Məhkəmə qərarları › İş №3(010)-914/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-914/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-914/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X15 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 və icra sənədi üzrə tələbkar X3 iştirakı ilə, Şəxs, xx xxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, boşanmış, iki yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Yolu küçəsi, 20 saylı evin 76 saylı mənzilində qeydiyyatda olan qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(010)-9148/2017 nömrəli qətnaməsi ilə həmin məhkəmənin xx xxxxx 2015-ci il tarixli, 2(010)-2336/2015 saylı qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilmiş, Şəxs xx xxxx 2005-ci il təvəllüdlü X8 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 üçün hər ay, hər uşağa görə sabit pul məbləğində 125 manat, cəmi 250 manat aliment Sədirxanova (Sadıqova) Gülnarə İmran qızının xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə Şəxs icra sənədi üzrə 5.750 manat ödənilməmiş aliment borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, maddi imkanı olmadığına görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(010)-9148/2017 nömrəli qətnaməsi ilə tutulmuş alimenti ödəyə bilməmişdir. Bacısının mülkiyyətində olan mənzil satıldıqdan sonra aliment borcunu ödəyəcəyinə dair tələbkarla aralarında danışıqlar gedir. Lakin qeyd etdiyi mənzilin üzərinə həbs qoyulduğundan hal-hazırda onun sata bilmirlər. O, məhkəmənin qərarına hörmətlə yanaşır, lakin hazırda qeyd edilən aliment borcunu birdəfəlik ödəmək iqtidarında deyil. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X10 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş Şəxs şəxsən təqdim edilmiş və sonuncuya icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunmuşdur. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə məsuliyyəti barədə xəbərdar olunmuşdur. Borclu bundan əvvəldə hazırki icra sənədinin icrasını təmin etmədiyinə görə inzibati qaydada həbs olunmasına, habelə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, bütün bunlardan heç bir nəticə çıxartmamış, icra sənədinin icrasını təmin etməməkdə davam etmişdir. Məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclunun icra sənədi üzrə borcu hal-hazırda 5.750 manat təşkil edir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X6 məhkəmədə göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(010)-9148/2017 nömrəli icra vərəqəsinə əsasən Şəxs iki uşağın saxlanması üçün cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Lakin borclu icra sənədinin icrasından qərəzli olaraq yayınır. Belə ki, borclu bundan əvvəl də inzibati qaydada həbs edilməsinə, habelə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq icra sənədinin icrasını təmin etmir. Hazırda borclu bacısının evi satıldıqdan sonra aliment borcunu ödəyəcəyinə vəd versə də, lakin sonuncuların qeyd edilən evi həqiqətən də satacaqlarına inanmır. Sonda X6 borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2017ci il tarixli, 2(010)-9148/2017 saylı qətnaməsinə dair icra vərəqəsinin surətindən görünür ki, həmin məhkəmənin xx xxxxx 2015-ci il tarixli, 2(010)-2336/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş, cavabdeh Şəxs iddiaçı Sədirxanova (Sadıqova) Gülnarə İmran qızının xeyrinə xx xxxx 2005-ci il təvəllüdlü X9 və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatanadək hər ay, hər uşağa görə sabit pul məbləğində 125 manat, cəmi 250 manat aliment tutulmalıdır. İcra vərəqəsi xx xxxxxxx 2017-ci il tarixdə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru H.İ.Bəxtiyarovun xx xxxxxx 2017-ci il tarixli qərarının, eyni tarixli bildirişin surətlərindən və onun üzərində olan qeyddən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2017ci il tarixli, 2(010)-9148/2017 saylı qətnaməsinə dair icra vərəqəsi xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru H.İ.Bəxtiyarov tərəfindən icraata götürülərək iş üzrə icraata başlanılması, borclu Şəxs 10 gün müddətinə icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmış və həmin qərar bildirişlə birlikdə sonuncuya şəxsən təqdim edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını, borclu Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114-115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar