan uzun müddət işə gəlməməsini ən ağır intizam pozuntusu kimi dəyənləndirən işəgötürən, kollektivdə sağlam iş şəraitinin bərpa edilməsi və hər işçi tərəfindən əmək intizamına riayət edilməsini təmin etməkdən ötəri Z.Zeynalova ilə bağlanan əmək müqaviləsinə xitam verilməsi qərarına gələrək, 04.03.2021-ci il tarixdə özünün əsaslandırılmış yazılı təqdimat ilə həmkarlar ittifaqına müraciət etmişdir.Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci bəndinin tələbinə əsasən, bu məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssidə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsini ehtiva edir.Həmin maddənin 2-ci bəndinə əsasən təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı (HİK) bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin əmkarlar komitəsi təqdimatı on günə cavablandırmaq əvəzinə bir ay yeddi gün ərzində cavablandırmış və özünün 21.04.2021-ci il tarixli qərarı ilə Z.Zeynalovanın işdən çıxarılmasına etiraz etmədiyini qeyd etmişdir. Bütün bunları nəzərə alan işəgötürən özünün 23.04.2021-ci il tarixli əsaslandırılmış əmri ilə Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndinə əsaslanaraq əmək müqaviləsinə xitam vermişdir.Göründüyü kimi, vəzifəli şəxs (idarə rəisi) olaraq səlahiyyətlərim çərçivəsində işəgötürənin əsaslandırılmış təqdimatını imzalamış, eləcə də ona aid sənədlərin əlavə edərək, 04.03.2021-ci il tarixdə HİK-ə göndərilməsini təmin etmişdir. Belə olan halda tərəfindən ƏM-nin tələbləri, o cümlədən 80-ci maddənin tələblərinə birmənalı qaydada əməl edilmiş, tərəfindən pozuntu xarakteri daşıyan hər hansı hərəkət və hərkətsizliyi yol verilməmişdir. İşdən də açı-aydın görünür ki, gecikdirmə HİK tərəfindən yol verilmiş və həmin təşkilatın hərəkət və hərəkətsizliyi nəticəsində baş vermişdir. HİK bununla bağlı rəis çalişdığı idarəyə ünvanaldığı 14.05.2021-ci il tarixli məktubunda gecikmənin hansı səbəblərdən baş verməsini (carı ilin mart ayında iş günü hesab edilməyən bayram günlərinin çoxluğu, pandemiyanın təsiri və s.) əsaslandırmağa çalışmışdır. Burada qeyd edilməlidir ki, qanun HİK-nin işlərinə müdaxilə etməsini işəgötürənə qadağan edir, eləcədə buna görə inzibati və cinayət məsuliyyətini özünda ehtiva edir. Belə ki, həmkarlar ittifaqları haqqında qanuna əsasən həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin əmək və digər qanuni mənafelərinin müdafiəsi üçün iş yeri üzrə və fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai təşkilatdır. Həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır.İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni zamanda vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.İnzibati orqan ona münasibətdə İXM-nin 192.6-cı maddəsini heçdə düzgün olarq tətbiq etməmişdir.Belə ki, sözügedən hüquq normasının qeyr-müəyyənliyi və ya ikimənalı olması hüquqtətbiq edən orqan tərəfindən törədilmiş inzibati xətanın düzgün tövsif edilməməsinə gətirib çıxarmış və bu da onun əsassız olaraq inzibati məsuliyyətə cəlb edilməyi ilə nəticələnmişdir.Göründüyü kimi, inzibati orqanın vəzifəli şəxsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, barəsində inzibati tənbeh tədbiri görülən şəxsin təqsirinin və qeyri-hüquqi əməl törətməsinin nədə ifadə olunmasını müəyyən etməməsi, eləcədə inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi səbəbindən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslar yaradır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilməyimə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 14 iyun 2021-cı il tarixli MN ******* №-li inzibati tənbeh haqqında qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 izahatında bildirdi ki, vətəndaşın şikayəti üzrə araşdırma aparılmış, işçinin əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi qaydaları pozulduğu, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozuntusu müəyyən edilmiş, ona görə də inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* saylı 14.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 İXM-in 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC Azərbaycan Su Təsərrüfatı X7 Respublika Komitəsi Bakı şəhəri Sukanal müəssisələri Həmkarlar İttifaqının “Bakı şəhər Komitəsi”nin Suraxanı rayon Sukanal İdarəsinin rəisi X4 ünvanladığı 27.05.2021-ci il tarixli məktubun məzmunundan müəyyən olunur ki, Bakı şəhəri Sukanal müəssisələri Həmkarlar ittifaqının “Bakı Şəhər Komitəsi”nə Suraxanı rayon Sukanal İdarəsinin Müştəri xidmətləri şöbəsinin nəzarətçisi X8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək vəzifəsini pozduğu barədə ünvanlanan 14 avqust 2020-ci il tarixli, İƏ-01/1 -897 saylı məktuba baxılmış, 01.05.2020-ci il tarixdən 31.05.2020-ci il tarixədək heç bir üzürsüz səbəb olmadan işə gəlmədiyi araşdırılması üçün Su Təsərrüfatı X7 Respublika Komitəsinə göndərilmişdir.Araşdırılma zamanı pandemiya dövrünün şərtləri, eləcə də, təqdim olunan sənədlərin yetərsizliyi X12 ilə Suraxanı rayon Sukanal İdarəsi arasında olan əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə uyğun olaraq ləğv edilməsinə zəmin yaratmamış, bu barədə ünvan 3 ünvanlanmışdır, işçi ilə əmək münasibətlərinin davam etdirilməsi bildirilmişdir.04.03.2021-ci il tarixdə Suraxanı rayon Sukanal İdarəsindən daxil olan SB-01/1- 290 saylı məktubda təkrar Suraxanı rayon Sukanal İdarəsinin Müştəri xidmətləri şöbəsinin nəzarətçisi X8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək vəzifəsini pozduğu heç bir üzürsüz səbəb olmadan işə gəlmədiyi qeyd olunmuşdur. Araşdırma üçün əlavə sənədlərin təqdim edilməsinin tələb olunması, tərəflər arasında ziddiyətli məlumatların verilməsi, araşdırmada işçinin birbaşa iştirakının təmin edilməsi, hüquqlarının təmin olunması məqsədilə, işçinin konkret hallara aydınlıq gətirməsi üçün işçi ilə danışıqların aparılması, mart ayında iş günü hesab edilməyən bayram günlərinin çoxluğu və pandemiya dövrünün şərtləri məktubun ədalətli şəkildə cavablandırılması üçün araşdırmanın uzanmasına əlavə zəmin yaratmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası "xxxx" ASC Azərbaycan Su Təsərrüfatı X7 Respublika Komitəsi Bakı şəhəri Sukanal müəssisələri Həmkarlar İttifaqının “Bakı şəhər Komitəsi”nin Suraxanı rayon Sukanal İdarəsinin rəisi X4 ünvanladığı 27.05.2021-ci il tarixli məktuba əsasən şəxsin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Belə ki, Suraxanı rayon Sukanal İdarəsinin rəisi X6 Azərbaycan Respublikası "xxxx" ASC Azərbaycan Su Təsərrüfatı X7 Respublika Komitəsi Bakı şəhəri Sukanal müəssisələri Həmkarlar İttifaqının “Bakı şəhər Komitəsi”nə təqdimatla müraciət etsə də, həmin qurumun cavab məktubunu gözləmədən X8 əmək müqaviləsinə xitam vermişdir. Bununla da, X6 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmçinin həmin qərarla inzibati xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi, qərarın dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* saylı 14.06.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* saylı 14.06.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* saylı 14.06.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* saylı 14.06.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar